Mühasibat xidməti

posted in: Uncategorized | 0
birbank biznes
  1. Müəssisənin mühasibat xidmətinin onun müstəqil struktur bölməsi (idarəsi, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş mühasibatlıq, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirir.
  2. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin (idarənin, şöbənin) rəhbəri və ya baş mühasib tərəfindən həyata keçirilir. Mühasibat xidməti üzrə müstəqil struktur bölməsi olmayan müəssisələrdə mühasibat xidmətinə aid olan işləri müqavilə əsasında ixtisaslaşdırılmış təşkilat, yaxud müvafiq mütəxəssis həyata keçirə bilər.
  3. Mühasibat uçotu üzrə ali ixtisas təhsili olan və ya sərbəst mühasib statusu olan hər bir şəxs baş mühasib işləyə bilər. Zəruri hallarda mühasibat uçotu ixtisası üzrə ali ixtisas təhsili olmayan, lakin mühasibat uçotu işində ən azı beş il iş stajı olan şəxslərə də baş mühasibin işlərini həvalə etmək olar.
  4. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbəri bu qanunu və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət edir.
  5. Baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təssərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
  6. Baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir.

Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılır və icra üçün qəbul edilmir.

  1. Müəssisənin rəhbəri verilən sərvətlərin saxlanması, emalı, satışı (buraxılışı), daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən, 18 yaşına çatmış işçilər ilə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlayır. Belə vəzifələrin və işlərin siyahısı, habelə tam maddi məsuliyyət haqqında birtipli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
  2. Kassir ştatı olmayan kiçik müəssisələrdə həmin vəzifəni müəssisənin rəhbərinin yazılı sərəncamı ilə digər işçi yerinə yetirə bilər.
  3. Baş mühasib işdən azad edilərkən mühasibat uçotunun vəziyyəti və hesabat məlumatlarının doğruluğu müəssisə rəhbərinin əmri ilə təyin edilmiş komissiya tərəfindən yoxlanılıb dürüstləşdirildikdən və aktla rəsmiləşdirildikdən sonra yeni təyin edilmiş baş mühasibə (o, olmadıqda isə müəssisə rəhbərinin əmri ilə baş mühasibin işləri həvalə edilmiş işçiyə) təhvil verilir. Akt azı üç nüsxədən ibarət tərtib edilərək müəssisə rəhbəri tərəfindən təsdiq edilir və birinci nüsxəsi mühasibatda saxlanılır.

Mühasibat şirkətləri, mühasibat xidmətləri, muhasibat sirketleri, muhasibat xidmetleri, muhasibat xidmeti, mühasibat şirkəti

Print Friendly, PDF & Email