Sadələşdirilmiş vergi və digər vergi növləri arasında fərq

posted in: Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergi haqqındaSahibkarlığın inkişafında sadələşdirilmiş verginin rolu

Azərbaycan vergi növləri və onların tərkibini Vergi Məcəlləsi müəyyən edir. Məcəllə dövlət vergilərinin 9 vergi növünü müəyyən edir. Sadələşdirilmiş vergi onlardan biridir.

Vergitutmanın xüsusi forması olan sadələşdirilmiş vergi Azərbaycan vergi qanunvericiliyində 2001-ci ilin yanvarından tətbiq edilir. Sonradan ona əlavə və düzəlişlər edilmiş, dəqiqləşdirmələr aparılmışdır. Sadələşmiş vergi tətbiqinin əsas məqsədləri kiçik müəssisələrin və fərdi sahibkarların:

  • vergi yükünün azaldılması;
  • vergi və mühasibat uçotunun sadələşdirilməsi;
  • hesabatların hazırlanmasının asanlaşdırılması idi.

Bu verginin tətbiqi kiçik sahibkarlıq dəstək tədbirlərinin tərkib hissəsidir. Eyni zamanda sadələşdirilmiş vergi az xərclərlə mühasibat uçotunu qurmağa kömək edir.  Həmçinin, respublikamızın vergi ödəyicilərinin böyük əksəriyyətini sadələşdirilmiş vergi ödəyicilərinin təşkil etdiyini nəzər alsaq, bu vergi növündən istifadə vergi nəzarətini xeyli asanlaşdırır.

Alternativ vergi növü olan sadələşdirilmiş vergi, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən ümumi vergitutma rejimi ilə birgə tətbiq edilən xüsusi vergi sistemidir. Onu gəlir vergisinin bir növü də hesab etmək olar, belə ki, bu sistemdən istifadə edən sahibkarlıq subyektləri öz illik dövriyyədən gəlir vergisi kimi ödəyirlər. Sadələşmiş vergiyə cəlb edilən dövriyyənin yuxarı həddi qanunvericiliklə müəyyən edilir.

Sadələşdirilmiş verginin digər vergilərdən fərqi

Sadələşdirilmiş vergini fərqləndirən xüsusiyyətləri bilmək biznes sahibləri, onu idarə edənlər üçün vacibdir, çünki vergi sisteminin seçimində səhv sahibkara baha başa gələ bilər.

Yeni başlayan sahibkar büdcəyə əlavə pul ödəməmək, hesabatlarda itib-batmaq, biznesin formalaşma mərhələsində itkilərə məruz qalmamaqdan ötrü seçimi necə etməli, nələri nəzərə almalıdır?


“Accounting.Az” konsaltinq şirkətinin vergi xidmətləri sizin etibarlı bələdçinizdir!


İş adamları:

  • ümumi vergitutma rejimini;
  • kiçik biznes üçün güzəştli vergi rejimi seçə bilərlər.

AR Vergi Məcəlləsində sahibkarlar üçün bir neçə güzəştli vergitutma növü müəyyən edilib. Onlar “Sadələşdirilmiş vergi”  adı altında məcəllənin XVII fəslində toplanıb.

Belə güzəştli vergi növlərinə aşağıdakı nümunələri göstərmək olar:

  • ümumi satış dövriyyəsindən hesablanan vergi;
  • AR ərazisində avtomobillə sərnişin və yük daşımalarına görə vergi;
  • aylıq sabit məbləğ şəklində ödənilən vergilər və s.

Sadələşdirilmiş vergini başqa vergilərdən fərqləndirən başlıca xüsusiyyəti onun əsas etibarı ilə hasilatdan hesablanmasıdır. Yəni belə vergi ödəyiciləri verginin mallara, işlərə (xidmətlər) görə əldə etdikləri pul vəsaitindən ödəyirlər. Lakin vergi qanunvericiliyi yalnız satışdan hesab olunan gəlirlər deyil, həmçinin satışdankənar gəlirlərdən vergi hesablamağı tələb edir.

Sadələşmiş vergi ödəyiciləri gəlirin əldə edilməsiylə bağlı xərclərini verginin hesablanması zamanı çıxmaq hüququna malik deyillər.

Bu vergi rejimini fərqləndirən digər xüsusiyyət, onun müxtəlif dərəcələrdə ola bilməsidir. Məsələn, mənfəət, əmlak və s. vergilər üçün biz konkret vergi dərəcəsi deyə bilsək də, sadələşdirilmiş vergidə konkret dərəcə demək olmur. Vergi dərəcəsi vergi ödəyicisinin:

  • fəaliyyətindən;
  • dövriyyəsindən,
  • fərdi və ya işçi cəlb edərək işləməsindən asılıdır.

Bu verginin 2,4,6,8 faiz həmçinin daha fərqli dərəcələri mövcuddur.

Sadələşdirilmiş vergi məbləğinin hesablanmasına hətta vergitutma obyektinin yerləşdiyi yer belə  təsir edə bilir. Bu baxımdan o, daşınmaz əmlaklarla bağlı tutulan vergilərlə oxşardır. Onlar haqqında digər bölmələrdə ətraflı məlumat verilib.

Qeyd etmək lazımdır ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq vergi ödəyicisini gəlirlər və xərclərin uçotunu aparmaqdan azad etmir. Sadələşmiş vergi hesablaması zamanı xərclər gəlirdən çıxılmasa da, onların uçotu aparılmalıdır.


 

Print Friendly, PDF & Email