Mühasiblərin sürətini artıracaq 8 shortcut

posted in: Excel, muhasibat, Xəbər | 0
birbank biznes

Müasir dövrdə sürət hər şey deməkdir. Nə qədər sürətli işləsəniz, bir o qədər daha çox şey öyrənmiş və etmiş olarsınız. Bu səbəblə, Excel-də nə qədər çox shortcut bilsəniz, həm işinizi qısa zamanda bitirmiş, həm də ciddi şəkildə inkişaf etmiş olarsınız.

Excel – yeni bir dil öyrənmək kimidir. Nə qədər çox istifadə etsəniz, bir o qədər tez avtomatlaşdırarsınız.

Aşağıda işinizdə çox böyük asanlıqlar yaradacaq 8 shortcut var. Mütləq öyrənməyə və işinizdə tətbiq etməyə çalışın.

Shortcut 1: Ctrl + A – Bütün səhifəni seçmə

Worksheet-də olan bütün xanaları tək bir kombinasiya ilə seçməyə yarayır. Bütün sheet-in fontunu, onun rəngini, ölçüsünü dəyişmək istəsəniz, tək bir kombinasiya ilə bütün xanaları seçə bilərsiniz. Eyni funksiyanı aşağıdakı screenshot-da gördüyünüz qutucuğa klikləyərək də edə bilərsiniz.

10 shortcut - 1

Shortcut 2: Shift + Space – Sətiri bütövlükdə seçmə

Bütün sətri seçməyə yarayır. Bütünüylə seçmək istədiyiniz sətirin hər hansı bir xanasına gəlirsiniz və bu kombinasiyanı həyata keçirərək bütün sətri seçmiş olursunuz. Əgər birdən çox sətir seçiləcəksə, o zaman Shift düyməsi ilə birgə Aşağı düyməsinə basaraq lazımi qədər sətir seçmək mümkündür.Eyni əməliyyatı bütünüylə seçmək istədiyiniz sətirin nömrəsinə klikləyərək də edə bilərsiniz.

10 shortcut - 2

Shortcut 3: Ctrl + Space – Sütunu bütövlükdə seçmə

Bu kombinasiya isə bütün sütunu seçməyə yarayır. Eynilə 2-ci shortcut-da olduğu kimi. Bütün prinsiplər tamamilə eynidir.

10 shortcut - 3

Shortcut 4: Shift + Ctrl + “=” – Sətir/sütun əlavə etmə

2 sətir və ya sütun arasına yeni sətir/sütun əlavə etmək üçün istifadə olunur. Eyni funksiyanı mouse-un sağ düyməsinə klikləyib ordan Insert də seçilə bilər, lakin istifadə etməyə başladıqca, necə asan və effektiv yol olduğunu görəcəksiniz. Həyata keçirilməsi çox sadədir. Əvvəlcə, yeni sətir/sütunun hara əlavə ediləcəyini müəyyən edirsiniz, aşağıdakı screenshot-a nəzər yetirək.

10 shortcut - 4

Fərz edək ki, 9-cu sətirdən sonra yeni 2 sətir əlavə etmək istəyirik. Bu halda, 9-cu sətirdən sonra 2 sətir bütünüylə seçilir və Shift+Ctrl+= kombinasiyası həyata keçirilir. Yeni sütunlar əlavə etmək istəsəniz, eyni prinsipə baş vura bilərsiniz.

P.S. “=” düyməsi Backspace düyməsinin solundakı düymədir.

Shortcut 5: Ctrl + “-” – Sətir/sütun silmə

Bir öncəki shortcut yeni sətir/sütun əlavə edirdisə, bu shortcut, o sətir/sütunları silməyə yarayır. Silinmək istənən sətir/sütun bütünüylə seçilir və Ctrl + “-” kombinasiyası həyata keçirilir.

P.S. “-” düyməsi Backspace düyməsinsən 2 soldakı düymədir.

Shortcut 6: Ctrl + 1 – Formatlama

Hər hansı bir xananı formatlamaq istəsəniz (rəqəm, mətn, tarix, faiz dərəcəsi və s.), ya Home menusundan aşağıdakı screenshot-da göstərilən kiçik ox işarəsinə klikləməli, ya da daha effektiv yol olaraq Ctrl+1 kombinasiyasında istifadə etməlisiniz.

10 shortcut - 5

Hər iki halda da, qarşımıza tanış olan qutucuq çıxacaq. Bu qutucuqdan istənilən formatı verə bilərik.

10 shortcut - 6

Shortcut 7: Shift + Ctrl + L – Filteri aktiv/deaktiv etmə

Hər hansı bir cədvəli filterləmək istədiyimizdə, o cədvəli seçib, Data menusundan Filter düyməsini klikləməliyik. Lakin bunu klaviatura ilə etmək dəfələrlə asandır. Bunun üçün lazımi cədvəl seçilir və Shift+Ctrl+L kombinasiyası həyata keçirilir.

Shortcut 8: F2 – Xananı Edit etmə

Xananın daxilini edir etməyə yarayır. Hər hansı bir xanadakı formulu araşdırmaq istəsək, ya həmin xanaya 2 dəfə arxa-arxaya klikləmək, ya da F2 düyməsini basmağımız gərəkir. Hansının sizin üçün daha effektiv olduğuna özünüz qərar verin.

Müəllif: Elçin Xəlilov


Bax: 


Print Friendly, PDF & Email