Debitor borclar MHBS-da necə təsnif edilir?
Debitor borcları (ing. англ. accounts receivable, A/R) mühasibat uçotu subyektlərinə, onların debitorları olan hüquqi və ya fiziki şəxslərdən olan borcdur.
Maliyyə hesabatlarında onlar aşağıdakı beynəlxalq standartlara uyğun əks etdirilir:
- MUBS (IAS) 32: “Maliyyə Alətləri: Təqdimat”
- MHBS (IFRS) 9: “Maliyyə Alətləri”
- MHBS (IFRS) 7: “Maliyyə alətləri: Məlumatın açıqlanması.”
Debitor borclar maliyyə aktivləridir, ilkin olaraq faktiki dəyərlə, yəni ödənilməli olan məbləğdə (əlavə dəyər vergisinin məbləği daxil olmaqla) tanınır.
Mühasibat uçotu subyektləri hesabat dövrünün sonunda debitor borclarını ödəmə tarixlərindən asılı olaraq aşağıdakı kimi uçota alır:
- qısamüddətli aktivlər – hesabat tarixindən sonrakı 12 ay ərzində ödəməklə dövriyyə aktivlərinin bir hissəsi kimi;
- uzunmüddətli – hesabat tarixindən sonra ödəmə müddəti 12 aydan çox olan uzunmüddətli aktivlərin bir hissəsi kimi.
Müəssisənin idarəetmə heyətində səhmdarların (payçılar) özləri və ya kənardan cəlb olunmuş mütəxəssislər iştirak edə bilir. Əgər müəssisədə idarəetmə əməliyyatını səhmdarlar özləri edirsə onlara ödəniləcək pul dividend (xalis mənfəətin bölüşdürülməsi) sayılır. Lakin bu zaman diqqət olunmalı bir məqam yaranır ki, sözügedən pulun dividend olması üçün səhmdarlar yığıncağının protokolunda xalis mənfəətin bölüşdürülməsi ilə bağlı qərar qəbul olunsun. Digər halda ödənilən pul səhmdarların müəssisəyə borcu sayılaraq “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı ilə bağlı məlumatların uçotu 213 nömrəli hesabda aparılır.
İdarəetmə heyətinin uzunmüddətli debitor borcları
Müəssisələr uzunmüddətli debitor borcları Hesablar Planının 17-ci maddəsinin müvafiq hesabları üzrə uçota alır. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” bu maddə üzrə aşağıdakı hesabları müəyyən edir (maddə 18.1):
Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları, şirkətin uzunmüddətli alacaqlarından yaranan borclardır. Belə borcların ödəmə müddəti, adətən bir ildən çox olur və şirkətin maliyyə vəziyyətinə təsir göstərə bilər. Onların hərəkətləri haqqında məlumatları ümumiləşdirmək üçün 173 saylı “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” adlı aktiv hesab nəzərdə tutulub.
Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin və xidmətlərin) satışı, verilmiş borclara, kreditlərə görə hesablanmış faizlərə əsasən icarəçi tərəfindən ödənilməsi lazım olan icarə haqları üçün hesablanmış uzunmüddətli debitor borcları həmin qaydaların 18.10-cu maddəsilə nizamlanır.
Mühasibat uçotu subyektindən aksiz vergisinə cəlb edilən malların satışı zamanı aksiz vergisi sözü gedən qaydaların 18.11-ci bəndilə nizamlanır.
Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı icarəçi tərəfindən ödənilməli olan icarə haqları üzrə ədv nəzərdə tutulan qaydaların 18.12-ci bəndinə əsasən nizamlanır.
Uzunmüddətli debitor borclarının hesabat dövrü ərzində ödənilməsi gözlənilən hissəsi qısamüddətli debitor borclarına aid edildikdə haqqında bəhs olunan qaydaların 18.14-cü bəndinə görə nizamlanır.
Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları üzrə müxabirləşmə nümunələri
Hesablar üzrə yazılışı daha aydın başa düşmək üçün müəssisə daxilində fəaliyyət göstərən işçiyə borc verildiyi hala baxaq.
Tekstil sahəsində fəaliyyət göstərən “A” MMC öz işçisinə 3500 manat borc verir. Verilmiş borc uzunmüddətli şərtlərlə verilir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Müəssisənin tikişçisinə borc verildikdə | 173 – Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları | 221 – Kassa | 3500.00 |
2 | Borcun bir hissəsi qaytarıldıqda | 221 – Kassa | 173 – Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları | 2500.00 |
3 | Borcun qalan hissəssi əməkhaqqıdan tutulduqda | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları | 173 – Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları | 1000.00 |
Uzunmüddətli aktivlər üzrə uçot haqqında saytımızın eyni adlı səhifəsindən oxumaq olar. Mühasibat uçotu subyektlərinin debitor və öhdəlikləri üzrə uçot burada verilib.