Qeyri-rezident ƏDV-yə necə cəlb edilir?

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezident ƏDV-ni necə hesablayır?

Qeyri-rezidentlərdə ƏDV tətbiqi Vergi Məcəlləsinin 169-cu maddəsində şərh olunub. Bildiyimiz kimi qeyri-rezidentlər fəaliyyətlərini iki istiqamətdə qura bilərlər:

  • daimi nümayəndəlik yaratmaqla;
  • daimi nümayəndəlik yaratmadan.

Bəri başdan qeyd edək ki, həmin maddə Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident şəxslərə aid edilmir. Maddənin tələblərinə görə qeyri-rezident şəxsin gördüyü işlər, göstərdiyi xidmətlər ƏDV-yə cəlb edilir.

Qeyri-rezident şəxsin Azəbaycandakı rezidentə, yaxid digər qeyri-rezidentə göstərdiyi xidmətlər, görüdüyü işlər vergitutma obyekti sayılır (VM, maddə 159.2), belə qeyri-rezidentlər vergi ödəyicisi hesab olunur (VM, maddə 154.4).

Nümunə 1: Daimi nümayəndəliyi olmayan qeyri-rezident, ƏDV ödəyicisi olan rezident şirkətə reklam xidməti göstərib. İnvoys üzrə dəyər 3000 manat təşkil edib. Rezident şirkət invoysa əsasən həmin ilin may ayında 1500 manat ödəniş edir.  Bu halda qeyri-rezidentə ödənilməli olan məbləğə 18 % ƏDV hesablanmalıdır (1500*18%=270 manat).

Burada 3 mümkün hal var –  qeyri-rezident şəxsdən işləri, xidmətləri alan şəxs:

  • əlavə dəyər vergisi ödəyicisidir;
  • ƏDV ödəyicisi olmayan vergi ödəyicisidi;
  • ümumiyyətlə vergi ödəyicisi deyildir.

Gəlin bu halların hər birinə ayrılıqda baxaq.

İş və xidmətləri alan ƏDV ödəyicisidir

Əgər xidmətləri (işləri) alan ƏDV ödəyicisidirsə, qeyri-rezidentlər əlavə dəyər vergisini bəyannamə verilərkən ödəyir. ƏDV ödəyiciləri hesablanmış məbləği eyni ayın ƏDV bəyannaməsində həm hesablanma vermək həm də əvəzləşdirmə verməklə təqdim etmək hüquqlarına malikdirlər (əgər elə həmin ay ödəmişdirlərsə).

Fərqli aylarda ödənilmişdirsə öncə bəyannamədə sadəcə xidmətlərin dəyəri göstərilir. Növbəti aylarda ödəniş edildikdə “daxil olmuşdur” sütununda həmin məbləğ yazılır. Bundan sonra ödənişin edildiyi ayla bağlı qeyri-rezident ƏDV bəyannaməsi verildikdə əvəzləşdirmə apara bilər.

Gördüyünüz kimi, verginin hesablanması vaxtı elə ödəmənin aparıldığı vaxtdır. Belə əməliyyatlar zamanı vergi qeyri-rezidentə ödənilməli olan məbləğə 18% hesablama verməklə həyata keçirilir. Burada diqqət edilməli olan məqam odur ki, siz vergini faktiki ödədiyiniz məbləğə deyil, xidmətlərin, işlərin dəyəri olaraq ödədiyiniz gross məbləğə tətbiq etməlisiniz.

İş və xidmətləri alan ƏDV ödəyicisi deyil

Tutaq ki, işləri, xidmətləri alan ƏDV ödəyicisi deyildir. Əlavə dəyər vergisi ödəyicisi olmayan şəxsin qeyri-rezident şəxsdən xidmət aldıqda, hesablanmalı olan vergi qeyri-rezidentə edilmiş ödənişdən 7 gün ərzində büdcəyə köçürülməlidir. Burada eyni zamanda əməliyyatı bəyan etmək öhdəliyi də yaranır. Bunun üçün ayrıca bəyannamə nəzərdə tutulmuşdur. Bəyannamənin təqdim edilmə vaxtı isə adi qaydayla, növbəti ayın 20-sinə qədər olan müdddətdir.

ƏDV ödəyicisi olmayan şəxsin qeyri-rezident şəxsdən aldığı xidmətə görə ƏDV hesablaması bizə məlum olan 12 aylıq iki yüz min manat limitinə daxil edilmir. Yaxşı olar ki, ödənişi etdikdə düzgün təsnifat koduna – qeyri-rezidentlərdən xidmətlər alınması zamanı hesablanan ƏDV məbləğiylə bağlı təsnifat koduna ödəyəsiniz.

Nümunə 2: Azərbaycan vətəndaşı respublikada hüdudlarından kənarda qeyri-rezidentin elektron qaydada təşkil etdiyi müsabiqədə iştirak etmək məqsədi ilə 500 manat dəyərində köçürmə etmək üçün yerli banka müraciət edir. Bu halda qeyri-rezidentə köçürülən 500 manata görə iştirakçıdan bank tərəfindən 90 manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.

Ümumiyyətlə vergi ödəyicisi deyil

Vergi Məcəlləsi yalnız vergi ödəyicisi olan şəxsləri deyil, adi vətəndaşlardan da qeyri-rezident şəxsdən xidmət alışı zamanı ƏDV hesablamağı tələb edir. Çünki vətəndaşların elektron ticarət qaydasıyla xidmət alması geniş yayılmış haldır. Əlbəttə, adi vətəndaşın özünün ƏDV hesablamasını gözləmək olmaz. Qeyri-rezidentlə ƏDV-yə belə əməliyyatlar zamanı vergini hesablamaq vəzifəsi ödənişi icra edən bankın üzərinə düşür. Vergi tam şəkildə xidmətin alıcısı olan vətəndaşdan tutulur. Banklara gəlincə, banklar həmin məbləği əvəzləşdirə bilməzlər.


Print Friendly, PDF & Email