Müəssisələrdə autsorsinq əsaslı mühasibat xidməti

posted in: Xəbər | 0

Autsorsinq – ingilis mənşəli outsourcing (outer-source-using) sözündəndi, kənar resursdan istifadə deməkdir. Bu proses zamanı təsərrüfat fəaliyyətinin müəyyən növlərinin yaxud funksiyalarının müqavilə əsasında bu sahədə fəaliyyət göstərən kənar şirkətə verilməsidi.

Müəssisədə mühasibat xidməti necə qurulur?

Mühasibat uçotunun məcburiliyi “Mühasibat uçotu haqqında” AR Qanununda qeyd olunub. Mühasibat xidmətinin qurulması zamanı müxtəlif variantlardan istifadə edilə bilər. Məsələn, mikro sahibkarlıq subyektlərinin rəhbəri, habelə fərdi sahibkarlar öz mühasibatlığını apara bilərlər, qanun buna icazə verir.

Yuxarıda qeyd edilən qanunun 3.2 maddəsinə görə mühasibat xidmətinin təşkilinə rəhbər məsuldur. Bunu o, aşağıdakı variantlardan istifadə etməklə həyata keçirir:

  • daxili mühasibatlıq bölməsi yaratmaqla;
  • müəssisənin mühasibat xidmətini kənar şirkətə həvalə etməklə;
  • eyni zamanda hər ikisindən istifadə etməklə.

Daxili mühasibatlığın təşkili zamanı mütəxəssislər rəsmi olaraq işə götürülür. Mühasibat uçotu subyektlisində mühasibat xidməti bölməsinin təşkili haqqında buradan oxumaq olar.

Mühasibat xidmətləri

Mühasibat uçotunun autsorsinqi 

Qeyd etdiyimiz kimi, mühasibat xidmətinin təşkilinə kənar şirkətləri cəlb etmək olar. Bir çox biznes sahibləri mühasibatlığın tam yaxud bir hissəsini autsorsinq şirkətlərinə həvalə etməyə tərəddüd edirlər.

Amma təcrübə göstərir ki, nüfuzlu autsorsinq əsaslı mühasibat uçotu şirkətlərinin  xidmətlərindən istifadə etməklə maliyyə idarəetməsinin keyfiyyətini artırmaq olar.

Nə üçün müəssisənin mühasibat uçotunun qurulmasına kənar şirkətlərin cəlb edilməsi daxili mühasibatlığa nisbətən daha sərfəlidir?

  • Birincisi, xərcləri optimallaşdırmağa kömək edir;
  • İkincisi, əsas fəaliyyətə daha çox vaxt ayırmaq olur.

Həmçinin, kənardan cəlb edilmiş peşəkar mühasiblər maliyyə proseslərinin səmərəliliyini artıra və qanuni əsaslarla vergiləri azalda bilər.

Autsorsinq əsaslı mühasibat xidməti təklif edən ixtisaslaşmış mühasibat şirkətləri qanunvericiliyi dərindən öyrənir, yenilikləri daima dinləyirlər. Buna görə də, onlar maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdıra, cərimələrdən qaça və qənaət yollarını təklif edə bilərlər.

Yeri gəlmişkən, mühasibat.az saytının tərəfdaşı olan Accounting.Az konsaltinq şirkəti autsorsinq əsaslı mühasibat uçotu xidmətləri təklif edir. Beynəlxalq arenada tanınan şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür.

 Autsorsinq əsaslı mühasibat xidmətinin xeyrinə olan vacib məqamları göstərək.

Hərtərəfli dəstək

İxtisaslaşmış şirkətlərin mühasibləri peşəkar və təcrübəli mütəxəssislərdir. Onlar mühasibat uçotu, vergi planlaması və maliyyə təhlili sahələrində bacarıqlara malikdirlər.

Autsorsinq əsaslı konsaltinq şirkətləri əməkdaşlarının səriştələrinin səviyyəsini həmişə diqqətdə saxlayır. Onlar müasir və səmərəli metodlardan istifadə edir, vergi sistemini yaxşı bilir, mürəkkəb maliyyə məsələləri üzrə təcrübə mübadiləsi aparırlar.

Bundan başqa bir qayda olaraq həmin şirkətlərin tərkibində inzibati, hüquqi işlərdə kömək edəcək yaxud vergi məsələlərində biznesə məsləhət verə biləcək mütəxəssislər var.

Vaxta və pula qənaət

Autsorsinq əsaslı mühasibat xidməti aldığınız zaman hesabatlara nəzarət üçün vaxt itirməyə ehtiyac yoxdur. Konsaltinq şirkət tam məsuliyyəti öz üzərinə götürür. Bu, biznes sahibinə diqqətini əsas fəaliyyətə cəmləşdirməyə imkan verir.

Kənar mühasibat xidmətindən istifadə daxili mühasibatlıqda mütəxəssis saxlamaqdan daha qənaətcildir. Belə ki, əməkhaqqı, vergilər, sosial və tibbi sığorta və digər kadr xərcləri üçün xərcləri azaltmaq mümkündür: kənar mühasibə yalnız xidmət üçün ödəniş edilir. Bu halda işçilərə görə məsuliyyəti autsorsinq şirkəti daşıyır.

Bundan əlavə, mühasibat xidmətinin autsorsinqi avadanlıq və proqram təminatı ilə bağlı xərclərdən qurtulmağa imkan verir. Mühasibat firmalarının yüksək texnologiyalı resursları və proqramları var.

Məsuliyyət

Mühasibat xidmətlərinin autsorsinqi ödənişli xidmət müqaviləsi əsasında həyata keçirilir. Müqavilədə sifarişçi və icraçı hüquq və vəzifələrini aydın şəkildə göstərirlər. Autsorsinq şirkəti müştəriyə dəymiş ziyanı və ya maddi itkiləri ödəməyi öhdəsinə götürür: bu o deməkdir ki, siz heç nə ilə risk etmirsiniz.

Riskli hallara bunlara aid etmək olar:

  • mühasibat uçotunda səhvlər;
  • vergilərin düzgün hesablanmaması;
  • büdcə və digər ödənişlərdə gecikmələr;
  • vergi orqanlarının cərimələri;
  • sənədlərin itirilməsi yaxud zədələnməsi.

Daha geniş imkanlar

Autsorsinq əsaslı mühasibat xidməti təklif edən konsaltinq şirkətlərdə seçim genişdir, məsələn, kadr, vergi uçotu, maliyyə məsləhəti, audit və proqnozlaşdırma. Bu cür xidmətlər biznesdə maliyyə proseslərini optimallaşdırmaq üçün lazımdır.

Sadalananlardan başqa, tərəflər arasında bağlanmış müqavilədə məlumatların qorunması, dəqiqlik və etibarlılıq, hüquqi normalara və standartlara əməl edilməsi kimi hallar da öz əksini tapır.

Beləliklə, mühasibat xidmətinin autsorsingi biznes üçün strateji qərardır. Kənar mühasiblərin xidmətlərindən istifadə resursları azad edir, xərcləri azaldır və rəqabət qabiliyyətini artırır.

Mühasibat uçotu subyektlərində mənfəət