“Ehtiyatlar” maddəsi üzrə uçotun tənzimlənməsi
206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabı mühasibat uçotu subyektlərində Hesablar Planının “Ehtiyatlar” adlanan 20-ci maddəsi üzrə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun açıla bilən səkkiz hesabdan biridir. Qaydaların 22.1-ci maddəsinə görə bu hesablar aşağıdakılardır:
- 201 saylı “Material ehtiyatları”;
- 202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri”;
- 203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər”;
- 204 saylı “Hazır məhsul”;
- 205 saylı “Mallar”;
- 206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər”;
- 207 saylı “Digər ehtiyatlar”;
- 208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər”.
Uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsi üçün “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) tətbiq edilir.
Satış üçün saxlanılan uzunmüddətli aktivlərin tənzimlənməsi zamanı 5 saylı MHBS (IFRS 5) – dən də istifadə olunur.
206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabı
Aktivin balans dəyərinin əvəzi davamlı istifadədən deyil, daha çox satış əməliyyatı hesabına alınacağı gözlənilən zaman, həmin aktiv satış üçün nəzərdə tutulmuş kimi təsnif edilir. Bunun üçün aktiv:
- dərhal satılmaq üçün sərəncamda olmalı və;
- satışı yüksək dərəcədə ehtimal edilməlidir.
206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabdan əsasən müəssisənin əsas fəaliyyəti ilə əlaqədar olmayan aktivlərinin satılması zamanı istifadə olunur. Bu aktiv hesabda mühasibat uçotu subyektinin satış məqsədi ilə saxlanılan digər aktivləri barədə ümumiləşdirilmiş məlumatların uçotu aparılır.
Material ehtiyatları, həmçinin aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal, materiallar satış məqsədi ilə saxlanılan başqa aktivlər hesabına keçirildikdə həmin qaydaların 22.41-ci bəndi tətbiq olunur.
Mühasibat uçotu subyektinin öz fəaliyyətində istifadə etdikləri uzunmüddətli aktivlərin satış məqsədi ilə saxlanılan başqa aktivlər hesabına keçirilməsi həmin qaydaların 22.42-ci bəndi ilə tənzimlənir.
Satış məqsədilə saxlanılan digər aktivlər, torpaq, tikili, avadanlıqlar olaraq təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 22.43-cü bəndi tətbiq edilir.
Satış məqsədilə saxlanılan digər aktivlər satıldıqda yaxud əvəzsiz verildikdə onlarla bağlı yaranan xərclər mühasibat uçotunda əks etdirildikdə onların dəyərinin azalmasına görə düzəlişlər qaydaların 22.45-ci bəndilə nizamlanır.
Material ehtiyatlarının satışı üzrə müxabirləşmə nümunəsi
Nümunə 1: Müəssisə mətbəx mebellərinin istehsalı fəaliyyətilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın alınmasından ötrü başqa bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən daşınmanı onları alan şəxs etməlidir. 26 000 manatlıq xammalın daşınması zamanı 700 manat xərc çəkilmişdir. İstehsal prosesi başa çatdıqdan sonra məlum oldu ki, xammalın 15%-lik hissəsi mebellərin hazırlanmasında istifadə edilməyib. Sözügedən materiallar sonradan satılmaq üçün nəzərdə tutulmuşdur.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Material ehtiyatları alındıqda | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 26000,00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 4680,00 |
3 | Daşınma xərci material ehtiyatlarına aid edildikdə | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 700,00 |
İstehsalat məsrəflərinə aid edilən materialların uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Material ehtiyatları hazır məhsula aid edildikdə | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 201 – Material ehtiyatları | 22 695,00 |
Satış məqsədi ilə saxlanılan digər aktivlər kimi uçota alınan materiallar:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Materiallar satış məqsədilə saxlanılan digər aktivlərə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 201 – Material ehtiyatları | 4005.00 |
Torpaq, tikili, avadanlıqlar satıldıqda mühasibat yazılışları
Nümunə 2: “A” MMC “B” MMC-dən dəyəri 1900 AZN olan 3 ədəd kompüter almışdır. Sözügedən kompüterlərdən biri istifadə olunduqdan sonra satılmaq üçün ayrılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Digər müəssisədən alındıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 5700.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 1026.00 |
3 | Kapitallaşdırılmış avadanlıq istismara verildikdə | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 5700.00 |
4 | Avadanlıqlara amortizasiya hesablandıqda | 721 – İnzibati xərclər | 112 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 1140.00 |
Satmaq məqsədilə ayrılan 1 ədəd kompüterə hesablanmış 380 azn amortizasiya məbləği aktivin dəyərinin üzərinə əlavə edilir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Avadanlıqlar satış məqsədilə saxlanılan digər aktivlərə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 1900.00 |
2 | Amortizasiya nəzərə alındıqda | 112 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 380.00 |
Satılan zaman uçota alınması aşağıdakı kimidir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satış üçün ayrılmış avadanlıq silindikdə | 731 – Sair əməliyyat xərcləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 1520.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 1700.00 |
3 | ƏDV nəzərə alındıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 306.00 |
Bioloji aktivlərin satılması baş tutduqda müxabirləşmələr
Nümunə 3: “A” MMC “D” MMC-dən təsərrüfatda istifadə etmək məqsədilə birinin qiyməti 1200 man. 21 dənə at almışdır. 3 il iş prosesində istifadə olunduqdan sonra atları satmaq qərarı alındı. Atlar üzrə yığılmış amortizasiya 15120 AZN olmuşdur. Atlar hər biri 550 man. olmaqla satılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bioloji aktiv digər müəssisələrdən əldə edildikdə | 131 – Bioloji aktivlər – Dəyər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 25200.00 |
İllər üzrə amortizasiya:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | 1-ci il amortizasiya hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 5040.00 |
2 | 2-ci il amortizasiya hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 5040.00 |
3 | 3-ci il amortizasiya hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 5040.00 |
Təsərrüfatda istifadə olunan atlar 3-cü ilin sonunda satılan aktivlərə aid edilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 131 – Bioloji aktivlər – Dəyər | 25200.00 |
2 | Amortizasiya nəzərə alındıqda | 132 – Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 15120.00 |
Satılan aktivlərə aid edilən atların satışı həyta keçirilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan atların balans dəyəri silindikdə | 731 – Sair əməliyyat xərcləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 10080.00 |
2 | Atlar mənfəətlə satıldıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 11550.00 |
3 | Atların satışından gəlir əldə edildikdə | 611 – Sair əməliyyat gəlirləri | 801 – Ümumi mənfəət (zərər) | 11550.00 |
4 | Atlara görə olan xərc mənfəətə bağlandıqda | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 10080.00 |
İnvestisiya mülkiyyəti satıldıqda
Nümunə 4: “A” MMC tərəfindən alınan 140 000 manatlıq investisiya mülkiyyəti kimi istifadə edilən bina 4 ildən sonra satmaq məqsədilə saxlanılmış investisiya mülkiyyətinə aid edilmişdir. Həmin dövrə yığılmış amortizasiya məbləği 39 200 manat olmuşdur. Bina 135 800 manata satılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əldə edilən investisiya mülkiyyəti satış məqsədilə saxlanılan digər investisiya mülkiyyətinə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 121 – İnvestisiya mülkiyyətinin dəyəri | 140 000.00 |
2 | Yığımış amortizasiya nəzərə alındıqda | 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 39 200.00 |
Satışın uçota alınması aşağıdakı kimidir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan binanın balans dəyəri silindikdə | 731 – Sair əməliyyat xərcləri | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 100 800.00 |
2 | Bina mənfəətlə satıldıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 135 800.00 |
3 | ƏDV hesablandıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 24 444.00 |