Sadələşdirilmiş vergi tətbiq edilən fəaliyyət və əməliyyatlar: vergitutma obyekti

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin vergitutma obyekti, Sadələşdirilmiş vergi,Kiçik biznes üçün sadələşdirilmiş vergi ən sərfəli vergi rejimindən biridir. Bu rejimdə vergi yükü azaldılır, hesabatlar sadə sxem üzrə təqdim edilir.

Vergi Məcəlləsi (maddə 218.4) üzrə bir sıra fəaliyyət sahələri, əməliyyatlar müəyyən edilib ki, onlara yalnız sadələşdirilmiş vergi tətbiq edilir.

  • Ölkədaxili sərnişin və ya yük daşınması fəaliyyəti.  

Ölkə daxilində sərnişin və yükdaşıyan (o cümlədən, taksiylə) şəxslər yalnız sadələşdirilmiş vergi ödəyirlər. Danışdığımız müddəa ölkə ərazisindən keçərək xaricə sərnişin yaxud yük daşıyanlara aid deyil. Onlar vergiyə ümumi qaydada cəlb edilir, yəni onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq istəsələr VM-nin 218.1, 18.2-ci maddələrinin müddəalarına əməl etməli, həmçinin gəlirləri xaricdən olmamalıdır. Vergilərin hesablanma qaydası burada ətraflı şərh olunub.

Ölkə ərazisində sərnişin və yük daşımasını həyata keçirən şəxslər, hər hansı limit (məsələn,  vergi ödəyicilərinə göstərilən xidmətlərə görə 30 %-lik limit), şərt gözləmədən sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Amma müəyyən şərtlər daxilində onların gəlir (mənfəət) vergisi ödəyicisi olmaq hüququ var. Bu hüquq onlar könüllü ƏDV qeydiyyatına alındıqda yaranır (AR VM, maddə 156.1-1)

  • İdman mərc oyunlarının operatoru, lotereya təşkilatçısı, onların satıcıları

İdman-mərc oyunları Nazirlər Kabinetinin  “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” na əsasən təşkil olunur. Həmin qaydalarda mərc oyunları haqqında əsas anlayışların şərhi də verilib. Qısaca deyək ki,  idman-mərc oyunları iştirakçıdan müəyyən bir idman oyununun nəticəsini, yaxud oyun zamanı başa verə biləcək hadisəni (məsələn, futbolda ilk qolun vurulması, ikinci hissə üzrə nəticə və sair) proqnozlaşdırmaqla mərc qoyuluşu etməsi tələb olunur. Doğru ehtimalın tapılması iştirakçıya uduş (pul mükafatı) qazandırır. Pul mükafatının verilməsi meyarları mərc oyunlarının operatoru tərəfindən qabaqcadan elan edilir. Bu prosesdə üçüncü tərəf olan mərc oyunlarının satıcısı operatorla iştirakçı arasında əlaqəni müxtəlif vasitələrlə təmin edir. Oxşar sözləri lotereya haqqında da demək olar.

Operator, təşkilatçı və satıcılar sadələşdirilmiş vergi ödəyiciləridir (VM, maddə 218.4.2). Vergitutma obyekti operator vergini iştirakçıların ödədiyi puldan, satıcı isə operatordan aldığı komisyon haqqından ödəyir. Vergi dərəcəsi, hesablanması qaydalarını buradan oxuya bilərsiniz.

  • Yaşayış, qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin mülkiyyətçisi olan fiziki şəxslər, həmin sahələri təqdim edərkən

Fiziki şəxslərin belə əməliyyatları mütləq qaydada sadələşdirilmiş vergiyə cəlb edilir. Əgər təqdim edən fiziki şəxsdirsə, əməliyyat notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilir. Sadələşdirilmiş verginin hesablanması qaydası ilə  bağlı buraya keçid edib ətraflı oxuya bilərsiniz.

  • Fərdi qaydada, işə muzdlu işçi qəbul etmədən Vergi Məcəlləsində 220.10-cu maddəsində sadalanan fəaliyyətlə məşğul olan fiziki şəxslər

Belə fəaliyyət növlərinə dayə, bərbər, çəkməçi kimi fəaliyyət göstərən şəxsləri nümunə göstərmək olar. Onlar yalnız sadələşdirilmiş vergi ödəyicisi olurlar, bir şərtlə ki, muzdlu işçi cəlb etməsinlər. Əlbəttə, bu o demək deyil ki, işçi götürə bilməz, amma bu halda artıq həmin şəxs məcburi sadələşdirilmiş vergi ödəyicisi olmayacaq. O, digər vergi növünü sərbəst seçə bilər.

Belə şəxslər sadələşdirilmiş vergini aylıq sabit məbləğ şəklində ödəyirlər. Həmin sabit ödənişlərin məbləği, ödənmə qaydaları haqqında burada ətraflı oxuya bilərsiniz.

  • Sadələşdirilmiş vergiyə cəlb edilən digər əməliyyat növü, fərdi sahibkarlar, hüquqi şəxslər tərəfindən bank hesabından pul vəsaitinin nağdlaşdırılmasıdır.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən:

Həmin vergi banklar tərəfindən, ödəmə mənbəyində tutulur, buna görə isə sadələşdirilmiş vergi ödəyicisinin bəyannamə təqdim etməsi zərurəti yaranmır. Onu da qeyd edək ki, tutulmuş həmin məbləğ mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan vergidir. Mənfəət vergi ödəyiciləri Mənfəət bəyannaməsində Xərclər bölməsində 233.5-ci sətirdə, gəlir vergisi ödəyiciləri isə Gəlir Vergisi bəyannaməsində Xərclər bölməsində 1237.3-cü sətrində göstərirlər.


Print Friendly, PDF & Email