Torpaq vergisi dövlət büdcəsi gəlirlərinə necə təsir edir?

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının dövlət büdcəsi

Dövlət büdcəsi gəlirlərinin tərkibində torpaq vergisi özünəməxsus çəkiyə malikdir. Büdcə dövlətin funksiyalarının icrasında xüsusi rol oynayır. Azərbaycan Respublikasının dövlət büdcəsi öz strukturunda aşağıdakıları birləşdirir:

  • respublika dövlət büdcəsi;
  • Naxçıvan Muxtar Respublikasının büdcəsi;
  • yerli büdcələr.

Dövlətin büdcəsi öz tərkibində dövlətin gəlir və xərclərini birləşdirir. Gəlirlərin formalaşmasında vergilərin, o cümlədən mülkiyyətdən vergilərin əhəmiyyəti əvəzedilməzdir. Mülkiyyətdən vergilər dedikdə aşağıdakılar başa düşülür:

  • torpaq vergisi;
  • əmlak vergisi;
  • qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi;
  • vərəsəlikdən və hədiyyələrdən vergi.

Büdcə sistemi, onun tənzimlənməsi Azərbaycan büdcə qanunvericiliyi aktlarına əsasən müəyyən edilir. Büdcə xərclərinin əsas mənbəyi olan vergilər, o cümlədən torpaq vergisi üzrə yığımlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında aparılır.

Büdcə gəlirlərinin tərkibində torpaq vergisi

2017-ci ildən etibarən bu vergi üzrə yığımlar, demək olar ki, özünün son həddinə çatıb. Həmin ildən etibarən hər il təxminən 50 milyon manat torpaq vergisi daxil olur. 2017-ci ildən torpaq vergisi üzrə daxilolmaların artım tempində durğunluğun müşahidə edilməsi:

  • sözü gedən vergidən yayınma hallarının minimuma enməsi;
  • nəzarətin tam həyata keçirilməsi ilə izah edilə bilər.

Gəlirlərin, büdcə daxilolmalarının artımı büdcənin gəlir və xərcləri arasında tarazlığı qorumağa kömək edir. Balanslı büdcə siyasəti aparmaq üçün düzgün proqanozlaşdırma mühüm əhəmiyyət kəsb edir.

Büdcəyə torpaq vergisi daxilolmalarının proqnozlaşdırılması

Hər il Maliyyə Nazirliyi tərəfindən büdcəyə daxil olacaq vergilərin proqnoz göstəriciləri müəyyən edilir. Proqnozlaşdırma, onun növləri haqqında buradan oxumaq olar. Proqnozlaşdırmanın metodoloji əsasları müvafiq qanunvericilik aktı ilə müəyyən edilib. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış bu qaydalarda dövlət büdcəsi gəlirlərinin, o cümlədən torpaq vergisinin proqnozlaşdırılaması da öz əksini tapıb. Bu zaman istifadə edilən məlumatlar aşağıdakı şəkildə verilib:

Torpaq vergisinin proqnozlaşdırılması üçün istifadə edilən məlumatlar.

Proqnozlaşdırma haqqında qeyd etdiyimiz mənbələrdə kifayət qədər material var, odur ki, onları burada yenidən şərh etmək istəmədik. Sadəcə, torpaq vergisi üzrə yığımlara təsir edə biləcək bəzi mülahizələri nəzərinizə çatdırmaq istərdik. Bildiyiniz kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib. Diqqəti cəlb edən odur ki, belə bir sahə torpaq vergisindən azad edilmədiyi halda qeyri-kommersiya təşkilatları sahib olduqları torpaqlara görə vergi ödəmirlər (VM, maddə 13.2.39 və 204). Hesab edirik ki, növbəti illərdə torpaq vergisinin yalnız müəssisələrdən deyil, müəssisə hesab edilməyən qurumlardan (qeyri-hökumət təşkilatları və s.) da toplanması sözügedən tədiyyə üzrə büdcə daxilolmasını artıra bilər.

Ölkə torpaqlarının həcminin artmamasını nəzərə alsaq torpaq vergisindən daxilolmaların artımının başqa yolla vergi dərəcələrinin artırılması, habelə şərti balların qaldırılmasıdır. Başqa bir metod bir qism vergi ödəyicilərindən vergilərin bələdiyyələrə deyil, dövlət büdcəsinə ödənilməsini təmin etmək ola bilər. Bunlara torpaq sahəsi olan bütün fərdi sahibkarları aid etmək olar.

Digər yanaşma tikinti aparılan torpaqlara münasibətin dəyişməsi ola bilər. Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərin öz fəaliyyətlərini həyata keçirmək üçün sahib olduqları torpaq sahələrinə görə vergitutma bazasının genişləndirilməsi dövlət büdcəsi gəlirlərinin  artımı üçün məqsədəmüvafiq ola bilər.


Print Friendly, PDF & Email