Faiz gəlirlərindən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0
birbank biznes

Ödəmə mənbəyində vergi tətbiq olunan faizlər

Faizlərdən ödəmə mənbəyində vergi tutulması (ÖMV) haqqında danışmazdan öncə faizin nə olduğuna baxaq. Təcrübədə, bir çox hallarda, mühasiblər faizi düzgün şərh etmir, nəticədə faiz gəlirləri ilə əməliyyatların səhv tənzimlənməsi baş verir. Belə bir nümunəyə situasiyaya baxaq:

“A” MMC ilə “B” MMC arasında bağlanmış müqaviləyə əsas birinci tərəf ikinci tərəfə xidmət haqqını hər ayın 10-una kimi ödəməlidir. Müqavilədə nəzərdə tutulub ki, gecikdirilən hər gün üçün ödənilməli məbləğinin 1% miqdarında faiz hesablanacaq. 

Sual:

“A” MMC qarşı tərəfə əsas borcu ödəyərkən faizə görə ödəmə etdikdə ÖMV tutulurmu?

Bu sualı cavablandırmaq üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinə müraciət edək. Məcəllənin 13.2.18-ci maddəsi “faiz” anlayışını belə şərh edir:

Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir

Göründüyü kimi, Vergi Məcəlləsi faizləri yalnız borc öhdəliyinə bağlayıb, yəni borc öhdəliyi olmayan hansısa öhdəliyə görə hesablanmış faizə Vergi Məcəlləsinin 123-cü maddəsini tətbiq etmək doğru olmaz.

“Borc öhdəliyi nədir?” sualına cavabı Mülki Məcəllədə tapmaq olar: borc öhdəliyi borc müqaviləsi zamanı formalaşır, bu pula, yaxud digər əşyaya mülkiyyət hüququnun başqasına keçməsi ilə baş verir.  Buradan aydın olur ki, yuxarıdakı situasiya üzrə hesablanmış faizdən ödəmə mənbəyində vergi tutulmayacaq.

Fiziki və hüquqi şəxslərin faiz gəlirləri

Bu gəlirlərin tərkibi yekcins deyil. Məsələn:

  • banklar, kredit təşkilatları, maliyyə lizinqi sahəsində çalışan şəxslər müştərilərdən kreditlər, lizinq əməliyyatlardan müəyyən faiz məbləğləri əldə edirlər ki, bu onların faiz gəlirləri hesab olunur, yaxud;
  • müəssisələrə, fiziki şəxslərə, onların bankda yerləşdirdikləri əmanət və depozitlər üzrə ödədiyi məbləğlər həmin şəxslərin faiz gəliridir.

Ümumiyyətlə, faiz gəlirləri:

  • fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri (VM, maddə 99.3.1);
  • müəssisələrin satışdankənar gəlirləri (VM, 13.2.12);
  • bankların, kredit təşkilatlarının, maliyyə lizinqi ilə məşğul olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab edilir.

Yuxarıda qeyd etdiyimiz bölgüdən asılı olaraq faiz gəlirlərinin ÖMV-yə cəlb edilməsi üsulları müxtəlifdir. Faizlərdən ödəmə mənbəyində verginin tutulması bu üsullardan biridir.   

Faizlərdən ödəmə mənbəyində vergi tutulması

Ödəmə mənbəyində faizlərdən verginin tutulması Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir.

Rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən (habelə, bu cür nümayəndəliyin adından):

  • rezident fiziki şəxsə;
  • qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisnadır);
  • AR-da daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faiz gəlirlərinə, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərinə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanır və tutulur.

Bu zaman bilmək lazımdır ki:

  • kreditlər, depozitlər üzrə ödənilən faizlər istisnadır;
  • gəlir VM-in 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilməlidir;
  • vergitutma bazası hesablanarkən qanunla müəyyən edilmiş güzəştlər nəzərə alınır.

Yuxarıda sadalananlar VM-in 123.1 maddəsinin əsasını təşkil edir. Bu maddənin tətbiqi zamanı rast gəlinən halları nümunələr əsasında şərh edək. Bu zaman faiz ödənişlərin iki halı mövcuddur.

Faiz fiziki şəxsə ödənilir

Fiziki şəxs olaraq faizin faktiki sahibisinizsə, 10%-lə ödəmə mənbəyində vergiyə cəlb olunacaqsınız. Vergi tutulan faizlər qeyd etdiyimiz fiziki şəxslərə ödənərsə, həmin faizlərdən bir daha vergi tutula bilməz (VM, maddə 123.2).

Nümunə 1. Fərdi sahibkar xəz dəri məmulatlarının idxalı və satışı ilə məşğuldur. O eyni zamanda armatur istehsalı ilə məşğul olan müəssisədə 20% paylara sahibdir. 2020-ci ildə payçısı olduğu müəssisədən 650 manat faiz gəliri əldə etmişdir. Eyni zamanda həmin ildə xəz dəri məmulatlarının satışından 35000 manat mənfəəti olmuşdur. Fərdi sahibkar gəlir vergisini hesablayarkən 650 manat faiz gəlirini bəyan etməli, lakin o qədər hissəni vergiyə cəlb etməməlidir. Həmin gəlir ödəmə mənbəyində vergiyə cəlb edilmişdir.

Faiz hüquqi şəxsə ödənilir

Əgər, faizlərin faktiki sahibi mənfəət vergisinə cəlb olunan rezident müəssisə yaxud qeyri-rezidentin daimi nümayəndəliyidirsə, vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ÖMV tutulmasının təsdiq sənədlərini təqdim etməklə mənbədə ÖMV məbləği qədər vergidən azaldır.

Nümunə 2. Yuxarıdakı nümunə üzrə fərdi sahibkarın yerinə hansısa “A” MMC olsaydı, o zaman həmin MMC faiz gəlirlərini də digər gəlirləri ilə bir yerdə tam şəkildə bəyan etməli, yəni 35650 manat mənfəətini göstərməli və sonra isə ondan tutulmuş 72.22 manat vergini(722.22 – 72.22 = 650 ) ümumi vergidən çıxmalı idi.

Həyatın yığım sığortası üzrə gəlirdən ödəmə mənbəyində vergi

10 faiz dərəcə ilə ÖMV-yə cəlb edilən digər hal həyatın yığım sığortası ilə bağlıdır. Bu zaman vergitutma bazası (gəlir) sığorta olunan tərəfindən ödənilən (yaxud onun xeyrinə ödənilən) sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi müəyyən edilir.

Nümunə 2. Fiziki şəxs həyatın yığım sığortası müqaviləsinə əsasən 2 il ərzində ayda 65 manat olmaqla sığorta şirkətinə 1560 manat sığorta haqqı ödəmiş və müqavilə müddəti başa çatdıqdan sonra 2650 manat sığorta ödənişi almışdır. Bu halda 1090 (2650 – 1560) manat məbləğində fərq onun gəliri hesab olunur. Sığorta şirkəti bu məbləği sığorta olunana ödəyərkən 10%,yəni 109 (1090*10%) manat vergi tutmalı və fiziki şəxsə 2541 manat (2650 – 109) manat ödəməlidir.

Nəzərə alsaq ki, 01 yanvar 2023-cü ildən bank əmanətlərinə verilən faizlər üzrə ödəmə mənbəyində vergi tutulmasına tətbqi edilən 7 illik güzəşt müddəti başa çatıb, belə faiz gəlirlərinə ödəmə mənbəyində vergi hesablanması qaydasına maraq  təbiidir.

Banklar tərəfindən vətəndaşların faiz gəlirlərinə ÖMV hesablanması

Hesablanma qaydasına ekspert Anar Bayramov tərəfindən nümunələrlə vergiler.az – da aydınlıq gətirilib. Həmin nümunələri nəzərinizə çatdırırıq:

“Yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində gəlir vergisindən azad idi. Həmin müddət 1 fevral 2023-cü ildə başa çatdığı üçün, həmin tarixdən faiz gəlirlərinə ödəmə mənbəyində vergi hesablanır.“

Nümunə 2. Vətəndaş 1 yanvar 2022-ci il tarixdə banka illik 10 faiz olmaqla əmanət yerləşdirib. Bu halda 1 fevral 2023-cü il tarixə qədər əmanətlərin faizlərindən ödəmə mənbəyində vergi hesablanmır. Ancaq 1 fevral 2023-cü il tarixdən sonra hesablanan faizlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Nümunə 3. Vətəndaş 1 yanvar 2022-ci il tarixdə banka illik 10 faiz olmaqla əmanət yerləşdirib. Bu halda 1 fevral 2023-cü il tarixə qədər əmanətlərin faizlərindən ödəmə mənbəyində vergi hesablanmır. Ancaq 1 fevral 2023-cü il tarixdən sonra hesablanan faizlərə10 faiz ÖMV tətbiq ediləcək.

Faizlərdən ödəmə mənbəyində vergi üzrə güzəştlər

Bizim yuxarıda qeyd etdiyimiz Vergi Məcəlləsinin 123-cü maddəsində qeyd edilən məqamlar 2022-ci ildə qüvvəyə minib.  Dəyişikliklərin məğzi, hesablama qaydaları haqqında ekspert Elnur Səmədzadənin  təqdimatında  buradan oxumaq olar.  Buraya keçid etməklə isə vergi güzəştlər  məlumat alamaq mümkündür.


Print Friendly, PDF & Email