433 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Tikinti müqavilələri

Hesablar Planının 43-cü maddəsi üzrə açılmış hesablar uzunmüddətli kreditor borclar haqqında ümumiləşdirilmiş məlumatların uçotu üçündür. 433 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabı bu maddəyə daxil olan hesablardan biridir.

Tikinti fəaliyyəti dedikdə, tikinti obyektlərinin inşa edilməsi, təmiri, bərpası, yenidən qurulması, sökülməsi fəaliyyəti nəzərdə tutulur. AR “Şəhərsalma və tikinti qanunvericiliyi” şəhərsalma, tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, həmçinin dövlət, bələdiyyələrin, fiziki yaxud hüquqi şəxslərin şəhərsalma, tikinti fəaliyyəti sahəsində hüquqlarını, vəzifələrini müəyyən edir. Bu bölmədə istifadə olunan “podratçı”, “sifarişçi” anlayışları, habelə tikinti müqavilələri, müqavilə formaları, tənzimlənmə şərtləri AR NK-nin “Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə” qərarına əsasən tənzimlənir.

“Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabı

Mühasibat uçotu subyektlərində hesabların açılması, onlar üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Bu qaydaların 37.1-ci maddəsinə görə  aşağıdakı uzunmüddətli kreditor borcların uçotu üçün mühasibat uçotu subyektləri aşağıdakı hesabları aça bilər:

433 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabı uzunmüddətli kreditor borclar maddəsi üzrə açılan hesablardan biridir.

Mühasibat xidmətləri

433 №-li “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabı öhdəlik hesabıdır, özündə mühasibat uçotu subyektinin hesabat tarixindən sonrakı 12 ay ərzində ödənilməsi tələb olunmayan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

433 saylı hesab üzrə mühasibat yazılışlarının tənzimlənməsi

Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları yarandıqda mühasibat yazılışları sözügedən qaydaların 37.18.-ci, görülmüş işlərin qəbulu nəticəsində yaranan ƏDV isə 37.19.-cu bəndi əsasında nizamlanır.

Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə haqqında bəhs olunan qaydaların 37.20.-ci bəndi tətbiq olunur.

Belə öhdəliklər üzrə məzənnə fərqi yarandıqda müxabirləşmələr qeyd edilən qaydaların 37.21.-ci bəndi vasitəslə nizamlanır.

Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə sözügedən qaydaların 37.22.-ci bəndinin tələbləri nəzərə alınır.

Tikinti müqavilələri bağlanarkən verilən müxabirləşmələrlə bağlı nümunələr

“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işi ilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlayıb. Müqaviləyə görə podratçı şirkət 2 il müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.

Binanın bir hissəsi birinci il, digər hissəsi isə ikinci il “A” MMC-ə təhvil verilmişdir. Birinci hissənin dəyəri 120000 manat, ikinci hissənin dəyəri 105000 manat olaraq hesablanmışdır.

Birinci ildə təhvil alınan hissənin uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 120000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 21600.00
3 Təhvil alınmış birinci hissənin ödənişi edildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 120000.00
4 ƏDV ödənildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 21600.00
5 ƏDV əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 21600.00

İkinci il təhvil alınan digər hissənin uçotu da eyni qaydada həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan ikinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 105000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 18900.00
3 Təhvil alınmış ikinci hissənin ödənişi edildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 105000.00
4 ƏDV ödənildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 18900.00
5 ƏDV əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 18900.00

Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə

“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işlərilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlamışdır. Müqaviləyə əsasən podratçı şirkət 15 ay müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.

Lakin noyabr ayının sonunda məlum oldu ki, binanın tam hazır olması üçün lazım olan müddət 10 aydır.

Müqaviləyə əsasən kreditor borclarının uzunmüddətli olaraq uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 225000.00
2 Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 40500.00

Razılaşmaya görə ödəmə müddətinin qısaldılması nəticəsində uzunmüddətli kreditor borclarının qısamüddətli kreditor borcları kimi uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 225000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 40500.00

Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?