Mühasibat uçotunun predmeti və metodu barədə

Mühasibat uçotunun predmeti və metodu 

Müəssisənin və ya fiziki şəxsin təsərrüfat fəaliyyəti mühasibat uçotunun predmeti hesab olunur. Hansı ki, aşağıdakı iqtisadi vasitələrlə həyata keçirilir:
  • əsas vəsaitlər;
  • qeyri-maddi aktivlər;
  • dövriyyə vəsaitləri;
  • pul vəsaitləri;
  • ödəniş vəsaitləri;
  • mücərrəd vəsaitlər.
Əsas vəsaitlər

– Bu vəsaitlər müəssisənin uzunmüddətli iqtisadi fəaliyyətində iştirak edir. Öz formasını qoruyub saxlayır və istehsal olunan məhsulun maya dəyərinə qismən (amortizasiya ödənişləri şəklində) daxil edilir.

Qeyri-maddi aktivlər

– Bunlara patentlər, müəssisənin sirləri, lisenziyalar, ticarət markaları və s. aiddir.

Dövriyyə vəsaitləri 

– İstehsal prosesində elə də çox vaxt ərzində istifadə olunmur. (təxminən bir istehsal dövrü). Dövriyyə vəsaitlərinə xammal, materiallar, alınmış yarımfabrikatlar, elektrik enerjisi, yanacaq, qablaşdırma qutuları aiddir.

Pul vəsaitləri

– Bunlar müəssisənin kassasında, cari hesabda və xüsusi bank hesablarında olan pullardır.

Ödəniş vəsaitləri

– Bu debitor borclarıdır.

Mücərrəd vəsaitlər

– Bu məbləğlər, vergi və yığımlar şəklində ödənilir. Həmin pullar şəxsi vəsaitlər, eləcə də istiqraz mənbələrinin yardımı ilə formalaşır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat uçotunun metodu

– Bunlar o üsullar və elementlərdir ki, onların köməyi ilə mühasibat uçotu aparılır. Mühasibat uçotunun elementləri və metodları:

  • hesablar;
  • ikili qeydiyyat;
  • sənədlər;
  • inventarlaşdırma;
  • qiymətləndirmə və kalkulyasiya;
  • mühasibat balansı;
Hesab

– Bu uçot alətidir. İqtisadi vəsaitlər və əməliyyatların qruplaşdırılması və kodlaşdırılması üçün bir vasitədir.

Hesabların korrespondensiyası

– Bu, hesabların qarşılıqlı əlaqəsidir.

İkili qeydiyyat

– Bu, iqtisadi əməliyyatların bir hesabda debetə, digər hesabda isə kreditə görə qeydə alınmasıdır.

Sənədlər

– Bu, uçot sənədlərində müəssisənin iqtisadi fəaliyyətinin tam və fasiləsiz şəkildə əks olunmasıdır.

İnventarlaşdırma

– Bu müəyyən bir tarixdə mal-maddi dəyərlərin, pul vəsaitlərinin və maliyyə öhdəliklərinin faktiki mövcudluğunun yoxlanılmasıdır.

Qiymət

– Dəyərin pul ölçüsündə qiymətləndirilməsi.

Kalkulyasiya

– Bu, məhsul istehsalına çəkilən xərcin müəyyən edilməsidir. Buna məhsula çəkilən xərclər daxil edilir.

Mühasibat balansı

– Bu, iqtisadi vəsaitlərin ümumiləşdirilməsi, müəyyən tarix üçün onun mənbələrinin qruplaşdırılmasından ötrü olan bir üsuldur. Sol hissə – balansın aktivi, sağ tərəf isə balansın passividir. Mühasibat balansının aktiv və passivlərinin yekunu bir-birinə müvafiq gəlməlidir.


Keçidə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email