Təhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi?

posted in: Xəbər | 0

Satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhvil-təslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir.  Alıcı təhvil-təslim aktının əsasında vurulmuş bu e-qaiməni ya təsdiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. Səbəb yoxdursa ya təsdiq edir, ya da 5 (beş) iş günü ərzində sistem tərəfindən təsdiq olunur. Təhvil-təslim aktı olmasa (yəni itərsə və s.), alıcı bu məbləği ödəməkdən imtina edə bilərmi? Əgər qanunla imtina edə bilməzsə, alıcı hansı hüquqi müstəvidə bu vəsaiti geri ala bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda həmin mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib edilmiş elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətdə qeyd olunan halda, alıcı məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri

Mənbə: vergiler.az

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

Print Friendly, PDF & Email