Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezident, onlayn xidmət, vergi uçotu, Kompensasiyalara görə vergi, Sadələşdirilmiş vergi ödəyicisi, güzəşt, güzəştlər, vergi tutulmaları, Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Turizm mövsümünün başlanması ilə bu sahədə çalışan vergi ödəyicilərinin aktivliyi artır. Artıq turagentlər aviabiletlərin satışına başlayıb, turpaketlərə təkliflər artıb. Bu sahədə vergi öhdəlikləri ilə bağlı yaranan suallara iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Turagent kimi fəaliyyət göstərən şirkət müxtəlif aviakompaniyalardan və otellərdən bilet alır və aldığı qiymətə də öz müştərilərinə təqdim edir. Onun gəliri yalnız həmin biletin satışından bileti satan şirkətlə bağlanmış müqaviləyə əsasən razılaşdırılmış müəyyən faizli komissyadan gəlir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Əgər vergi ödəyicisi əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmət göstərirsə, bu zaman onun rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır. Həmin məbləğ 30 faizdən çox olduqda şirkət sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergi ödəyicisi olur.

Bundan sonra mənfəət və ya gəlir vergisinin ödəyicisi olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir. Beləliklə, aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən aparılır.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Qeyd: “Turizm haqqında” Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür.

Qanuna əsasən, turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:

– turların satışı;

– turizm məhsulunun hərəkətə gətirilməsi və satışı.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email