902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Bu məqalədə xalis mənfəətin müəyyənləşdirilməsində əsas rol oynayan mənfəət vergisi üzrə xərclərin uçotuna, xüsusilə də 901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” və 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesablarının tətbiqinə aydınlıq gətirilir.

Mənfəət vergisi xərcləri: ümumi anlayış

Mənfəət vergisi üzrə xərc (və ya gəlir) hesabat dövrü üzrə xalis mənfəət və ya zərərin hesablanmasına daxil edilən cari və təxirə salınmış vergilərin məcmu məbləğidir. Bu xərc müəssisənin vergidən əvvəlki mənfəəti ilə vergi orqanları tərəfindən müəyyən edilən vergitutulan mənfəət (vergi bazası) arasındakı fərqlərin nəticəsidir. Mühasibat uçotunda mənfəət vergisi xərclərinin aşağıdakı iki əsas tərkib hissəsi var:

  • cari mənfəət vergisi xərcləri;
  • təxirə salınmış mənfəət vergisi xərcləri.

Normativ baza

Mənfəət vergisi müəssisələrin gəlirləri üzrə dövlət büdcəsinə ödənilən əsas vergilərdən biridir. Bu vergi üzrə əsasa anlayışlar, tanınma və uçot prinsipləri 12 saylı MUSB-da  (IAS12: Income Taxes (“Mənfəət vergisi”)) şərh olunur. Standart uçot subyektlərindən mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərqləri nəzərə almağı, müvəqqəti fərqlərin gələcək vergi təsirlərini uçotda əkd etdirməyi tələb edir. Belə yanaşma maliyyə hesabatlarının şəffaflığını və müqayisəliliyini təmin edir, investorlara, kreditorlara və digər maraqlı tərəflərə müəssisənin real maliyyə vəziyyəti barədə etibarlı məlumat təqdim edir.

Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin KollegiyasininMaliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-ına beynəlxalq standartların tələblərinin icrası üçün hesablar planına iki uçot hesabları daxil edilib:

Mühasibat xidmətləri
  • 901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı;
  • 902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı.

901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı

Cari vergi dedikdə, hesabat dövrü üzrə vergi tutulan mənfəətə (vergi bəyannaməsində göstərilən mənfəətə) əsaslanaraq ödənilməli olan vergi məbləği nəzərdə tutulur. 901 saylı hesab məhz cari dövrün vergitutulan mənfəətindən hesablanmış faktiki vergi öhdəliyinin uçotu üçün istifadə olunur. Bu məbləğ birbaşa cari dövrün büdcəyə olan vergi borcunu (öhdəliyini) əks etdirir. Hesab üzrə aşağıdakı mühasibat yazılışları verilə bilər:

Əməliyyatın Məzmunu Debet Hesabı Kredit Hesabı Qeyd
1 Vergi uçotu üzrə illik mənfəət vergisinin (cari verginin) hesablanması 901 “Cari mənfəət vergisi üzrə xərclər” 521 “Vergi öhdəlikləri” Cari vergi öhdəliyi tanınır
2 Cari mənfəət vergisinin silinməsi (mənfəət və zərər hesabatına aparılması) 801 “Ümumi mənfəət (zərər)” 901 “Cari mənfəət vergisi üzrə xərclər” Mənfəətdən əvvəlki mənfəət (zərər) azaldılır

902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı

Mühasibat uçotu və vergi uçotu qaydaları arasındakı fərqlərə görə müəssisənin uçot mənfəəti (maliyyə hesabatlarında göstərilən mənfəət) ilə vergitutulan mənfəəti arasında müvəqqəti fərqlər yarana bilər. Təxirə salınmış mənfəət vergisi bu müvəqqəti fərqlər nəticəsində gələcəkdə ödəniləcək və ya geri alınacaq vergi məbləğidir. 902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı məhz həmin müvəqqəti fərqlərdən yaranan təxirə salınmış vergi öhdəliklərinin (gələcəkdə ödəniləcək vergi) və ya təxirə salınmış vergi aktivlərinin (gələcəkdə vergi qənaəti) uçotu üçün istifadə edilir:

  1. təxirə salınmış vergi öhdəliyinin (421 saylı hesab) mövcudluğu 902 hesabın debeti üzrə xərc kimi tanınır;
  2. təxirə salınmış vergi aktivlərinin (161 saylı hesab) mövcudluğu 902 hesabın krediti üzrə gəlir kimi tanənər (xərc azaldılır).

Hesab üzrə aşağıdakı mühaisbat yazılışları verilə bilər:

Əməliyyatın Məzmunu Debet Hesabı Kredit Hesabı Qeyd
1 Təxirə salınmış vergi öhdəliyinin yaranması (məs: mühasibat amortizasiyası vergi amortizasiyasından azdır) 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 421 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri” Gələcəkdə vergi artımına görə cari xərc tanınır.
2 Təxirə salınmış vergi aktivinin yaranması (məs: şübhəli borc ehtiyatı) 161 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” Gələcəkdə vergi azalmasına görə cari gəlir(xərcin) azalması tanınır.

Yekun nəticənin və xalis mənfəətin hesablanması

901 və 902 saylı hesablar mənfəət və zərər hesabatında mühüm rol oynayır. Maliyyə Hesabatlarının tərtib edilməsi zamanı, 801 “Ümumi mənfəət (zərər)” hesabının qalığı aşağıdakı qaydada yenidən işlənir:

801 “Ümumi mənfəət (zərər)” çıxılsın 901 “Cari mənfəət vergisi üzrə xərclər” (Debet qalığı) çıxılsın/üstəgəlinsin 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” (Debet və ya Kredit qalığı)

Bu əməliyyatlardan sonra yerdə qalan məbləğ dövrün xalis mənfəəti (zərəri) kimi 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” hesabına daxil edilir.

902 saylı hesabı üzrə tənzimləmələr

Müəssisələr mənfəət vergisinin uçotunu yuxarıda qeyd edilən Qaydalaırla kommersiya müəssisələri üçün hesablar planının 90-cı  “Mənfəət vergisi” maddəsinin tələblərinə uyğun aparırlar. Bu madədə müəssisələrin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesablanmış cari və təxirə salınmış mənfəət vergisi üzrə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. 901 və 902 saylı hesablar bu maddəyə aiddir.

902 saylı “”Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı üzrə tənzimləmələr Qaydaların 63.3 və 63.5 bəndinin tələblərinə uyğun aparılır.

901 saylı hesabda mühasibat yazılışı nümunəsi

ABC MMC-nin il ərzində mənfəəti 100000 manat olub. Mənfəət vergisi dərəcəsinin 20% olduğunu nəzərə alsaq mənfəət verigisi 20000 manat hesablanaraq ödəniləcək. Mühasibat uçotu üzrə mənfəət vergisi ilə vergitutma məqsədləri üçün hesablanmış mənfəət vergisi xərci arasında 900 manatlıq fərq var. Mühasibat yazılşıları aşağıdakı kimi veriləcək.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Müəssisənin mənfəət 801: “Ümumi mənfəət” 100000
Hesablanmış mənffət vergisi 901: “Cari mənfəət vergisi üzrə xərclər” 521: “Vetgi öhdəliklər” 20000
Mənfəət vergisinin uçotu üzrə fərq qeydə alınır 161: “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” 902: “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 900
Ümumi mənfəət hesablanmış mənfəət qədər azaldılır 801: “Ümumi mənfəət (zərər)” 901: “Cari mənfəət vergisi üzrə xərclər” 20000
Təxirə salınmış mənfəət vergisi üzrə xərclər bağlanır 902: “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801: “Ümumi mənfəət (zərər)” 900
 Xalis mənfəət əks olunur 801: “Ümumi mənfəət” 341 “Hesabat dövründə xalis mənfəət (zərər)”; 80900

Beləliklə, 901 və 902-ci hesablar müəssisənin real maliyyə nəticəsini (xalis mənfəətini) dəqiq təqdim etmək üçün zəruridir. Cari vergi (901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı) faktiki vergi yükünü, təxirə salınmış vergi (902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” hesabı) isə mühasibat və vergi qaydalarındakı fərqlərin gələcək vergi yükünə olan təsirini ölçərək uçotun tamlığı və uyğunluğu prinsipinin təmin olunmasına xidmət edir.