Məzuniyyətlər və orta əmək haqqı

posted in: Xəbər | 1

Məzuniyyət vaxtı üçün orta əmək haqqı

İşçi məzuniyyətdə olarkən işəgötürən onun iş yerini (vəzifəsini), habelə orta əmək haqqını saxlayır (AR Əmək Məcəlləsinin 111-ci maddəsi). Bu o deməkdir ki, məzuniyyət vaxtı üçün ödəniş işçinin orta emek haqqına əsaslanır.

Orta əmək haqqı – müəyyən bir dövr üçün işçinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin orta məbləğidir. Bu anlayışa müxtəlif normativ sənədlərdə rast gəlmək olar, müxtəlif hallarda istifadə olunur və  müxtəlif ödənişlər üçün fərqli hesablanır.

Orta əmək haqqı AR Əmək Məcəlləsində

AR ƏM-nin 177-ci maddəsi orta əmək haqqının hesablanması qaydasını şərh edir. Onun müəyyən edilməsi zamanı nəzərə alınan əmık ödənişi üzrə bütün ödənclərin tərkibi Məcəllənin 157-ci maddəsi ilə tənzimlənir. Həmin ödəncləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • aylıq tarif (vəzifə) maaşı;
  • tarif maaşına əlavələr;
  • işin yekunlarına görə mükafatlar.

Orta əmək haqqı AR ƏM-nin 177 maddəsinin 5-ci hissəsində müəyyən edilmiş hallarda tətbiq edilir.

Orta əmək haqqı əsasında hesablanan ödənişlər

Qeyd edək ki, işəgötürən tərəfindən işçiyə ödənilən və orta əmək haqqı əsasında hesablanan bir çox ödənişlər var. Bunlara aşağıdakı nümunələri göstərmək olarlar daxildir:

  • məzuniyyətin müxtəlif növləri üzrə ödənişlər;
  • əmək müqaviləsinin xitamı zamanı işçilərə ödəmələr;
  • ezamiyyətə göndərilən işçilərin əmək haqqı təminat;
  • digər ödənişlər.

Orta əmək haqqının hesablanması metodikası

AR Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinə əsaslanıb iki hesablama metodikası olduğunu deyə bilərik:

  1. Əmək məzuniyyəti vaxtı verilən orta emek haqqı;
  2. Digər hallarda orta əmək haqqının hesablanması.

Əmək məzuniyyəti vaxtı üçün orta emek haqqı hesablanması haqqında növbəti bölmədə danışacağıq.

Əmək məzuniyyəti istisna olmaqla digər hallarda işçiyə ödəniləcək orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayında qazanılmış əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünür. Tapılmış bir günlük əmək haqqı orta əmək haqqı saxlanılacaq iş günlərinin sayına vurulur və orta emek haqqı müəyyən edilir.

Əgər işçi iki aydan az işləyibsə hesablamalar faktiki işlənmiş günlər və həmin günlərdə qazandığı əmək haqqına görə aparılır.

Əmək məzuniyyəti vaxtı  orta əmək haqqının hesablanması

Əmək məzuniyyəti vaxtı verilən orta əmək haqqı məzuniyyətin başladığı aydan əvvəlki 12 təqvim ayında qazanılmış əmək haqqına görə müəyyən edilir:

  • həmin dövr üçün orta aylıq əmək haqqı tapılır;
  • tapılmış məbləğ 30,4-ə bölünür;
  • alınmış məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Nümunə 1: İşçi 04.05.2023-cu il tarixindən 14 təqvim günü davam edən məzuniyyətə gedir. Məzuniyyətdən əvvəlki 12 ayın hər biri üçün ona 3000 manat maaş verilirdi.

İşçiyə ödənilməli olan məzuniyyət haqqının məbləği belə olacaq:

3000 manat x 12 ay : 12 ay : 30,4 x 14 gün = 1381,58 manat.

Əgər işçi 12 aylıq müddəti tam işdə olmayıbsa məzuniyyət vaxtı üçün orta əmək haqqı necə hesablanır? Nümunəyə baxaq.

Nümunə 2: Əvvəlki nümunənin şərtindən istifadə edək və hesab edək ki, həmin işçi 2022-ci il oktyabrında əmək xəstəlik vərəqi əsasında və özünün təqsiri olmadanboşdayanmaya görə ona həvalə edilmiş əmək funksiyasını tam yerinə yetirə bilməyib. Odur ki, oktyabr ayı üçün işçiyə 1500 manat vəzifə maaşı, 800 manat əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, 400 manatboşdayanmaya görəödəniş edilib (məbləğlər şərtidir, hesablamanı asanlaşdırmaq uçun belə götürülüb). Bundan əlavə xəstəliyi üçün 500 manat maddi yardım verilib.

AR NK-nın məlum qərarına əsasən oktyabr ayı üçün orta emek haqqının hesablanmasında nəzərə alınana ödənişlər belə olacaq:

1500+800+400=2700 manat

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması aşağıdakı kimi aparılacaq:

(3000 manat x 11 ay+2700manat) : 12 ay : 30,4 x 14 gün = 1370,10 manat.

Təhsil məzuniyyəti üçün orta əmək haqqının hesablanması

Yuxarıda qeyd etdiyimiz kimi, Əmək Məcəlləsində bir sıra hallar üçün orta əmək haqqının fərqli hesablanamsı qaydası tətbiq edilir. Bunlardan biri təhsil məzuniyyəti üçün ödənişlərdir.

Nümunə 2: İşçinin 2022-ci ilin noyabr ayında 700, dekabrda isə 900 manat əmək haqqı alıb. Növbəti ilin yanvar ayının 5-dən 30 günlük ödənişli təhsil məzuniyyəti hüququndan istifadə etmək istəyir. Təhsil məzuniyyəti üçün orta əmək haqqının hesablanması ardıcıllığına baxaq. 

İstehsalat təqviminə əsasən noyabr ayında 20, dekabr ayında isə 22 iş günü var. 2023-cü ilin yanvar ayından məzuniyyətə çıxan işçi fevral ayının 6-da işdə olmalıdır. Həmin dövr üçün iş günlərinin sayı 21 gündür. Bunları nəzərə alsaq, təhsil məzuniyyəti zamanı orta emek haqqı belə hesablanacaq:

((700+900) / (20+22)) *21=(1600/42)*21=800 manat

Nəzərə almaq lazımdır ki,  məzuniyyət vaxtı üçün orta əmək haqqı işçiyə məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənməlidir (ƏM, 140-cı maddəsnin 50- ci hissəsi).


Print Friendly, PDF & Email

  1. Resad
    |

    Yes l’m