Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

posted in: Xəbər | 0
birbank biznes

SanksiyalarHansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)


Cəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun.
  • Hər bir sürücünün bildiyi başlıca qayda hər il icbari qaydada idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini sığortalamaqdır. Avtonəqliyyat vasitəsi sahibləri bilməlidir ki, icbari qaydada mülki məsuliyyətlərini sığorta etdirmədikdə onları aşağıdakı kimi cərimə gözləyir.
– fiziki şəxslər 50 AZN, vəzifəli şəxslər 100 AZN, hüquqi şəxslər isə 300 AZN məbləğində
Cərimə 20 gün müddətində qüvvədədir. Bu isə o deməkdir ki, 20 gündən sonra yenə həmin şəxs icbari qaydada avtonəqliyyat vasitəsi üzrə mülki məsuliyyətlətini sığortalatmadıqda, eyni cəriməyə məruz qalacaq.
Bax: Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?
  • Hər kəs bilir ki, vergiləri və digər məcburi ödəmələri ödəmək öhdəliyinə riayət olunmadıqda, müvafiq qaydada sanksiyalar nəzərdə tutulmuşdur.
Belə ki, 20 min AZN-dək məbləğdə vergi, işsizlikdən sığorta və məcburi sosial sığorta ödənişlərini ödəmədikdə
– şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30-70 faizinədək məbləğdə cərimə edilir.
Bu halda əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
20 min AZN-dən yuxarı və 100 min AZN-dən az məbləğdə müvafiq ödənişləri ödəməkdən yayınmağa görə şəxs
– cinayət nəticəsində vurulmuş ziyanın 2-4 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100 min AZN-dən 500 min AZN-dək məbləğdə həmin ödənişləri ödəməkdən yayınmağa görə şəxs
– cinayət nəticəsində vurulmuş ziyanın 3-5 mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3-5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
500 min AZN-dən yuxarı məbləğdəki ödənişləri ödəməkdən yayınmağa görə isə şəxs
– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4-5 mislinədək miqdarda cərimə və ya 5-7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Onu da qeyd etmək lazımdır ki, bu əməlləri törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə şəxs məsuliyyətdən azad edilir.
Bax: İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?
  • Soyuq günlərdə bəzi “işbaz”-ların əməllərinin digər şəxslərə zərər verməsinin qarşısını almaq üçün qanunvericiliyin aşağıdakı formada cərimələri də mövcuddur.
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə fiziki şəxslər 800-1000 AZN-dək məbləğdə, vəzifəli şəxslər 3-5 min AZN-dək məbləğdə cərimə edilir.
  • Havaların soyuması, küçələrin su və palçıqlı olması piyadaların üzərinə qəsdən su və palçıq sıçradılmasına gətirməsin deyə avtonəqliyyat vasitəsi sahibləri üçün aşağıdakı kimi cərimə nəzərdə tutulmuşdur.
Print Friendly, PDF & Email