142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Təbii sərvətlər hansılardır?

Təbii sərvətlər (ehtiyatlar) bəşəriyyətin mövcudluğu üçün təbii şəraitin məcmusunun bir hissəsi, cəmiyyətin maddi tələbatını ödəmək üçün ictimai istehsal prosesində istifadə olunan, onu əhatə edən təbii mühitin ən mühüm komponentidir. Onlar tükənən və tükənməyən kimi iki qrupa ayrılır. Təbii sərvətlərin tükənməsi insanlar tərəfindən onların istismarı ilə bağlıdır, məsələn, faydalı qazıntıların çıxarılması (bərpa olunmayan) yaxud su enerjisindən istifadə (bərpa olunan). Təbii ehtiyatlara aşağıdakıları nümunə göstərmək olar:

  • günəş enerjisi;
  • su ehtiyatları;
  • faydalı qazıntılar;
  • dəmir filizi;
  • neft və qaz yataqları;
  • meşələr.

Təbii ehtiyatlara sonlu aktivlər də deyilir.

Təbii sərvətlərin (ehtiyatların) uçotu

Mühasibat uçotunda təbii sərvətlər uzunmüddətli aktivlər kateqoriyasına aiddir və Hesablar planının 14-cü maddəsi üzrə aşağıdakı hesablar üzrə uçota alınır:

  • 141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı;
  • 142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”.

Təbii sərvətlər “Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi” adlı 6 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartında qeyd olunan meyarlara əsasən uçota alınır və tanınır.

Təbii sərvətlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının təsdiq etdiyi Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

141 saylı hesab üzrə mühasibat uçotunun aparılması haqqında “141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı üzrə uçot” adlı məqalədən tanış ola bilərsiniz.

142 №-li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan təbii sərvətlərin tükənməsi üzrə məbləğlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Təbii ehtiyatların tükənməsi üzrə uçot

Mədən sənayesində məsrəflərin idarə edilməsində təbii sərvətlərin tükənməsi üzrə uçot mühüm rol oynayır. Tükənmənin uçotu prosesi təbii ehtiyatların məsrəflərini onların istehlak edildiyi dövr üzrə bölüşdürmək üçün istifadə edilir. Bu, təbii sərvətlərin hasilatı xərclərinin birdən-birə tanınmaqdansa, resursun istismar müddəti ərzində bölüşdürlməsininə kömək edir. Tükənmə uçotunu başa düşmək hasilat sənayesindəki müəssisələr üçün çox vacibdir, çünki bu, onlara xərcləri daha effektiv idarə etməyə və resursların idarə edilməsində düzgün qərarlar qəbul etməyə kömək edər.

Təbii ehtiyatların tükənməsinin uçotu üçün istifadə edilən 142 saylı hesab aktiv hüsabdır. Bu hesaba xərc hesabı kimi deyil, yığım hesabı (yığım fondu) kimi yanaşmalıyıq. Çünki “xərc” geri dönüşü olmayan xaricolmalardır, 142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabındakı məbləğ həmin aktiv balansdan silinən zaman nəzərə alınmaqla sonda aktivin dəyərini azaldır.

Təbii sərvətlərin tükənməsi ilə bağlı müxabirləşmə

Müxabirləşmələrə aşağıdakı nümunə əsasında baxaq.

Nümunə. Dəyəri 970 000 manat olan neft yatağının 16 il müddətində istismar ediləcəyi müəyyənləşdirilmişdir. 141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabında yığılan məbləğ 12 il ərzində bununla bağlı çəkilən xərclərə yaxud yerin təkindən çıxarılan neftin maya dəyəri xərcinə aid ediləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası xərclərə silindikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 142 №li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”. 60625.00
2 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası çıxarılmış mineralların maya dəyərinə aid edildikdə 204 – Hazır məhsul 142 №li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”. 60625.00

Mühasibat uçotu subyektinin balansında olan digər uzunmüddətli aktivlər üzrə müxabirləşmə nümunələrini buradan tapmaq olar.

132 saylı “Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı

Print Friendly, PDF & Email