Torpaq vergisi

posted in: Vergi | 0

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq vergisi torpaq mülkiyyətçiləri və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə illik olaraq hesablanır.

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə 1 ay müddətində uçota durmalıdırlar.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir).

Qeyd edilən kənd təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Məsələn Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 hektar kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan əkin sahəsi vardır. Bu keyfiyyət qrupu üzrə torpağın 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin təyinatı üzrə istifadə edilən 2,5 ha torpaq sahəsinə görə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat x 2,5 ha) torpaq vergisi hesablanacaqdır.

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyul ayının 1-dək hesablanır və ödənilməli olan torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyə bildirişini avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır.

Kənd təsərrüfatı torpaqları istisna olmaqla torpaq vergisi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə növbəti cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

 

Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq fiziki şəxslər tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisi isə fiziki şəxlər tərəfindən dövlət büdcəsinə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir.

Vergi güzəştləri

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanları; Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
  • Müharibə əlilləri;
  • Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;

Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar

İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *