141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Təbii sərvətlərin (ehtiyatların) dəyərinin tanınması

Təbii sərvətlər (ehtiyatlar) Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 14-cü maddəsinə uyğun uçota alınır. Onların tanınması və uçotu 6-№li “Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi” MHBS-də (IFRS 6) qeyd olunan meyarlara əsasən aparılır.

Bu Standart əsasən aşağdakıları tələb edir:

(a) kəşfiyyat və qiymətləndirmə məsrəfləri üzrə mövcud uçot praktikalarına məhdud təkmilləşdirmələrin edilməsini;

(b) kəşfiyyat və qiymətləndirmə aktivlərini tanıyan müəssisələr tərəfindən həmin aktivlərin qiymətdən düşməsinin Standarta uyğun olaraq qiymətləndirilməsi, bu zaman hər hansı qiymətdən düşmə 36 №-li “Aktivlərin qiymətdən düşməsi” MUBS-a (IAS 36) uyğun olaraq qiymətləndirilməlidir;

(c) müəssisənin maliyyə hesabatlarında, təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsinin nəticəsi olan məbləğləri müəyyənləşdirən və izah edən, həmin maliyyə hesabatlarının istifadəçilərinə tanınmış hər hansı kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə gələcək pul vəsaitləri hərəkətinin məbləğini, müddətini və etibarlılığını anlamağa kömək edən açıqlamaların edilməsini.

Uçot siyasətinin müəyyən edilməsi zamanı, təbii sərvətlərin kəşfiyyat və qiymətləndirmə aktivlərini tanıyan müəssisə 8 №-li “Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” MUBS-un (IAS 8) 10-cu maddəsini tətbiq etməlidir.

Təbii ehtiyatların tapılması ilə bağlı xərclər

Müəssisə, hansı xərclərin kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınacağını müəyyən edən uçot siyasəti müəyyənləşdirməli və bu siyasəti bərabər şəkildə tətbiq etməlidir. Bunu müəyyən edərkən müəssisə, xərcin xüsusi təbii ehtiyatların tapılması ilə nə dərəcədə əlaqəli ola biləcəyini nəzərə almalıdır. Aşağdakılar kəşfiyyat və qiymətləndirmə aktivlərinin ilkin ölçülməsinə daxil edilə biləcək xərclərə misaldır (lakin bunlarla məhdudlaşmır):

(a) kəşfiyyat aparmaq üçün hüquqların əldə olunması;

(b) topoqrafik, geoloji, geokimyəvi və geofiziki araşdırmalar;

(c) tədqiqi burğulama əməliyyatları;

(d) qazma işləri;

(e) bir bütövün seçilmiş hissələrinə görə öyrənilməsinə əsaslanan araşdırma fəaliyyətləri və

(f) təbii ehtiyatların çıxarılmasının texniki baxımdan mümkünlüyünün və kommersiya baxımından sərfəliliyinin qiymətləndirilməsi ilə əlaqədar fəaliyyətlər.

Təbii ehtiyat yataqlarının işlənməsi ilə əlaqədar xərclər kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınmır. Konseptual Əsaslar və 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) inkişaf nəticəsində yaranan aktivlərin tanınması üzrə təlimat mövcuddur.

37 №-li “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” MUBS-a (IAS 37) uyğun olaraq müəssisə, təbii sərvətlərin kəşfiyyatı və qiymətləndirilməsini öhdəsinə götürməsi nəticəsində müəyyən dövr ərzində həyata keçirilmiş ləğv etmə və bərpa fəaliyyətləri üzrə istənilən öhdəlikləri tanıyır.

Tanınmadan sonra qiymətləndirmə

Tanınmadan sonra müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərinə ya ilkin dəyər modelini, ya da yenidən qiymətləndirmə modelini tətbiq etməlidir. Yenidən qiymətləndirmə modeli tətbiq olunduğu halda (istər 6 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 6), istərsə də 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) göstərilən model), bu, aktivlərin təsnifatı ilə uyğun olmalıdır.

Təbii sərvətlərin Kəşfiyyat və qiymətləndirmə məsrəfləri üzrə uçot siyasətinin dəyişdirilməsini izah etmək məqsədilə müəssisə, dəyişikliyin onun maliyyə hesabatlarını 8 №-li “Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” MUBS-da (IAS 8) göstərilən meyarlara yaxınlaşdırdığını nümayiş etməlidir, lakin dəyişikliyin həmin meyarlara tam uyğunluğu tələb olunmur.

Müəssisə kəşfiyyat və qiymətləndirmə aktivlərini xüsusi aktivlər sinfi kimi uçota almalı və onların təsnifləşdirilməsinə uyğun olaraq 6 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 6) və ya 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) tələb olunan məlumatları açıqlamalıdır.

141 saylı hesab üzrə uçot

Təbii sərvətlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı aktiv hesabdır. “Təbii sərvətlərin uçotu maddəsi” üzrə aşağıdakı hesablardan ibarətdir (qaydaların 15.1. bəndi):

Təbii sərvətlərin uçotu maddəsi üzrə iki hesab açılır. 141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı aktiv hesabdır.

Təbii sərvətlərin (ehtiyatların) yaranması üzrə dəyəri həmin qaydaların 15.5.-ci bəndi ilə nizamlanır.

Təbii sərvətlərin (ehtiyatların) mübadilə nəticəsində yaranması üzrə çəkilmiş məsrəflərin ədalətli dəyəri həmin qaydaların 15.7.-ci bəndi ilə nizamlanır.

Təsərrüfat üsulu ilə yaradılan təbii sərvətlərin (ehtiyatların) dəyəri həmin qaydaların 15.9.-cu bəndi ilə nizamlanır.

Əvəzsiz alınan təbii sərvətlərin (ehtiyatların) dəyəri həmin qaydaların 15.12.-ci bəndi ilə nizamlanır.

Təbii sərvətlərin (ehtiyatların) tanınmasının dayandırılması zamanı dəyəri həmin qaydaların 15.13.-cü bəndi ilə nizamlanır.

Satış məqsədi ilə saxlanılan təbii sərvətlərin (ehtiyatların) satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər həmin qaydaların 15.14.-cü bəndi ilə nizamlanır.

Satılmış və ya əvəzsiz əldə edilmiş təbii sərvətlərə (ehtiyatlara) görə gəlirlər həmin qaydaların 15.15.-ci bəndi ilə nizamlanır.

Mühasibat uçotu subyektinin təbii sərvətlərinin əskik gəlməsi zamanı təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olduqda həmin qaydaların 15.21.-ci bəndi ilə, təqsirkar şəxsi təyin etmək mümkün olmadıqda həmin qaydaların 15.22.-ci bəndi ilə, əskik gəlmiş təbii sərvətlər üzrə hesablanmış əlavə dəyər vergisi məbləği həmin qaydaların 15.23.-cü bəndi ilə nizamlanır.

Təbii sərvətlərin dəyəri ilə bağlı müxabirləşmə nümunələri

“A” MMC-nin fəaliyyəti neft-qaz yataqlarının kəşfiyyatı, hasilatıdır. Eyni zamanda, kəşfiyyat işləri aparmaq üçün Dövlət orqanlarına müraciət edərək icazə almışdır. Kəşfiyyat aparılacaq sahələr “B” və “C” şəklində adlandırılmışdır. Sözügedən prosesin həyata keçirilməsi məqsədilə hər iki sahəyə xüsusi maşınlar, avadanlıqlar, təbii ki, mütəxəsislər cəlb edilərək, qazıntı, geoloji, geofiziki, topoqrafik, geokimyəvi araşdırmalar aparılır, buğlama, qazma işləri aparılır. Bütün bu proseslərdən sonra aşardırma aparılan iki sahə barədə mütəxəsislərdən rəy alınır. Rəydən sonra məlum oldu ki, “B” sahəsində netfin çıxarılması texniki cəhətdən mümkündür və sərfəlidir. Lakin “C” sahəsi neftin çıxarılması baxımından əlverişli sayılmadığından burada hər hansı qazma işləri aparılmayacaqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dövlət orqanlarından icazə alındıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 200000.00
2 Kəşfiyyat, qazma işləri podratçılar tərəfindən aparıldıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 50000.00
3 Kəşfiyyat, qazma işləri ilə bağlı materiallar silindikdə 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 201 – Material ehtiyatları 30000.00
4 Kəşfiyyat, qazma işləri ilə bağlı cəlb edilən işçilərə əmək haqqı hesablandıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 20000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
6 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
8 İstifadə prosesi zamanı təbii sərvətdə tükənmə aşkar edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 142 – Təbii sərvətlərin (ehtiyatların) tükənməsi 20000.00
9 Təbii sərvət yatağı satışa çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 200000.00
10 Təbii sərvətdə baş verən tükənmə nəzərə alındıqda 142 – Təbii sərvətlərin (ehtiyatların) tükənməsi 731 – Sair əməliyyat xərcləri 20000.00
11 Təbii sərvət yatağı satıldıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 250000.00
12 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 45000.00
13 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 250000.00
14 Təbii sərvət yatağının qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 180000.00

Təbii sərvətlərin (ehtiyatların) tükənməsinin 142- saylı hesabda uçotu haqqında buradan oxumaq olar.

Print Friendly, PDF & Email