Samuray firması Baş mühasib axtarır

İşəgötürən: Samuray firması

Tələblər:

– Ali təhsil (maliyyə və mühasibat);

– Yaş həddi: 30-40;

– Cinsi: Kişi;

– İstehsalat sahəsində azı 3 il baş mühasib təcrübəsi;

– Vergi və əmək məcəlləsini yaxşı səviyyədə bilməli;

– AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;

– Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 7.7 və ya 8.2);

– Pərakəndə satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;

– Məsuliyyətli,dürüst.

Vəzifələr:

– Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;

– Kassa , Bank əməliyyatlarının həyata keçirilməsi;

– Debitor və kreditor hesablaşmalar;

– Əmək haqqı hesablanması;

– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

– Əsas vəsaitlər, mal-materialların uçotunun aparılması;

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;

– Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

– Nahar şirkət hesabınadır.

Qrafik: Tam iş günü

İş ünvanı: Sumqayıt şəhəri, Metallurq küçəsi 1

Əlaqələndirici şəxs: HR Department

Telefon: +994(12) 448-35-02 /+994(18) 654-37-41

Mənbə: rabota.az
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *