Soyadlar nəyə görə vergilərə borcludur?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Vergi sistemləriVergi sistemlərinin necə yarandığı və formalaşdığı və onların bəşəriyyətə təsiri haqqında bir sıra oçerklər.

“Vergilər keçmişimizi necə formalaşdırdı və gələcəyimizi necə dəyişdirəcək?”. Bu kitab onunla maraqlıdır ki, onda həqiqətən yoxlamaq istədiyiniz bir çox ifadə və ya fərziyyələr vardır.

Bu fərziyyə maraqlıdır və qismən də olsa doğrudur. Min illər boyu əcdadlarla “əlaqələr” müxtəlif ölkələrdəki aristokratların imtiyazı olmuşdur, çünki onlar üçün kimin hansı nəsildən və ya sülalədən olduğunu xatırlamaq vacib idi. Adi adamların buna ehtiyacı yox idi.

Amma, qədim Çində hələ İsa məsihin doğumundan 2000 il əvvəl imperator Fu Si bütün adamlara soyadlar verilməsini tətbiq etmişdi. Bilirsinizmi, nəyə görə bunu etmişdi? Bəli, bəli, məhz vergi yığımını asanlaşdırmaq üçün tətbiq etmişdi.

Avropada eyni şey heç də tez baş verməmişdi. İngilis krallarının adamları bir-birindən ayırd etmələrinə qədər üç min ildən çox vaxt keçmişdi. Belə ki, onlarla Con adını daşıyanlardan vergini necə tutmaq olardı?

Beləcə başladı: Təpədə yaşayan Con – Hill soyadını, dəmirçi – Smit, Metyunun oğlu – Mathews soyadlarını qəbul etdi. Gel dilində danışanların yaşadığı əyalətlərdə isə bir çox soyadlar ləqəblərdən formalaşırdı məsələn, Cameron – “əyriburun”.

Daha sonra soyadlar bütün Avropaya və demək olar ki, bütün dünyaya yayıldı. Çünki vergilərdən də ölümdən olduğu kimi qaçmaq (hələ?) mümkün deyildi.

Daha bir maraqlı sual – verginin mənşəyi gəlirə və ya mənfəətə görədir. Əslində bu yığım son dərəcə arxaik təbiətə və açıq şəkildə dini köklərə malik imiş.

Bir çox dünya dinlərində, xüsusən də islamda, buddizmdə və krişnaizmdə tanrılara (və onların yer üzündəki nümayəndələrinə) ianə və ya “məcburi fəzilət” ehtiyacına istinadlar vardır.

Bəzi mədəniyyətlərdə dəqiq “məcburi ianə” rəqəmi vardır, digərlərində isə yoxdur. Amma, dünyada ən çox rast gəlinən rəqəm “onda bir”dir. Niyə? Cavab sadədir – hesablamaq daha asandır.

Yəhudi-xristian ənənəsində “onda bir” hələ Əhdi-Ətiqdə sənədləşdirilmişdi: “İbrahim özündə olan hər şeyin onda bir hissəsini Tanrıya verməklə ona minnətdarlıq etmişdi”.


Biznesmen ilə sahibkar arasında arasında hansı fərqlər var?


585-ci ildə isə Makon kilsə Şurası rəsmi olaraq xristian kanon qanununa əsasən universal bir öhdəlik kimi ianə üçün “onda bir hissə” təyin etmişdi.

Avropada pul hələ geniş yayılmadığı vaxtlarda, ianələr onda bir hissə (tithe) həcmində əmlakın bir hissəsi ilə ödənilirdi. Məsələn, bir ingilis fermeri hər onuncu yumurtanı, hər onuncu quzunu və ya hər onuncu taxıl dolu kisəni kilsəyə verirdi.

Yəni, əldə edilənin onda bir hissəsini. Bu nədir? Düzdür – gəlirə görə vergi idi.

Əsrlər boyu ingilis kilsəsi torpaqlarını itirirdi və həmin torpaqların yeni sahibləri, dünyəvi insanlar kəndlilərin toyuq və ya qoç şəklində ianələrinə maraq göstərmirdilər. Buna görə də, 1836-cı ildə Parlament “onda bir hissəni” qazanılmış gəlirə və ya yaradılmış aktivə görə deyil, torpaq vergisi və ya torpaqdan istifadə hüququ üçün icarə haqqının ödənilməsi ilə əvəz etmək qərarına gəldi.

Maraqlıdır ki, bəzi ölkələrdə “kilsə vergisi” bu günə kimi özünü qoruyub saxlaya bilib. Xüsusilə, Avstriya, Danimarka, Almaniya, İsveç, İtaliya və bəzi İsveçrə kantonlarında hələ də mövcuddur. Amma, dünyanın əksər ölkələrində “onda bir” hissə 19-cu əsrdə gəlir vergisi – fiziki şəxslərin və ya şirkətlərin gəlirlərinə vergi şəklində qaytarılıb. Paylar əsasən Bibliya mətnlərində yazılandan daha az humanistdir.

Bu tarix bizə nəyi öyrədir? Qədim zamanlarda insanlar yalnız xərac və ya ianənin Cənnətdə yer almağa kömək edəcəyinə inandıqlarına görə qazandıqlarının çoxunu verməyə hazır idilər.

Orta əsrlərdə olduğu kimi, bizim dövrümüzdə də insanlar çox vaxt “kilsə onda birindən” necə istifadə olunduğuna nəzarət edə bilmirlər. İlk növbədə, ona görə ki, onların dünyagörüşündə hakimiyyət müqəddəs və ucadır, baxmayaraq ki, o, göstərdiklərə xidmətə görə pul ödədiyimiz elektrik və ya santexnik kimi adi bir xidmət şöbəsi olmalıdır.


Print Friendly, PDF & Email