Qeyri-maddi aktivlər nədir?

posted in: Ümumi, Xəbər | 1

“Qeyri-maddi aktiv” anlayışı

Qeyri – maddi aktivlər, adından bəlli olduğu kimi, maddi formada olmayan aktivlərdir. Amma onları debitor borclar, verilmiş avanslar və s. kimi aktivlərlə səhv salmayın. Qeyri-maddi aktivlər, əslində, bir növ əsas vəsaitlərin fiziki olaraq mövcud olmayan formasıdır.

Nəyə görə belə bir bənzətmə etdik? Çünki qeyri-maddi aktivlərin bir çox xüsusiyyətləri əsas vəsaitlərdə olduğu kimidir. Məsələn, onlar da əsas vəsaitlər kimi:

Gəlin, daha aydın olmaq üçün, bəzi nümunələrə baxaq. Proqram təminatları, nou-hau (“know-hau”),  lisenziyalar, patentlər, qudvil (“goodwill”) , ticarət nişanlarını, əmtəə nişanlarını, hər hansı digər inhisar, imtiyaz və istifadə hüquqları qeyri-maddi aktivlərə nümunələrdir.

Önəmli məqam: əgər maddi aktiv proqram təminatı yaxud hər hansı maddi formada mövcud olmayan oxşar aktivlər sayəsində çalışırsa, maddi formada olmayan belə aktivlər həmin maddi aktivlərin ayrılmaz tərkib hissəsi hesab edilir və ayrıca olaraq qeyri-maddi aktiv kimi uçota alınmır.

Yuxarıda qeyd edilən məqamı, nümunədə şərh etməyə çalışaq. Məsələn, əgər fərdi kompüter “Windows” əməliyyat sistemi olmadan çalışmırsa, bu o deməkdir ki, həmin əməliyyat sisteminin əldə edilməsi üçün xərclənən pulu elə kompüterin dəyərinin üzərinə gəlməlisiniz, yəni proqram təminatını ayrıca olaraq qeyri-maddi aktiv kimi göstərmək lazım deyil.

Əgər proqram təminatı, əməliyyat sistemi və s. digər analoji xüsusiyyətə malik olan, fiziki formada mövcud olmayan aktivlər yüksək texnologiya məhsulunu, avadanlığı özündən asılı vəziyyətə salmırsa, onu əldə edildiyi vaxt qeyri-maddi aktiv kimi uçota almaq lazımdır.

Qeyri-maddi aktiv kimi dəyərləndirmə

Fiziki formada mövcud olmayan aktivin qeyri-maddi aktiv kimi dəyərləndirilə bilməsi üçün, onun aşağıdakı tələblərə cavab verməsi zəruridir:

  • Müəyyən edilə bilən olmalıdır yəni aktiv konkret təsbit edilməli, digər aktivlərə qarışdırılmadan seçilə bilən, habelə satıla, dəyişdirilə, ləğv edilə bilən olmalıdır. Biz onun mütləq satılmalı olduğunu demirik, lakin nəzəri olaraq bütün digər şərtlər ödənilsə, digər aktivlərdən ayrılıb alıcıya satıla biləcək təqdimedilmə qabiliyyəti olmalıdır.
  • Üzərində nəzarət olmalıdıraktiv yalnız sizə məxsus olmalıdır, icarədə, habelə digər istifadə hüquqlarına vermiş olsanız belə, üzərində sərəncam vermək hüququ yalnız sizdə qalmalıdır.
  • Gələcək iqtisadi səmərə axını gözlənilməlidiraktiv müəssisənin fəaliyyətində birbaşa yaxud dolayısı ilə ona fayda verən olmalı, hansısa iqtisadi səmərə axınların tətikçisi, katalizatoru, vasitəçisi, parçası olmalıdır.

Qeyri-maddi aktivlərin ümumi xüsusiyyətləri

Bir çox qeyri-maddi aktivlərin mövcudluğu üçün, onlara hökumət tərəfindən müəyyənləşdirilmiş, təmin edilmiş mülkiyyət hüququ, habelə zəmanət verilməsi zəruridir.

Luka Paçoli “Hesablar və qeydlər barədə traktatları” yazarkən yalnız maddi obyektlərə toxunurdu: pullar, ehtiyatlar, avadanlıqlar və s. İyirminci əsr tamamilə fərqli, yeni aktivlər növü – qeyri-maddi aktivləri meydana çıxartdı. Müəssisələr, indiyədək görünməmiş, çox vaxt bütün avadanlıqlar, ehtiyatlar, pullardan, bəzən isə bütövlükdə onların hamısından daha qiymətli dəyərlərə sahib olmağa başladılar. Buna ən parlaq nümunə kimi “Coca-Cola”nı göstərmək olar, belə ki, bu şirkət üçün ən qiymətli aktiv avadanlıqlar deyil, bu, içkinin hazırlanması məqsədi ilə işlədilən, hələ də məxfi saxlanılan düsturdur.

Dövriyyədə olmayan aktivləri iki yerə bölə bilərik:

  • maddi aktivlər;
  • qeyri-maddi aktivlər.

Maddi aktivləri görmək mümkündür, onlar fiziki formaya malikdirlər. Biz onlara toxuna bilərik, onların isti yaxud soyuq olduğunu hiss edirik.

Qeyri-maddi obyektlər isə əksinə, hüquqdan yaranır, yaxud müqavilədən irəli gələn hüquqdan asılı olaraq ortaya çıxır. Buna görə də fiziki substansiya hesab olunmur. Qeyri-maddi aktivlər fiziki formaya malik deyil, qeyri-maddidir, onlara toxunmaq, əldə tutmaq, hiss etmək mümkün deyil.

Amma, mənşəcə fərqli olsalar da, dövriyyədən kənar qeyri-maddi və maddi aktivlər aşağıdakı ümumi xarakteristikaya malikdirlər:

  • müəssisədə investisiya qismində deyil, istifadə olunmaq məqsədi ilə saxlanılır;
  • onların istifadə olunma müddəti – bir ildən çoxdur;
  • sahibkarlar üçün gəlir gətirmək qabiliyyətindən asılı olaraq dəyərləndirilir;
  • tədricən öz dəyərini itirir və amortizasiya yolu ilə xərclər kimi silinir.

Eyni zamanda onları maddi aktivlərdən fərqləndirən xarakterik xüsusiyyətlər də vardır:

  • qeyri-maddi aktivdən çıxarıla biləcək gələcək faydalar haqqında böyük bir qeyri-müəyyənlik mövcuddur;
  • qeyri-maddi aktivlərin dəyəri daha geniş amplitudaya malikdir, belə ki, əhəmiyyətli dərəcədə rəqabətdən asılı olur;
  • qeyri-maddi aktivlər yalnız bir müəssisədən ötrü dəyər təşkil edə bilər.

Həmçinin, qeyri-maddi aktivlər yanğın zamanı, təbii fəlakət və sair hallarda məhv olmur. Onlar yalnız müəyyən şərtlər daxilində məhv edilə bilər.

Qeyri-maddi aktivlərin növləri

Müsəssiənin bu aktivlərinin tərkibinə aşağıdakıları aid etmək olar:

  • elm, ədəbiyyat, incəsənət əsərləri;
  • elektron hesablama maşınları üçün proqramlar;
  • ixtiralar;
  • faydalı modellər;
  • seleksiya nailiyyətləri;
  • istehsal sirləri (nou-hau);
  • əmtəə nişanları və xidmət nişanları;
  • müəssisənin mülkiyyət kompleksi kimi (bütövlükdə yaxud hissələr üzrə) alınmasından sonra ortaya çıxan işgüzar nüfuz (qudvil).

Aşağıdakılar qeyri-maddi aktivlərə aid deyil:

  • müsbət nəticələr verməyən, başa çatdırılmayan yaxud ETTKİ (elmi-tədqiqat, təcrübə-konstruktor işləri) tərəfindən qoyulan qaydalar çərçivəsində sənədləşdirilməyən işlər;
  • intellektual fəaliyyətin nəticələri kimi əks olunan, fərdiləşdirmə vasitələrinə (məs:, onlar üçün proqram yazılmış CD disklər) bərabər tutulanlar;
  • maliyyə yatırımları;
  • hüquqi şəxsin yaradılmasıyla əlaqəli xərclər (təşkilati xərclər);
  • təşkilatların əməkdaşlarının intellektual, işgüzar keyfiyyətləri, onların təsnifatı, əmək qabiliyyətliliyi.

Vergi uçotu baxımından qeyri-maddi aktivlərin təkibi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.9 maddəsi ilə müəyyən olunub.

Vergi orqanlarında xidmətdə olmanın son yaş həddi müəyyənləşir

Print Friendly, PDF & Email

  1. Nurlan
    |

    əmtəə nişanı,brend və marka QMA deyil