Mühasibat uçotunun təşkili

posted in: Uncategorized | 0
birbank biznes

Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir.


Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqəsi olan bütün bölmələrin, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetirilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.


Mühasibat uçotunun təşkili, aparılması, uçot siyasətinin formalaşması, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilatı formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnologiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində nəzarət qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.


Müəssisə özünün filiallarını, şöbələrini, nümayəndəliklərini, istehsalatlarını, təsərrüfatlarını və strukturunda nəzərdə tutulan başqa bölmələrini müstəqil balansa ayıra bilər, lakin bu balansların göstəriciləri müəssisənin öz balansında cəmləşdirilir.

Print Friendly, PDF & Email