Sadələşdirilmiş verginin büdcə gəlirlərində rolu

posted in: Xəbər | 0
birbank biznes

Büdcə proqnozlaşdırılması

Dövlətin öz məqsədlərini reallaşdırmaşı üçün vəsaitə ehtiyacı var. Bu vəsaitlərlə o, struktur vahidlərini maliyyələşdirir, funksiyalarını həyata keçirir. Bu məqsədlə dövlətin büdcə sistemində toplanan maliyyə vəsaitlərinin əsas mənbəyi vergilər, o cümlədən sadələşmiş vergi daxilolmalarıdır. Bu səbəbdən vergi proqnozlaşdırılması büdcə xərclərinin mənbəyinin formalaşmasında mühüm rol oynayır.

Büdcə daxilolmalarının xərclənmə istiqamətləri fərqlidir. Buna 2022-ci ildə funksional təsnifat bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinə nəzər salaraq görmək olar (mənbə: AR MN, “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”):

2022-ci ildə büdcə xərcləri 2022 - bölmələr üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinə nisbəti

Büdcə gəlirlərində vergilərin payı, rolu fərqlidir. Onların əhəmiyyətini bilmək üçün öncə büdcə daxilolmalarının proqnozu hazırlanır, sonra isə real nəticələrə əsasən vergi proqnozunun icra statistikası analiz olunur. Bu həm dövlət, həm də yerli büdcəyə aiddir. Dövlət büdcəsinin vergi proqnozlaşdırılması çoxmərhələli prosesdir. Onun aşağıdakı bir neçə növü fərqləndirilir:

  • operativ;
  • qısamüddətli;
  • cari və perspektiv.

Vergi ödəmələrini minimuma endirmək istəyirsiniz? Əlaqə saxlayın!


Sadələşdirilmiş verginin proqnozlaşdırılması

Büdcə yığımlarında vergilərin proqnozlaşdırması zamanı, müəyyən zaman intervalında yığılacaq vergilərin iqtisadi cəhətdən əsaslandırılmış miqdarı müəyyən olunur.

Dövlət, habelə özünüidarəetmə orqanları səviyyəsində vergi proqnozlaşdırılması məlumatları orta, habelə uzun dövr üçün fəaliyyətin əsasıdır. Onlara əsaslanaraq:

  • sosial-iqtisadi inkişaf planları hazırlanır;
  • növbəti il büdcə layihələrinin planı tutulur;
  • sosial, iqtisadi, siyasi qərarlar qəbul edilir.

Dövlət gəlirlərinin, o cümlədən sadələşdirilmiş verginin proqnozlaşdırılması AR NK-nin təsdiq etdiyi metodologiya əsasında aparılır. Hesablama zamanı istifadə edilən göstəricilər aşağıdakıları nümunə göstərmək olar:

  • pərakəndə əmtəə dövriyyəsi üzrə rəqəmlər;
  • bu dövriyyənin fiziki və hüquqi şəxslər üzrə bölgüsü;
  • pullu xidmətlərin həcmi, artım sürəti;
  • bu vergi ödəyiciləri üzrə dövriyyələr və sair.

Bunlar vergi proqnozlaşdırılması zamanı tələb olunan göstəricilərin tam siyahısı deyil. Tam siyahı, onlara uyğun hesablama qaydası ilə Nazirlər Kabinetinin yuxarıda qeyd edilən metodologiyada tanış olmaq olar.

Sadələşdirilmiş verginin statistikası

Vergi daxilolmalarının statistikası, onların analizi  proqnoz məlumatlarının dəqiqliyini müəyyən etməyə kömək edir. Təhlillər ölkə iqtisadiyyatı üzrə məlumatları  ümumiləşdirməyə, büdcə yığımlarına müxtəlif hadisələrin təsirini araşdırmağa kömək edir. Məsələn, 2020-2021-ci ilin pandemiyası daxilolmalara da təsir etmişdi.

Ümumən sadələşdirilmiş verginin hesablanmasının sadə mahiyyəti, inzibatçılığının rahatlığı onu həmişə tələb edilən vergi olaraq saxlayacaqdır.

Büdcə gəlirləri əsas etibarı ilə vergidən daxilolmalar hesabına formalaşır. Hər il büdcə daxilolmalarının təqribən 40% -ini vergilərdən daxilolmalar təşkil edir. Vergidən daxilolmaların isə təxminən 2%-ə qədəri isə sadələşdirilmiş vergidir. Məsələn, 2022-ci ilin yanvar-avqust aylarında daxilolmalarda sadələşdirilmiş verginin çəkisi 1,15% təşkil edib.

Sadələşdirilmiş verginin proqnozlaşdırılması büdcə daxilolmalarının tərkibinə operativ müdaxiləyə imkan verir.


Print Friendly, PDF & Email