Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.
1) Kənd təsərrüfatı təyinatlı torpaqların (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) satışı zamanı sadələşdirilmiş vergi həmin torpaq sahəsi üzrə hesablanmış verginin 2 misli məbləğində aşağıdakı qaydada hesablanır:
VM = (S x ŞB x 0,06 manat) x 2
VM – ödəniləcək verginin məbləği
S – torpağın sahəsi (hektarla)
ŞB – kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 hektarı üçün müəyyən olunan şərti bal (Nazirlər Kabineti tərəfindən müəyyən edilir)
0,06 manat – kənd təsərrüfatı torpaqların 1 şərti balının torpaq vergisi dərəcəsi
2 – hesablanmış torpaq vergisinə tətbiq edilən əmsal
Misal 1
Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin sahənin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
2) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı vergi torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği 0,5 manat olmaqla aşağıdakı qaydada hesablanır:
VM = S x ZƏ x 0,5 manat
VM – ödəniləcək verginin məbləği
S – torpağın sahəsi (m2-lə)
ZƏ – cədvəl 1-də göstərilən zona əmsalları
0,5 manat – torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği
Misal 2
Bakı şəhərində fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
3) Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı vergi cədvəl 1-dəki əmsaldan əlavə olaraq cədvəl 2-dəki yüksəldici əmsal tətbiq edilməklə aşağıdakı qaydada hesablanır:
VM = S x ZƏ x YƏ x 0,5 manat
VM – ödəniləcək verginin məbləği
S – torpağın sahəsi (m2-lə)
ZƏ – cədvəl 1-də göstərilən əmsallar
YƏ – cədvəl 2-də göstərilən yüksəldici əmsallar
0,5 manat – sahələrin hər kvadrat metri üçün baza məbləği.
Misal 3
Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1.000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır: