Nazirlər Kabineti “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” 7 iyul 2020-ci il tarixli qərarlnda dəyişiklik edib.
Bnunla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, xarici vətəndaşlar Azərbaycanda onlara göstərilən tibbi xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri alacaq.
ƏDV aşağıdakılara əməl edildiyi hallarda qaytarılır:
- bir elektron qaimə-faktura üzrə malların və ya göstərilən tibbi xidmətlərin dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduqda;
- elektron qaimə-faktura tərtib edildiyi gündən 90 gün müddətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edərkən həmin elektron qaimə-fakturada gömrük orqanı tərəfindən müvafiq qeyd aparıldıqda;
- göstərilən tibbi xidmətlərin dəyəri nağdsız qaydada ödənildikdə.
ƏDV-nin geri qaytarılmasını ölkə ərazisini tərk edərkən müvəkkil bankdan tələb edə və ya bu elektron qaimə-fakturada göstərilən hesaba köçürülməsi məqsədilə qeyd olunan Formanı bunun üçün yaradılmış qutuya atmaq olar.
Mənbə: report.az
