Gəlir proqnozunun tərtibində istifadə olunan modellər
Gəlirlər dövlət büdcəsini formalaşdıran əsas mənbələrdən birdir. Büdcə gəlirlərinin tərkibində aksiz vergisinin öz yeri vardır. Əvvəlki mövzuda aksiz, onun tətbiq məqsədləri haqqında danışmışdıq. İndi isə respublika büdcəsinə təsiri, onun büdcə gəlirlərində yeri haqqında qısa məlumat verək.
Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarət qaydaları “Büdcə sistemi haqqında” AR-nın qanunu ilə tənzimlənir. Maliyyə Nazirliyi büdcənin gəlirlər hissəsi üzrə proqnoz layihəsini hazırlayır. Bu zaman əməl edilməli olan prinsiplər aşağıdakı şəkildə verilib.
Ölkənin iqtisadi, eləcə də sosial inkişafına dair proqnozlar, eləcə də məqsədli proqramlar zəruridir. Gəlir proqnozunun hazırlaması bəzi fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən aparılır. Bu zaman ayrı-ayrı rayonların, iqtisadi sahələrin, bütün hüquqi şəxslərin (mülkiyyət formasından asılı olmadan) iqtisadi fəaliyyətinin monitorinqi aparılır. Büdcənin tərtibində iştirak edən qurumların təqdim etdiyi məlumatların tərkibi Maliyyə Nazirliyinin təlimat məktubuna əsasən müəyyən edilir.
Gəlirlərin proqnozlaşdırılması zamanı aşağıdakı modellərdən istifadə edilir (mənbə: “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”)
İşə necə düzəlmək olar? Arzuladığınız vakansiyanı əldə etmək üçün tövsiyələr burada
Ekonometrik modellər dəqiq əmsallarla hesablamalar etməyə imkan verən metoddur. Ekonometrik metodla müxtəlif dəyişənlər arasındakı əlaqələrin müəyyən edilməsi yoluyla olduqca təfərrüatlı nəticələrə nail olmaq olar. Əldə edilmiş nəticələr vasitəsilə büdcə gəlirləri arasındakı təsirləri gözəl şəkildə əks etdirmək mümkün olur.
Effektiv vergi dərəcəsi modelinin 2 hesablama variantı
1-ci variant: Respublika daxili istehsal mallarının aksiz proqnozunun hesablanmasında növbəti il üçün istehsal olunacaq aksizli mal həcmi haqqında məlumatlar istifadə edilir.
İstehsal olunacaq məhsul həcmi, mövcud və istismara yeni verilmiş istehsal gücləri, aksizlı mallar istehsalının həcmində dəyişikliklər (artma yaxud azalma) nəzərə alınmaqla, orta müddətli iqtisadi-sosial inkişaf proqnozlarına əsasən qiymətləndirilir. Proqnozun hesablanmasında respublikamızda mövcud vergi qanunvericiliyi ilə təyin olunan aksiz dərəcələrindən istifadə edilir.
2-ci variantda proqnoz göstəricilərinin hesablanmasında aksizli malların bir-neçə il ərzində istehsal olunan həcmləri haqqında məlumatları lazımdır. Məlumatlar toplanarkən istehsal həcminin, aksiz vergisi dərəcəsinin dəyişməsi (artıb-azalması), müvəqqəti olaraq istehsalın dayanmasını nəzərə almalıyıq.
Aksiz mallarının idxalı zamanı aksiz məbləğini proqnozlaşdırmaq üçün malın hər bir növünə əsasən idxal həcmlərinin dəyişməsi təhlil edilir. Hesablamalar gömrük yük hesabatlarına uyğun aparılır.
Proqnozlaşdırılan ildə manatın ABŞ dollarına orta illik proqnozlaşdırılan məzənnəsi də nəzərə alınmalıdır.
Aksiz markasının satışından gəlirlərin proqnozlaşdırılması yuxarıda qeyd edilən metodologiyanın 4.2.17. maddəsinə əsasən aparılır.
Aşağıdakı qrafikdə sizə 2019-cu ilin əvvəlindən 2022-ci ilin iyun ayına qədər aksizli malların idxalına görə gömrük orqanlarında tutulan aksiz vergisinin dəyişmə tempini göstərmişik. Gördüyünüz kimi 2019-cu ildə qəfil artım müşahidə edilib. Bunun səbəbi, hesab edirik ki, 2019-cu ilin yanvar ayından etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliyin səbəbi ilə idxal üzrə aksizli malların siyahısının genişlənməsidir. Belə ki, 2018-ci il noyabr dəyişikliyi ilə:
- energetik içkilər;
- avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
- elektron siqaretlər üçün mayelər akzisli malların siyahısına daxil edilmişdir.
2019-cu ildən etibarən istehlak bazarında energetik içkilərə olan maraq və tələbat özünü daha aydın göstərmişdir. Eyni zamanda həmin ildən etibarən ölkəmizə xarici mənşəli iri həcmli müasir avtobusların idxalının artmasını da hər birimiz bilirik.