Mühasiblər üçün olduqca faydalı 5 shortcut.
Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman və əmək aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat shortcut-lardan istifadə etmək hər zaman tövsiyə olunur. Bu gün, bu shortcut-lardan 5-i ilə tanış olacağıq.
1. Alt + E + S – Paste special dialoq qutusunun açılması
Bu kombinasiya böyük məlumat bazası, analitik cədvəllər, formullar istifadə edən professionalların daha çox istifadə etdiyi Paste Special dialoq qutusunun açılması üçündür.
Əgər bu shortcutdan istifadə etməmiş olsaydıq, mouse düyməsinə sağ klikləyib ordan Paste Special seçməli olacaqdıq.
2. Ctrl + Shift + 8 – Cədvəli bütövlükdə seçmək
Bu shortcut ilə müəyyən aralıqların və ya bütöv cədvəllərin avtomatik seçilməsinə nail oluruq.
Məsələn aşağıdakı kimi bir cədvəli seçmək istəsək, təxminən belə bir şey etməli olacağıq.
Bu, kiçik bir cədvəl olduğu üçün, çox da zaman itirmədik. Lakin cədvəllərin ölçülərinin ciddi şəkildə olduğu müasir dövrümüzdə eyni əməliyyatı edəcək Ctrl+Shift+8 shortcut-ı var. Necə rahatlıq gətirdiyinə aşağıdakı görüntüdən baxa bilərik. Cədvəlin istənilən xanasına gəlib Ctrl+Shift+8 basmağımız kifayət edəcəkdir.
3. Alt + Down arrow key
Mətn formatlı məlumat olan bir sütun olmuş olsun. Bu sütunun istənilən xanasına gəlib Alt + Down arrow key basdığımız zaman həmin sütunda daha əvvəl daxil edilmiş mətnlər drop-down list olaraq qarşımıza çıxacaq.
Excel bundan əvvəl daxil etdiyimiz xanaları yadda saxlayaraq vaxta qənaət edə bilməmiz üçün hazır siyahı olaraq qarşımıza çıxarır. Bu, bir növ avtomatlaşdırılmış Drop-down list funksiyası daşıyır.
4. Alt + Enter – xana daxilinə ikinci sətirin əlavə edilməsi
Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur.
Məsələn, yuxarıdakı Product description sözünü soldakı kimi yazmaq istəsək, xana çox enli olmuş olacaq. Bunun əvəzinə, ikinci sözü bir sətir aşağı “ata” bilərik. Bunun üçün ilk sözün sonuna gəlib Alt+Enter klikləməyimiz kifayət olacaqdır.
5. Ctrl+Page down/Page up
Sheet-lər arası naviqasiya edərkən mouse-dan istifadəni minimallaşdırmaq üçün məhz bu kombinasiyadan istifadə edilməlidir. Ctrl düyməsi basılı tutularaq Page Down və Page Up düymələri ilə irəli-geri hərəkət etmək mümkündür.
Müəllif: Elçin Xəlilov
Bax:
-
NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı
-
VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi
-
NPV funksiyası – bugünkü dəyəri necə hesablamalı?
-
Həftəlik overtime saatının hesablanması
-
Excel-də illər üzrə artım tempini necə hesablamalı?