Qədim Romada uçot (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçot (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Kredit münasibətləri

Mühasibat uçotunun inkişafının ikinci mənbəyi kredit münasibətlərinin sürətlə artması idi. Qədim Roma sahibkarları bir-birlərinə həm pul, həm də mallarla ssuda verirdilər və kredit dövriyyələrini yadda saxlamaq üçün mürəkkəb bir həcmə çatmağa başladıqda, onların uçotunu aparmaq məcburiyyətində qaldılar. Hər bir düzgün təsərrüfat sahibi təkcə vergiyə cəlb olunan əmlakını nəzərə almır, həm də faizlə kredit üzrə verilənlərin uçotunu aparırdı. Adətən, faizlər ayın ilk günündə  ödənilirdi. Buna görə faizlərlə verilmiş kreditlərin qeydləri təqvim adlanırdı. Təqvimdə yalnız verilmiş məbləğlər deyil, həm də borcalandan alınan faizlər də göstərilirdi. Beləliklə, Qədim Romada elə bir hesablama prinsipi yaranmışdı ki, bu prinsipə əsasən, uçotda yalnız faktiki olaraq verilmiş və əldə edilmiş vəsaitlərin məbləği deyil, həm də pul almaq hüququ və onların ödənilməsi öhdəlikləri qeydə alınırdı.

Qədim Roma iqtisadiyyatında kreditin mühüm əhəmiyyətini, məşhur XII cədvəllər qanunlarında borcun tələb edilməsi proseduruna ayrılmış bir yer olduğunu göstərir*.

*XII cədvəllər qanunları – e.ə. 451-450-ci illərə aid qədim Roma hüququnun əsas mənbəyidir. Həmin qanunların orijinal mətni qalmayıb. Bizə məlum olan mətn ötən əsrdə sistemləşdirilmiş və qədim Roma və yunan müəlliflərinin əsərlərində yer alan parçalardan ibarət idi.

Qanunun göstərişlərinə əsasən, öhdəliklərini vaxtında ödəməyən borcluya, borcunu ödəyə biləcəyi 30 güzəşt günü verilirdi. Bu müddət keçdikdən sonra borcunu dövlətə ödəyə bilməyən debitoru əmlakı ilə birlikdə xaricə kölə kimi satırdılar.

Əgər kimsə istənilən bir fərdi şəxs qarşısında öz öhdəliklərini yerinə yetirməmişsə və şahidləri onlara borcun ödənilməsinin sübutunu təqdim etməmişsə və heç kəs onun zaminlik hüququna daxil olmaq istəmirsə, kreditor məhkəmənin qərarı ilə borclunu özü ilə apara və qul kimi saxlaya bilərdi. Eyni zamanda, Qanunun III cədvəlinin 3-cü maddəsi borclunun üzərinə “ağırlığı 15 funtdan az olmayan kilidlər və ya qandallar, arzu etdikləri təqdirdə (kreditor – Y.S., M.P) isə bundan daha ağır olanları bağlamağa icazə verirdi. Həbs müddətində borclu öz hesabına qidalanmalı idi.

Əks təqdirdə, qanun kreditorun ona gündə bir funt un verməsinə icazə verirdi. Həbsə alındığı 60 gün ərzində borclu üç dəfə bazara çıxarılırdı və yüksək səslə kiminsə bu şəxsə yazığı gəlib-gəlmədiyi soruşulurdu. Əgər bütün bunlar uğursuz nəticələnirdisə, onda kredit verənlər borclunu öldürmək və meyitini öz aralarında bölmək hüquq əldə edirdilər. Bu, borclunun öhdəlikləri bacardığı qədər ödədiyini simvollaşdırırdı. “Üçüncü bazar günü ilə bağlı III cədvəlin 6-cı maddəsi belə elan edirdi – qoy borclunu hissələrə bölsünlər və əgər kimsə özünə həmin hissədən az və ya çox pay götürərsə, qoy bu onların günahına səbəb olmasın”.

Öhdəliklərin ödənilməsi ilə bağlı bizim fikrimizcə, bu cür barbarlıq dərin nəzəri əsaslara malik idi. Məsələ ondadır ki, qədim Roma mülki hüququ borclunu öhdəliyin passiv subyekti kimi və onun əmlakını tələb hüququnun obyekti kimi fərqləndirmirdi. Bu anlayışlar nəzəriyyə ilə praktikada qarışıq idi. Vəzifə obyekti və subyekti qədim Roma hüquqşünaslarının təqdimatında bir bütövlük təşkil edirdi. Buna görə, ödəniş edilmədiyi təqdirdə, borclunun həm özü, həm də onun əmlakı bölünməyə məruz qalırdı.
Zərər gətirən borclunu sevinclə hissələrə bölüşdürməyə əsas kimi isə təqvimdəki mühasibatlıq qeydləri xidmət edirdi.  Qayın (e.ə. II əsr Roma hüquqşünası) Roma hüququ ilə bağlı “Öhdəliklər barədə”   məşhur dərsliyində deyilir ki, öhdəlik, məsələn, mühasibat kitabına daxil edilərsə, yazılı sənəd əsasında qurulur … Beləliklə, mühasibat uçotu qeydiyyatı – mühasibat uçotu kitabı – eyni zamanda iqtisadi həyat faktları haqqında məlumatların əsas daşıyıcısı kimi xidmət etmişdir. Bu zaman mühasibat uçotu üzrə qeydlər müvafiq faktlara hüquqi qüvvə verirdi.

Qanlı simvolizmin tərəfdarı olmayan daha praqmatik kreditorlar borcunu ödəyə bilməyən şəxsi ailələri və əmlakları ilə birlikdə köləliyə satmaq hüququna sahib idilər. Lakin onları yalnız xaricə sata bilərdilər, çünki azad Roma vətəndaşı borcunu ödəmədiyinə görə qanunla parçalana bilərdi, ancaq, öz torpağında qul edilə bilməzdi.

Beləliklə, qədim Roma qanunvericiliyi ödəməmə problemini həll etdi və mühasibat məlumatlarına hörməti artırdı.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email