Sadələşdirilmiş vergi nədir, hansı məqsədlə tətbiq edilir?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi sistemiSadələşdirilmiş vergi Azərbaycan qanunvericiliyində

Azərbaycanda vergi növləri Vergi Məcəlləsinə əsasən (maddə 3.7) müəyyən edilir. Məcəllədən başqa digər normativ hüquqi aktda vergilərin müəyyən olunmasına yol verilmir. “Sadələşdirilmiş vergi nədir, ödəyiciləri kimlərdir?” sualına ətraflı cavabı AR VM-in XVII fəslində tapmaq olar. Sadələşdirilmiş vergi mövcud 9 dövlət vergi növündən biridir. O, hələ Azərbaycan vergi qanunvericiliyi formalaşdığı 2001-ci ildən tətbiq edilməyə başlanıb.

Bəs biznes üçün sadələşdirilmiş vergi nedir, hansı əhəmiyyəti var? Sadələşmiş vergi 2023-cü ildə də öz aktuallığını saxlamaqdadır. Onun tətbiqində əsas məqsəd ilk növbədə kiçik biznes nümayəndələri və fərdi sahibkarlar üçün vergilərin hesablanması, büdcə tərtibatı prosesinin asanlaşdırılmasıdır.

Mənfəət vergisinin hesablanması və ödənilməsi üçün mürəkkəb uçot əməliyyatlarının aparılması vacibdirsə, sadələşdirilmiş vergi üçün dövriyyənin həcmini bilmək kifayətdir. Hesablamalar elə də çətin deyil. Bu vergi növünü əslində bir sistem kimi anlamaq lazımdır. Yalnız bundan sonra qanunvericiliyin tələblərini düzgün başa düşə bilərik.

Ötən dövr ərzində qanunvericiliyə müəyyən düzəliş və əlavələr edilib, sadələşmiş sistemin vergitutma bazası genişləndirilib.

Vergi qanunvericiliyinə edilən dəyişikliklər

2019 və 2022-ci illərdən qüvvəyə minmiş dəyişiklər rüb ərzində 10 nəfərdən çox faktiki işə cəlb edilən işçiləri olan istehsal sahələrinin sadələşdirilmiş verginin tətbiq edilməsin qadağan edir. Bu məhdudlaşdırılma kimi görünə bilər, amma nəzərə almaq lazımdır ki, belə müəssisələrdə illik gəlirlər adətən 200.000 azn-dən yuxarı olur. Nəticədə onlar faktiki olaraq ƏDV ödəyicisi olurlar.

2019-cu ildən tətbiq edilmiş dəyişiklərdən biri topdansatış edənlərə aiddir. Dəyişikliklərə görə onlar məcbur gəlir(mənfəət) verginin ödəyiciləri edilirlər. Bu vergi ödəyicilərinə xidmət göstərən şəxslərə də aid edildi.

01.01.2020-ci ildən etibarən müəyyən şərtlər çərçivəsində pərakəndə satışla yanaşı topdansatışla məşğul olan, habelə əhali ilə yanaşı şirkətlərə, fərdi sahibkarlara xidmətlər göstərən sahibkarlıq subyektlərinin sadələşmiş sistemlə ödəyici olmaq hüququ saxlanmışdır (maddə 218.6.1, 218.6.2).

Dəyişikliklər zərgərlik və xəz-dəri məmulatlarını satan, habelə lisenziya tələb edən fəaliyyətlə məşğul olan şəxslər üçün də sadələşdirilmiş vergini tətbiq etmək hüququ ləğv edilib.

Sadələşmiş vergi 2023-cü ildə ciddi dəyişikliyə mərz qalmayıb, amma onun vergitutma bazasının genişləndirilməsi istiqamətində  təşkilati işlər aparılıb.

Xarici ölkələrdə tətbiqi

Yuxarıda “Sadələşdirilmiş vergi nədir, Azərbaycan qanunvericiliyində necə şərh olunur?” sualını, qısa da olsa, cavablandırmağa  çalışdıq. Bəs o, xarici ölkələrdə istifadə edilirmi?

İstənilən ölkədə sadələşmiş verginin tətbiqində başlıca hədəf, kiçik sahibkarlıq subyektləri üçün:

  • vergi məsələlərini anlaşılan, əlçatan etmək;
  • onlara nəzarəti optimallaşdırmaq;
  • büdcə daxilolmalarını maksimum təmin etməkdir.

Nəzərə almaq lazımdır ki, kiçik sahibkarlı subyektlərinin şirkətlərdəki kimi uçot qurmaq imkanı yoxdur. Onların gəlirləri ayrıca mühasibatlıq qurmağa, işə ştatlı mühasib cəlb etməyə, ofis avadanlığı almağa imkan vermir. Dövlət az gəlirli vergi ödəyicilərində hesablamaların az olmasına, mühasibat işini sahibkarın özünün aparmasına şərait yaradır.

Accounting.az konsaltinq şirkətinin təklif etdiyi “Vergi konsultasiyası” xidməti sizin cərimə və sanksiyalardan etibarlı mühafizənizdir! Ətraflı burada!

Sadələşdirilmiş vergi dünyanın bir çox ölkəsində tətbiq edilir. Təbii ki, “Sadələşdirilmiş vergi nədir?“ sualının cavabı müxtəlif vergi sistemlərində fərqli ola bilər. Gəlin buna nümunələrdə baxaq.

Qonşu Rusiya dövlətində eyni mənanı verən “упрощенная система налогообложения” adlı vergi rejimi mövcuddur. Düzdür, Rusiya federativ quruluşlu dövlət olduğuna görə onlarda sözügedən sadələşmiş sistem bizdəki kimi deyil, nisbətən daha az sadələşdirilmiş formadadır. Bu sistemdə hesablamalara işçi sayı, gəlir və s. tələblər daha çox təsir edir. Azərbaycan vergi qanunvericiliyi işçi sayı ilə bağlı tələbləri yalnız 01.01.2019-cu ildən etibarən, istehsal sahəsinə münasibətdə tətbiq etməyə başlayıb. Sadələşmiş vergi üzrə 2023-cü ildə bu tendensiya davam etdirilib.

Bundan başqa, Rusiya qanunvericiliyinə görə filialları olan, həmçinin digər müəssisələrdə 25%-dən artıq paya malik müəssisələr sadələşdirilmiş vergi rejimində ola bilməzlər. Söz açdığımız rejimə keçmiş şəxslər bizim ölkədə olduğu qaydada idxal, habelə, bir iki əlavə nüans xaric, ƏDV ödəyicisi olmurlar.

Lakin maraqlıdır ki, təkmil qanunvericiliyi ilə seçilən, Azərbaycan vergi qanunvericiliyinin formalaşmasında rol oynamış Fransada məsələ bir az fərqlidir. Bəs Fransa vergi sistemində sadələşdirilmiş vergi nedir, maliyyə-iqtisadi problemləri necə tənzimləyir? Burada da sadələşmiş vergi rejimi əsas etibarı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlmişdir. Mikrosahibkarlıq subyektləri bu vergini ödəmək üçün ƏDV ödəyicisi olmağa məcbur edilmirlər, lakin istəsələr könüllü ola bilərlər. Kiçik və orta sahibkarlıq subyektləri isə sadələşdirilmiş vergi rejiminə keçmək üçün mütləq ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Sadələşmiş sistemə Belarusiya, Litva və s. bir çox dövlətlərdə də rast gəlmək olar.

Sadələşdirilmiş verginin tətbiq məqsədləri

Göründüyü kimi “Sadələşdirilmiş vergi nədir?” sualının cavabı kimi deyə bilərik ki, bu vergi növünün tətbiqi əslində müəyyən qədər zərurətdən irəli gəlir. Çünki bir çox sahibkarlıq subyektlərindən ciddi uçot tələb etmək, onlara yüksək vergi dərəcəsi tətbiq etmək hökumətlər üçün ciddi sıxıntıdır, onun yığımı əlavə resurslar tələb edir. Ona görə də hökumətlər adətən belə sadələşmiş sistemlərin tətbiqinə könüllü gedirlər.

Hesab edirik ki, respublikamızda da kiçik biznesə dəstək məqsədi ilə sadələşmiş vergi 2023-cü ildə daha da inkişaf etdirilməli, əhatəsi genişləndirilməlidir. Bu həmin biznes subyektlərinin, xüsusilə regionlarda, rəqabət qabiliyyətlini artırar, məşğulluq probleminin həllinə qismən də olsa kömək etmiş olar.

Eyni zamanda kiçik biznes üçün nəzərdə tutulmuş analoji hallardan sui-istifadə hallarının qarşısı alınmalıdır. Belə ki, bəzi iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyata durmaqla vergidən yayınma halları dövlət qurumlarının xüsusi nəzarətində olmalıdır.


Print Friendly, PDF & Email