Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış və onların növləri

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu subyektlərində pul vəsaitləri ilə hesablaşmalar iki formada həyata keçirilir: nağd və nağdsız. Nağd ödəniş – pulun satıcıya “əldən-ələ” birbaşa köçürülməsidir, nağdsız ödəniş alanın və ödəyənin bank hesablaşma hesabları arasında köçürmə formasında həyata keçirilir.

Nağd ödənişin xüsusiyyətləri

Nağd ödəniş alıcıdan satıcıya əskinaz və ya sikkələrin köçürülməsidir. Pul vasitələri ilə hesablaşmaların nəğd aparılması zamanı qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutula bilər. Məhdudiyyətlər biznes fəaliyyəti ilə bağlı ödənişlərə də aiddir.

Nağd pulla hesablaşmalar aşağıdakı üsullarla həyata keçirilə bilər:

  • ticarət obyektlərində nəğd pul vəsaiti ödənişinin əldən-ələ ötürlməsi;
  • köçürülmüş pul vəsaitlərinin bankomatdan və ya bank kassasından çıxarılması;
  • pul köçürmə sistemi vasitəsilə nəğd pul vəsaitlərinin qəbulu.

Nağd hesablaşma artıq yeganə mümkün ödəniş üsulu deyil.

Nağd hesablaşmaların üstünlükləri və mənfi cəhətləri

Üstünlüklər:

  • İstənilən vaxt və istənilən yerdə alış-verişinizi ödəyə bilərsiniz. Əgər satış məntəqəsində terminal yoxdursa və ya elektrik enerjisi kəsilibsə, ödəniş adi qaydada həyata keçirilir.
  • Xərclərə nəzarət daha asandır. Bəziləri üçün kartda olan pulu xərcə görə bölüşdürmək çətin olur. Cüzdanın “qalınlığı” büdcəni əyani nümayiş etdirir. Bu, psixoloji rahatlıq amillərindən biridir.
  • Hesablamalar zamanı bloklanma baş vermir. Ödənişin şübhəli kimi dondurulacağından narahat olmadan ödəniş etmək olar.

Çatışmamazlıqlar:

  • Bəzən kiçik pərakəndə satış məntəqələrində hesablaşmalar zamanı qalığın qaytarılmasında çətinliklər yaranır. Ticarət obyektlərində ödəniş terminallarından geniş istifadə nəğd pul daxilolmalarının həcmini azaldıb. Bəzən satıcının alıcıya qalıq qaytarmaq üçün nağd pul vəsaiti olmur.
  • Pul vəsaitlərinin itirilməsi, oğurluq riski yüksəkdir. Oğru ilə hər yerdə rast laşmaq olar: avtobusda, mağazada, küçədə. Əskinazları təsadüfən cibdən düşə bilər, cırılar yaxud tanınmaz halda çirklənə bilər. Əksər hallarda itirilmiş pulu geri qaytarmaq mümkün olmur.

Respublikamızda bank sektorunun inkişaf tempi, nəğd pul kütləsinin ilbəil azalmasına səbəb olur. Amma, hər halda yaxın bir-neçə il ərzində nağd pul vəsaitlərindən tamamlilə imtina mümkünsüz görünür.

Nağdsız pul vəsaitləri ilə hesablaşmalar

Pul vəsaitləri ilə nağdsız hesablaşmalar, bir qayda olaraq, kredit təşkilatları vasitəsi ilə köçürmələr yolu ilə həyata keçirilir. Qanun ödənişlərin bank hesabı açaraq yaxud bank hesabı açılmadan həyata keçirilməsinə icazə verir. Nəğdsız ödəniş demək olar ki, bütün sahələrdə – ailə üzvlərinə pul köçürməsindən tutmuş hüquqi şəxslər arasında hesablaşmalara qədər istifadə olunur.

Fiziki şəxslər hesablaşmalar zamanı daha çox bank kartlarından istifadə edir. Belə ödənişlər zahirən sadə görünür, əslində, nağdsız ödəniş sxemi qanuni tələblərə uyğunluğu və əməliyyatın hər iki tərəfinin şəxsi məlumatlarının qorunmasını təmin edən mürəkkəb texnologiya üzərində qurulub.

“Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.1 maddəsinə görə pul vasitələri ilə nağsız hesablaşamalar dedikdə bunlar başa düşülür:

  • ödəyənin bank hesabdan alanın bank hesabına köçürmələr, o cümlədən, ödəniş alətləri və ödəniş vasitələri ilə;
  • ödəniş terminalları vasitəsi ilə köçürmələr;
  • nəğd pulun birbaşa satıcının bank hesabına köçürməsi.

Ödəniş alətləri dedikdə ödəniş kartları, ödəniş tapşırığı və sairlər, ödəniş vasitələri dedikdə  mobil telefonlar, kompüter və digər avadanlıqlar nəzərdə tutulur.

Nağdsız hesablaşmalar və pul köçürmələrinin formaları

Nağdsız hesablaşma bank hesabları vasitəsi ilə həyata keçirilir. Mərkəzi Bankın “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatının” 3-cü bölməsi nağdsız hesablaşmaların aşağıdakı formalarını müəyyyən edir:

  • ödəniş tapşırıqları ilə hesablaşmalar;
  • ödəniş tələbnamə-tapşırıqları ilə hesablaşmalar;
  • inkasso sərəncamları ilə hesablaşmalar;
  • vergi və gömrük orqanlarının sərəncamları ilə hesablaşmalar;
  • akkreditiv üzrə hesablaşmalar;
  • ödəniş kartları ilə hesablaşmalar.

AR Mülki Məcəlləsinin 972.1-ci maddəsinə uyğun olaraq nağdsız pul vəsaitləri ilə hesablaşmalar bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda da aparıla bilər. Tərəflər ödəniş üsulunu müstəqil seçmək və müqavilədə müəyyən etmək hüququna malikdirlər.

Yeri gəlmişkən, Siz sahibkarlıqla məşğul olmaq, şirkət qeydiyyatdan keçirib fəaliyyət göstərmək istəyirsinizsə, mütləq bank hesabı açmaq zərurəti ilə rastlaşaçaqsınız. Fəaliyyətinizin qeydiyyatı, bank hesablarının açılması işlərini Accounting.Az konsaltinq şirkətinə həvalə etsəniz vaxtınıza qənaət edəcək, hüquqi əsaslı müqavilə və digər sənədləri operativ əldə edəcəksiniz. Beynəlxalq arenada tanınan bu şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür.

Pul köçürməsi –  nağd pul vəsaitlərinin bank hesabı açılmadan vəsait alanın xeyrinə köçürülməsi əməliyyatıdır. Vəsaitin büdcə və büdcədənkənar dövlət fondlarına ödənildiyi hallar istisna olmaqla, belə əməliyyatlar sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmamalıdır. Pul köçürmələri banklar, habelə ödəniş terminalları vasitəsi ilə həyata keçirilir.

Elektron pullarla ödəniş

Pul vəsaitləri ilə hesablaşmalar elektron pul kisələrindən istifadə etməklə də həyata keçirilə bilər. Belə bir nağdsiz ödəniş sisteminin istifadəçisi İdentifikasiya edilmiş olur, ona görə də ödənişlər anonim deyil, onlara nəzarət etmək olar. Elektron pul kisələri bank kartından və ya iki hesab arasında köçürmə yolu ilə doldurulur.

Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti

Print Friendly, PDF & Email