Uğurlu mühasib olmaq üçün 4 sadə üsul

birbank biznes

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul


Bir çox həmkarlarımızın axtarışına çıxdığı uğurlu reseptlər hansılardır? Hamıya məlum olduğu kimi əla yaxşının düşmənidir və uğur dalınca can atdıqca, biz reallıq hissini itirə və yaddan çıxara bilərik ki, həyatda başlıca şey – harmoniyadır.

O səbəbdən, biz Rusiyada ünsiyyətdə olduğumuz onlarla mühasiblə söhbət zamanı belə bir nəticəyə gəldik ki, onlardan ötrü öz işlərinin öhdəsindən layiqincə gəlmək, karyerada yüksəlməkdən daha vacib anlam kəsb edir. Və işinin öhdəsindən gələ bilməyənlərin karyeralarında hansısa uğura nail ola biləcəkləri həqiqətən də mümkünsüz bir şeydi. Özünüz də bizimlə razılaşarsınız ki, əla mühasiblərə yaxşı mühasiblərlə müqayisədə daha az-az rast gəlinir.

Həmkar-mühasiblərlə söhbət zamanı biz, adi mühasiblərin yaxşı mühasib ola bilməsi üçün dörd sadə üsulu dürüstləşdirə bildik. Özünüz də indi buna əmin olun.

Ünsiyyət – ən yaxşı təhsildir
Uğurlu mühasib

İxtisası xüsusi kurslar və ya təcrübəli məşqçilərin yanında öyrənməklə artırmağın mümkünlüyü qəbul olunub. Bu, əlbəttə ki, danılmaz bir ortamdır, lakin, fakta istinad etsək, bahalı kurslar, gözəl sertifikatlar və işdənkənar aparılan bir neçə günlük məşqlər heç də həmişə gözləntiləri doğrultmur. Təcrübəli mühasiblərin qeyd etdiyi kimi, peşənin öyrənilməsi müntəzəm getməlidir, buna isə yalnız həmkarlarınla fasiləsiz ünsiyyət yolu ilə nail olmaq mümkündür.

Digər şirkətlərdən olan həmkarlarınızla ünsiyyət qurmaq istəyirsiniz. Bu gün buna bütün şərait var: forumlar, portallar, sosial şəbəkələr. Bu meydançalar sizə daim öz biliklərinizi aktuallaşdırmaq imkanları və konkret praktiki məsləhətlər almağa imkanlar yaradır. Həm də yaddan çıxarmayın ki, vergitutma, qanunvericilik, hüquqi münasibətlər və s. sahələr üzrə bir çox aparıcı məsləhətçilər və ekspertlər həmin forumlarda və portallarda ünsiyyət qururlar. Siz onlara birbaşa suallar verməklə, bilavasitə məsləhətlər ala bilərsiniz. Onların email ünvanlarını götürün, abunə olun və öz suallarınızı göndərib ünsiyyət qurun.

Başqa peşələrdən də nələrisə öyrənin

Uğurlu mühasibAdi menecerin gündəlik iş rejimi mühasibin iş qrafikindən çoxmu fərqlənir?? Əslində elə də çox fərqlənmir. Belədirsə, onda niyə digər peşələrdən olan nümayəndələrin öz iş rejimlərini və vaxtlarını necə təşkil etdiklərinə diqqət yetirməyək?

Layihə rəhbərlərindən time-menecmenti öyrənmək olar – bu, iş gününüzün hər bir dəqiqəsindən səmərəli şəkildə istifadə etməklə, həm də peçenye ilə çay içməyə imkan əldə etməniz deməkdir. Satış üzrə mecerlərdən kommunikasiyanı (ünsiyyət) necə qurmaq üsullarını öyrənmək olar (biz əminik ki, mühasib – heç də susqunluq peşəsi deyil). Hüquqşünaslar sizə qanunvericiliklə bağlı kurslarda  necə iştirak etməyi, hansı servislərə və xəbər lentlərinə abunə olmağı söyləyə bilərlər. Marketoloqlar maraqlı forumları məsləhət görə bilərlər.

Yeri gəlmişkən, siz öz smartfonunuzdan iş üçün istifadə edirsiniz?  Bir çox müxtəlif mobil xidmət var – informasiya, istinad, əlaqə və planlaşdırma, hər şey üçün, – və onlar sizə iş gününüzü düzgün və səmərəli şəkildə qurmağa, mühasibat dünyasında dəyişikliklərdən xəbərdar olmağa və mövcud problemləri həll etməyə kömək edəcəkdir.

Mühasibat – bu, rəqabət üstünlüyüdür
Uğurlu mühasib

Təəssüflər olsun ki, hələ də mühasibatlığı şirkətlərin kommersiya fəaliyətinin bir hissəsi hesab etməyən adamlar var. Bəli, mühasib marketinqdə, satışlarda və ya istehsalda iştirak etmir, lakin bu o demək deyildir ki, mühasib öz işini şirkətlərdə rəqabət üstünlüyü kimi qura bilməz. Sizin təşkilatınızın əsas məqsədi – nələrisə kimlərdənsə daha yaxşı yerinə yetirməkdir və bu məsələdə mühasibat uçotu da istisna təşkil etmir.

Menecment nöqteyi-nəzərincə, mühasibatlıq da şirkətlərin digər bölmələri kimi bir bölmədir. Beləliklə, onun üçün də məhsuldarlıq və effektivlik məsələləri tamamilə müvafiqdir. Hətta burada şirkətlərin effektivliyinə görə ikinci dərəcəli proseslərdən söhbət getsə belə, bu faktdır. Məsrəflərin uçotu nöqteyi-nəzərincə mühasibatlıq – gəlirlərin/xərclərin mərkəzidir və nəticə etibarilə onları idarə etmək olur və bunu etmək lazımdır. Öz işinizdə aşağıdakı kriteriyaları tətbiq edin:

  • mühasibat uçotu registrlərinin aparılmasının dəqiqliyi və səhihliyi (düzgünlüyü);
  • vergi və idarəetmə hesabatlarının vaxtında formalaşdırılması;
  • mühasibat və vergi hesabatında məlumatların tamlığı.

Bunlar üçün göstəricilər müəyyənləşdirin və onlar üzrə hərəkət edin. Bir müddət sonra təkcə siz deyil, həm də sizin rəhbərliyiniz işinizin effektivliyini bilavasitə hiss edəcək.

Ağılla istirahət edin

Uğurlu mühasibBütün hallarda mühasib işi kəskin ağıl, diqqətlilik və son dərəcə dəqiqlik tələb edir. Ona görə, intellektinizi daim məşq etdirmək çox vacibdir. Və bunu istirahət zamanı etmək daha yaxşıdır. Ən sadə üsul – oxumaqdır. Və digər xoşagələn variantlar da var – stolüstü oyunlar oynamaq, rəsm çəkmək və ya tikmə ilə məşğul olmaq və s. Yəqin ki, siz artıq bunların hansındansa istifadə edirsiniz.

Asudə vaxtınızı mədəni şəkildə rəngarəng etmək lazımdır. Sevimli seriallar – bunlar yaxşı istirahət üsuludur, lakin, kinoya və ya teatra getməyiniz daha yaxşı olardı. Hətta ən stressli günlərdə, hesabat və yoxlama vaxtlarında belə, yaxınlıqda yerləşən teatrda hər hansı bir tamaşaya baxmağa bir saat vaxt ayırmağa dəyər. Bu cür istirahət harmonik və kamil şəxsiyyətin bir parçası hesab olunur, peşəkarın özünə əminliyi və etibarlılığıdır.

Gördüyünüz kimi, bizim məsləhətlərdə nağıla bənzər nəsə yoxdur: bu sadə və əlçatan üsullar yapon pəhrizindən daha asandır. Ən başlıcası, heç bir stress olmur!

Artıq siz özünüz də bunlara nələrisə əlavə edə bilərsiniz. Bu isə o deməkdir ki, siz “yaxşı mühasib” anlayışına daha çox yaxınlaşmısınız.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email