174 saylı “İcarə üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

İcarə münasibətləri

Debitor borcları dedikdə vergi ödəyicilərinin təqdim etdikləri mallara (iş, xidmət) görə digər şəxslərin ödəməli olduqları borc məbləğləri nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər mal, iş və xidmətlərin təqdim edilməsi zamanı, bəzən ödənişi həmin an ala bilmirlər. Qarşılıqlı razılaşma əsasında ödəniş növbəti dövrlərdə həyata keçirilə bilər. Müddət 12 aya qədər, yaxud 12 aydan çox ola bilər. Sonuncu halda borclar uzunmüddətli debitor borclar kateqoriyasına aid edilir. Uzunmüddətli debitor borcları Hesablar Planının 17-ci maddəsinə  uyğun olaraq uçota alınır.

Yuxarıda qeyd edilənlər icra münasibətlərinə də aiddir. İcarə münasibətləri bəzi mühasiblərə, sahibkarlara bəsit görünsə də, əslində belə deyil. Bunun kimi münasibətlər:

İcarə haqqında ümumi müddəalar AR Mülki Məcəlləsi, icarə münasibətlərinin daha ətraflı tənzimləməsi isə digər iki qanunla həyata keçirilir.

İcarənin predmetinə binaları, daşınar əşyaları, torpaq sahələrini, hüquqları, müəssisələri misal göstərə bilərik.

Qanunvericiliyə uyğun təyin edilmiş əmlakın dairəsi, növləri icarə münasibətlərinin obyekti ola bilməz.

Beynəlxalq uçotda icarə münasibətlərinə yanaşma

Beynəlxalq arenada lizinq əməliyyatı anlayışı geniş yayılmışdı. Lizinq əməliyyatlarının icarə münasibətləri ilə çoxlu oxşarlıq təşkil etdiyini, icarənin xüsusi forması olduğunu deyə bilərik. Oxşarlıqla yanaşı lizinqi ənənəvi icarədən fərqləndirən cəhət üçtərəfli olması, əmlakın (lizinq obyektinin) lizinq məqsədindən ötrü alınması kimi halıdır. Təcrübədə adətən maliyyə lizinqi yaxud sadəcə lizinq adlandırdığımız bu anlayış əslində maliyyə icarəsidir. İcarənin vərdiş etdiyimiz klassik formasına isə əməliyyat icarəsi deyilir.

İcarələrin tanınması, ölçülməsi, təqdimatı, məlumatın açıqlanması prinsiplərini 16 №-li “İcarələr” MHBS (IFRS 16) müəyyən edir. Müəssisə maliyyə öhdəliyini 9 nömrəli “Maliyyə Alətləri” MHBS-a (IFRS 9)  uyğun olaraq tanımalıdır.

174 saylı “İcarə üzrə uzunmüddətli debitor borcları” adlı aktiv hesab AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsaında açılır və uzunmüddətli debitor borcların uçotunun aparılması üçün nəzərdə tutulub. Qaydaların 18.6 maddəsinə görə bu hesaba üzrə aşağıdakı subhesabları açmaq olar:

174 saylı “İcarə üzrə uzunmüddətli debitor borcları” adlı aktiv hesab AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında açılır və uzunmüddətli debitor borcların uçotunun aparılması üçün nəzərdə tutulub. Qaydaların 18.6 maddəsinə görə bu hesab üzrə subhesabları açmaq olar.

İcarə üzrə uzunmüddətli debitor borcları üzrə uçot

174 №-li “İcarə üzrə uzunmüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə əlaqədar onun aktivlərindən istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli, habelə maliyyə icarəsində olan aktivlərə qoyulmuş xalis investisiya dəyərinə bərabər məbləğdə uzunmüddətli debitor borcların hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli icarə haqlarına görə əldə edilən gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli debitor borcları sözügedən qaydaların 18.10-cu maddəsi ilə nizamlanır.

Uzunmüddətli debitor borcların hesabat dövrü ərzində ödənilməsi gözlənilən hissəsi qısamüddətli debitor borclarına aid edildikdə həmin qaydaların 18.14-cü maddəsi ilə nizamlanır. Hesab üzrə müxabirləşmə nümunələrinə baxaq.

Torpaq, tikili, avadanlıqlar maliyyə icarəsinə verildikdə

Nümunə 1. “A” MMC 250000 manatlıq nəqliyyat vasitəsinin maliyyə icarəsilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “E” MMC nəqliyyat vasitəsinin borcunu illərə mütənasib şəkildə bölməklə ödəməlidir. 2-ci ilin sonunda əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait satıldıqda 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 162500.00
2 5 illik faiz gəlirləri qeydə alındıqda 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrlərin gəlirləri 87500.00
3 İlk ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 214 – İcarə üzrə qısamüddətli debitor borcları 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 81250.00
4 İlk ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 43750.00
5 İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə 442 – Gələcək hesabat dövrlərin gəlirləri 542 – Gələcək hesabat dövrlərin gəlirləri 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 214 – İcarə üzrə qısamüddətli debitor borcları 81250.00
7 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 43750.00
8 Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda 542 – Gələcək hesabat dövrlərin gəlirləri 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 43750.00
9 Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 801 – Ümumi mənfəət (zərər) 43750.00

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 214 – İcarə üzrə qısamüddətli debitor borcları 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 81250.00
2 İkinci ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 43750.00
3 İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə 442 – Gələcək hesabat dövrlərin gəlirləri 542 – Gələcək hesabat dövrlərin gəlirləri 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 214 – İcarə üzrə qısamüddətli debitor borcları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda 542 – Gələcək hesabat dövrlərin gəlirləri 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 43750.00
7 Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 801 – Ümumi mənfəət (zərər) 43750.00

Obyektin icarəyə verilməsindən gəlir əldə edildikdə

Nümunə 1. Müəssisə obyektlərin icarəsi fəaliyyəti ilə məşğul olur. Həmin obyektlərdən ikisini digər hüquqi şəxsə icarəyə vermişdir. İki obyekt üçün aylıq icarə haqqı ƏDV daxil olmaqla 2950 AZN təyin edilmişdir. Ay sonunda qarşı tərəf bütün borcunu ödəmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Obyektlərin icarəyə verilməsi nəticəsində debitor borcları formalaşdıqda 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 601 – Satış 2500,00
2 ƏDV nəzərə alındıqda 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 450,00
3 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 2500,00
4 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 450,00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 450,00

Print Friendly, PDF & Email