Respublika daxili xidməti ezamiyyətlər

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyət nədir?

AR Maliyyə Nazirliyinin İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənən ezamiyyət müəssisə rəhbərinin əmrinə əsasən işçinin daimi iş yerindən  digər bir yerə xidməti tapşırığın yerinə yetirilməsi məqsədilə getməsidir. Onun iki növü var:

  • respublika daxili ezamiyyət;
  • xarici ezamiyyət.

Respublikadaxili ezamiyyət zamanı ezamiyyə əmri və işçiyə təqdim edilmək üçün ezamiyyə vəsiqəsi hazırlanır. Xarici ezamiyyət zamanı rəsmi əmrlə yanaşı, işçinin pasportunda (yaxud pasportu əvəz edən sənəd) ölkədən giriş-çıxış haqqında səlahiyyətli qurumların qeydləri nəzərə alınır.

Respublika daxili ezamiyyətin müddəti

Ölkə daxili ezamiyyətlərdə işçiyə müvafiq əmr və ezamiyyə vəsiqəsinin verilməsi  müəssisə rəhbərinin qərarına əsasən həyata keçirilir. Ezamiyyənin müddəti 40 gündən yuxarı ola bilməz. Bu Azərbaycan Respublikasının diplomatik xidmət orqanları işçilərinə aid deyil. Ezamiyyət müddətinə yola sərf olunan vaxt daxil edilmir.

İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezam olunması qarşılıqlı razılıq yaxud dəvət əsasında həyata keçirilir və 5 gündən çox olmayan ezamiyyə müddəti müəyyən olunur. Bu müddət müəssisə rəhbərinin sərəncamına əsasən daha 5 gün də artırıla bilər.

Təftiş və yoxlamalar zamanı ezamiyyət müddəti rəhbərliyin əmri (sərəncamı) təftiş və yoxlamanın müddətinə uyğun müəyyən edilir.

Quraşdırma, sazlama və tikinti işləri zamanı fəhlə, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti işlərin müddətinə uyğun tənzimlənir.

Respublika daxili ezamiyyətlərdə işçinin ezamiyyət yerində olma müddəti, onun gəlməsi və geri qayıtması barədə məlumatlar ezamiyyət vəsiqəsinə yazılmalıdır. Fərqli məntəqələrə ezam olunduqda isə hər bir məntəqə üzrə ayrı-ayrılıqda qeydlərin aparılması tələb olunur.

Ezamiyyə normaları

Ezamiyyə xərcləri 1 günlük norma və nəqliyyat xərclərinin cəmi kimi təyin olunur. Respublika daxili ezamiyyə xərclərinin bir günlük norması AR NK-nin müvafiq qərarına əsasən tənzimlənir. Həmin normaya:

  • gündəlik;
  • mehmanxana;
  • şəhər daxili nəqliyyat;
  • rabitə və s. xərclər aiddir.

Gündəlik xərclər yolda keçirilən vaxt da daxil olmaqla hər bir ezamiyyə günü üçün ödənilir və ezamiyyə xərclərinin bir günlük normasının 20%-dən ibarətdir.

Mehmanxana xərcləri  işçinin yolda keçirdiyi vaxt nəzərə alınmadan təyin olunur. Bu xərclər müəyyən olunmuş bir günlük normanın 80%-ni  təşkil edir.   

İşçilərin ezamiyyətə gedib qayıtması üçün sərf edilən xərclər isə, taksidən istifadə nəzərə alınmadan, nəqliyyat xərcləri hesab olunur və təqdim olunan sənədlərə əsasən ödənilir. Hazırda respublika daxili ezamiyyə xərcinin 1 günlük norması:

  • Bakı şəhəri – 90 manat;
  • Gəncə, Sumqayıt, Naxçıvan – 70 manat;
  • Respublika tabeliyində olan digər ərazilər – 65 manat müəyyən olunub.

Hansı halda mehmanxana xərci təyin olunmur?

Əgər işçinin ezam olunduğu yerdən daimi yaşadığı yerə hər gün qayıtmaq imkanı olarsa, ona yalnız təsdiqedici sənədlərə əsasən yol xərcinin ödənilməsi təmin edilə bilər. Bu halda mehmanxana xərci təyin edilmir. İşçinin hər gün yaşayış məkanına qayıtmaq məsələsi isə işlədiyi təşkilatın rəhbərləri tərəfindən həll olunur. Bu zaman nəzərə alınmalı olan əsas məqamlar ezam yerinin məsafə uzaqlığı, görülən işin xüsusiyyətləri, işçiyə normal istirahət üçün şəraitin yaradılmasıdır.

İşçi quraşdırma, sazlama, tikinti kimi işlərin icrası məqsədilə ezamiyyətə göndərildikdə yaşayış yeri ilə təmin olunarsa, ona təsdiqedici sənəd əsasında nəqliyyat xərcinin ödənilməsi təmin edilməlidir. Gündəlik yemək xərci AR NK-nin yuxarıda adı çəkilən qərarının 6-cı maddəsinə uyğun  müəyyən edilən məbləğdə, yəni 15.00 azn təyin olunur. Lakin yaşayış yeri ilə təmin olunmayan işçilərə ezamiyyə xərcləri ümumi qaydada verilir.

Quraşdırma, sazlama, tikinti işlərində ezamiyyə xərclərinin verilmədiyi hallar aşağıdakılardır:

  • bu kimi iş yerlərində işə qəbul olan işçilərə;
  • məzuniyyət müddətində, həmçinin üzrsüz səbəbdən işdə olmadığı günlər üçün;
  • həmin iş yerlərindən kənarda dövlət, yaxud ictimai vəzifələrin icra olunduğu vaxt üçün.

Ezamiyyə xərcinin hesablanması

Ezamiyyətdən geri dönən işçi xərclənən məbləğin hesabatını 3 gün ərzində hazırlayaraq təhvil verməlidir. Ezamiyyə xərcləri büdcə təşkilatlarında bu məqsədlə ayrılmış vəsait məbləğindən, digər təşkilatlarda isə onların öz vəsaiti hesabına ödənilir.

Ezamiyyə xərcləri normadan artıq olduqda müəssisə mənfəəti hesabına həmin xərcləri qarşılaya bilər. Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsi gəlirdən çıxılan xərclərə aid olunmur.

Nümunə 2: “Merkur” MMC-də işləyən şəxs 5 günlük müddətə ezamiyyətə göndərilir. Mehmanxanada 5gün qalan işçiiş yerinə sadəcə 3 günün məlumatlarının əks olunduğu sənəd təqdim edir. İşçiyə hesablanmış ezamiyyə xərci aşağıdakı kimi olacaqdır: 

(90 x 20 % x 5) + (90 x 80 % x 5) = 90 + 360 = 450 manat.

Respublika daxili ezamiyyə üzrə hesablamaların müxtəlif nümunəsi ilə buraya keçid etməklə də tanış ola bilərsiniz.

Print Friendly, PDF & Email