Məqalədə Azərbaycan Respublikasında torpaq vergisi üzrə kameral vergi yoxlaması, onun məqsədləri şərh olunur. Həmçinin torpaq vergisi üzrə kameral vergi məktublarının hazırlanması üçün tövsiyələr də araşdırılır.
Kameral vergi yoxlaması nədir?
Kameral vergi yoxlaması vergi nəzarətinin əsas formasıdır, yerlərə getmədən vergi orqanının ofisində aparılır. Onun məqsədi vergi ödəyicisi, habelə vergi agenti tərəfindən qanunvericiliyə riayət olunmasına nəzarət etməkdir. Kameral yoxlama nəticəsində uyğunsuzluq aşkar edilərsə, tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral vergi məktubu yazılır, müəyyən müddət ərzində uyğunsuzluğu aradan qaldırmaq tərtib olunur.
Torpaq vergisi üzrə kameral yoxlamanın aparılma müddəti
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasına həsr olunub. Torpaq vergisi üzrə kameral vergi yoxlamasının aparılması müddəti vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirilir (VM, maddə 37.2). Bu müddət gəlir və mənfəət vergisi istisna olmaqla digər vergi növləri, habelə ödəmə mənbəyimdə tutulan gəlirlər və xüsusi notariusun gəlir vergisi bəyannaməsi üçün də keçərlidir. Müddət bitdikdən torpaq vergisi üzrə kameral vergi yoxlaması keçirilə bilməz.
Aşkar edilmiş uyğunsuzluqlarin aradan qaldırılması üçün tələb olunan sənədlərin təqdim edilmə müddəti kameral vergi məktubunda qeyd olunur.
Torpaq vergisi üzrə kameral vergi yoxlamasının predmeti
Azərbaycan Respublikasında kameral yoxlama aşağıdakı istiqamətlərdə aparılır:
- Formal yoxlama – qanunla müəyyən edilmiş hesabat formaları və sənədlərin tam tərkibdə mövcudluğu;
- Hesablamaların yoxlanması – bir yaxud bir neçə göstərici üzrə hesablamaların düzgünlüyünün qiymətləndirilməsi, məsələn, vergitutma bazasının məbləğinin müəyyən edilməsinin düzgünlüyü;
- Normativlərə uyğunluğun yoxlanması – təqdim edilmiş hesabatların məzmununun mövcud qanunvericiliyə uyğunluğu;
- Birbaşa vergi yoxlaması – vergi ödəyicisinin büdcəyə ödəməli olduğu verginin məbləğini müəyyən edən rəqəmsal məlumatların uyğunluğunun məntiqi yoxlanışının həyata keçirilir.
Məhz bu istiqamətlər torpaq vergisi üzrə kameral vergi yoxlamasının predmetlərini müəyyən edir. Nümunə kimi bunları göstərə bilərik:
- əvvəlki və yoxlanılan bəyannamələrin göstəricilərinin müqayisə edilməsi;
- dəqiqləşdirilmiş bəyannamələrdə mümkün azalmaların səbəbinin araşdırılması;
- binalar, tikililər və qurğular üzrə əsas vəsaiti olan, amma bəyannamə təqdim etməyən torpaq vergisi ödəyicilərinin təhlili;
- bəyannamədə torpaq vergisi üzrə güzəştlərin düzgünlüyün yoxlanması və sair.
Qeyd edilən istiqamətlərdə kameral yoxlama zamanı uyğunsuzluq aşkar edilərsə, vergi ödəyicisinə torpaq vergisi üzrə kameral vergi məktubu yazılır.
Torpaq vergisi üzrə kameral vergi məktubları
Qeyd etdiyimiz kimi, vergi orqanı kameral yoxlama zamanı aşkar edilmiş uyğunsuzluq barədə vergi ödəyicisinin şəxsi elektron kabinetinə kameral vergi məktubu göndərir. Məktubun forması standartdır, özündə aşağıdakıları əks etdirir:
- vergi ödəyicisinin adı, ünvanı, telefonu;
- təqdim edilmiş bəyannamənin məlumatlarını;
- kameral yoxlamanı davam etdirmək üçün lazımı olan sənədləri;
- həmin sənədlərin təqdim edilmə müddətlərini;
- mümkün risklər və sair.
Fərqli olan kameral yoxlamanın başa çatmasına imkan verməyən uyğunsuzluqlarin məzmunudur. Aşağıda torpaq vergisi üzrə kameral vergi yoxlaması məktubunda uyğunsuzluqlara nümunə verilib.
Nümunə 1: Tərəfinizdən 14 may 2022 tarixində təqdim olunmuş bəyannaməniz üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdı.
Səbəblər:
1.Tərəfinizdən təqdim edilmiş bəyannamənin 2 saylı Əlavəsinin 611-ci (Sənaye, tikinti, nəqliyyat, rabitə,ticarət-məişət xidməti və digər xüsusi təyinatı torpaq sahələri, yaşayış fondları, həyətyanıvə vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cami) sətirlində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmişvergiyə cəlb edilən torpaq sahəsi(“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi)ilə müqayisədə12177.00 kv.m az əks etdirilmişdir.
Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının basa çadırlıması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunu.
Nümunə 2: Tərəfinizdən 12 may 2023 tarixində təqdim olunmuş bəyannaməniz üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdı.
Səbəblər:
1. Uçot-baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz (obyektiniz) olmasına baxmayaraq tərəfinizdən cari il üçün “Torpaq vergisinin bəyannaməsi” göstəricilər olmadan təqdim edilmişdi.
2. Tərəfinizdən təqdim edilmiş bəyannamənin 1 saylı Əlavəsinin 600-cü (kənd təsərrüfatı təyinatlı üzrə cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmişvergiyə cəlb edilən torpaq sahəsi(“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi)ilə müqayisədə568,28 ha az əks etdirilmişdir.
Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının basa çadırlıması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur.
Torpaq vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr
Vergi orqanı tərəfindən göndərilən torpaq vergisi üzrə kameral məktuba cavab dəqiləşdirilmiş vergi bəyannaməsi, izahat məktubu yaxud bunların hər ikisindən istifadə etməklə verilə bilər. Bu zaman lazım olan təsdiqləyici sənədlər cavaba əlavə edilir.
Cavabın hazırlanması zamanı istifadə edə biləcəyini tövsiyələr burada verilib. Cavab məktublarına nümunələr ilə bizim aşağıdakı məqbərəlimizdə tanış ola bilərsiniz:
- Mənfəət vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr
- Aksiz vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr
Qeyd etdiyimiz kimi uyuşuqluqlara heç də həmişə məktubla cavab vermək lazım deyil. Məsələn, yuxarıda verdiyimiz torpaq vergisi üzrə kameral vergi məktubları haqqında onu deyə bilərik ki, təqdim edilmiş vergi bəyannamələri bir daha analiz edilməli, səhvlər aradan qaldırılmalı və kameral vergi yoxlamasının başa çadırlıması üçün müvafiq dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi lazımdır.