Qeyri-rezidentlərdə mənfəət vergisi necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

Rezident hüquqi şəxs kimlərdir?

Yerli müəssisələrlə yanaşı xarici müəssisələr də mənfəət vergisi ödəyiciləri ola bilər. Qanunvericilikdə yerli yaxud xarici müəssisə əvəzinə  rezident yaxud qeyri-rezident müəssisə anlayışından istifadə olunur. Bu anlayışların hüquqi şəxslərə tətbiqi fiziki şəxslərə nisbətən fərqlidir. Gəlin rezidentlik və müəssisə haqqında bilgilərimizi bir daha xatırlayaq.

AR Vergi Məcəlləsinə bunlar rezident hüquqi şəxs sayılır (maddə 13.2.5.3):

  • sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün milli qanunvericiliyin tələblərinə respublika ərazisində yaradılmış və dövlət qeydiyyatına alınmış korporasiyalar, şirkətlər, müəssisələr və sair;
  • idarəetmə yeri Azərbaycanda yerləşən digər hüquqi şəxslər.

İdarəetmə yeri idarəetmənin həyata keçirilməsi ilə bağlı qərarlarının qəbul edildiyi əsas fəaliyyət yeridir

Qeyri-rezident Vergi Məcəlləsində necə təyin olunur?

Qeyri-rezidentlər (ingiliscə non-resident) – bir dövlətdə fəaliyyət göstərən, lakin daimi qeydiyyatı yaxud yaşayış yeri başqa dövlət olan hüquqi və ya fiziki şəxslər.

AR-da diplomatik imtiyaz və immunitetlərə malik aşağıdakı qurumlar qeyri – rezident hüquqi şəxs sayılır (VM, maddə 13.2.6.5):

  • digər ölkələrin diplomatik nümayəndəlikləri;
  • xarici ölkələrin konsulluq idarəsi və digər rəsmi nümayəndəlikləri,
  • beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri.

Xarici təşkilatlara və firmalara aid sahibkarlıq fəaliyyəti göstərməyən nümayəndəliklər də bu qrupa aiddir.

Beləliklə:

  • rezident hüquqi şəxs üçün başlıca şərt, onun Azərbaycanda yaradılması;
  • qeyri-rezident hüquqi şəxs üçün başlıca şərt, onu xaricdə təsis edilməsidir.

Lakin istisnalar da mövcuddur, məsələn, xarici ölkələrin diplomatik nümayəndəlikləri Azərbaycanda yaradılır, ancaq  qeyri-rezident hesab edilir. Habelə AR ərazisində idarəetmə yeri olan xaricdə yaradılmış şəxs də rezident hüquqi şəxs hesab edilə bilər.

Vergi Məcəlləsində “müəssisə” anlayışı

Əgər söhbət hüquqi şəxslərdən gedirsə “müəssisə” anlayışına da aydınlıq gətirməyimiz zəruridir. Çünki, mənfəət vergisi ödəyicisi olmaqdan ötrü təkcə rezidentlik yaxud qeyri-rezident şəxs olmaq yetərli deyil, burada əsas şərt sahibkarlıq fəaliyyəti həyata keçirməkdir. Sahibkarlıqla məşğul  olan qeyri-kommersiya qurumu da mənfəət vergisi ödəyicidir.

Müəssisı anlayışı VM-in 13.2.39-cu maddəsində şərh edilib. Məcəllənin həmin maddəsinə əsasən müəssisə anlayışı sahibkarlıq məqsədi ilə yaradılan və bu fəaliyyəti həyata keçirən qurumları əhatə edir.  Belə qurumlara aşağıdakılar aiddir:

  1. AR qanunvericiliyinə uyğun təsisi edilən hüquqi şəxslər;
  2. Xarici dövlətlərin qanunvericilik aktlarına əsasən yaranan hüquqi şəxslər, onların filial yaxud daimi nümayəndəlikləri;
  3. 1-ci bənddə göstərilmiş hüquqi şəxslərin filialları yaxud ayrıca bölmələri.

Azərbaycanda müəssisələrin qeydiyyatını həyata keçiririk


Qeyri-rezidentlərin mənfəət vergisi

Qeyri-rezidentin mənfəət vergisi məqsədləri üçün gəlirin hesablanması iki variantda aparıla bilər:

  1. Daimi nümayəndəliklə əlaqədar gəlirlər;
  2. Daimi nümayəndəliklə bağlı olmayan gəlirlər.

Azərbaycanda fəaliyyətini daimi nümayəndəlik yaratmaqla həyata keçirən mənfəət vergisi üçün tam şəkildə rezident müəssisəyə bərabər tutulurlar. Bu zaman onların yalnız Azərbaycan mənbəyindən gəlirlərindən vergi tutulur.

Əgər qeyri-rezidentin gəliri nümayəndəliklə əlaqəli deyilsə, onlar yalnız Azərbaycan mənbəyindən olan gəlirdən  vergi verirlər. Fərqli cəhət odur ki, vergi tutulması “Gəlir çıxılsın Xərc” prinsipi üzərində qurulmamışdır, yəni vergilər xərclər çıxılmadan tutulur. Bu məntiqlidir, çünki, xaricdə yerləşən bir müəssisənin xərc sənədləri burda maraqlı ola bilməz.

Diqqət etdinizsə, biz “Azərbaycan mənbəyindən gəlir” ifadəsindən bir-neçə dəf istifadə etdik. Belə gəlirlərin tərkibi genişdir, onların müəyyən edilməsi VM-nin 13.2.16 maddəsində şərh olunub.


Print Friendly, PDF & Email