171 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0
birbank biznes

Uzunmüddətli debitor borclar üzrə uçot

Uzunmüddətli debitor borclar üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

Qaydaların 18.1-ci maddəsinə əsasən uzunmüddətli debitor borclar üçün aşağıdakı hesabları əhatə edir:

Uzunmüddətli debitor borcları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

171 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot qaydaları haqqında eyni adlı məqalədən tanış olmaq olar.

Aşağıda alıcı, sifarişçilərin uzunmüddətli debitor borcları ilə bağlı nümunələr verilib.

Mal satışı zamanı uzunmüddətli debitor borcları

Nümunə 1:  “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini göstərir. ƏDV ödəyicisi qeydiyyata alınan cəmiyyət anbarındakı 65000 manatlıq malları 84000 manata satmışdır. Müqaviləyə əsasən həmin mallara görə olan ödəniş mallar təqdim edildikdən 2 il sonra ediləcəkdir.

Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 65000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 601 – Satış 84000.00
3 ƏDV hesablandıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 15120.00

2 ildən sonra ödəniş qəbul edildikdə uzunmüddətli debitor borcları silindikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 84000.00
2 ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 15120.00
3 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 15120.00

Uzunmüddətli debitor borcları qısamüddətli debitor borclara aid edildikdə

Nümunə 2: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini göstərir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 13000 manatlıq malları 2022-ci ilin may ayında “B” MMC-ə 16000 manata satmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən “B” MMC ödənişi hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayına qədər ödəmək imkanına malikdir.

Nümunədən göründüyü kimi nəzərdə tutulan ödəmə müddəti hesabat tarixindən sonrakı 12 aylıq dövrdən artıqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 13000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 601 – Satış 16000.00
3 ƏDV hesablandıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2880.00

“B” MMC iyun ayında malların 1500 manatlıq hissəsinin ödənişini həyata keçirmişdir. Belə olduğu təqdirdə 1500 manatlıq uzunmüddətli debitor borcları qısamüddətli debitor borclar olaraq uçota alınacaq, silinəcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 1500.00
2 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (ƏDV məbləği) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 270.00
3 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1500.00
4 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 270.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 270.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 270.00

Məzənnə fərqi yarandıqda uzunmüddətli debitor borcları

Nümunə 3:  “A” MMC daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da mal satışını həyata keçirir. Malları alan ölkə Rusiya olduğundan malların satış qiyməti dollarla təyin olunmuşdur. Maya dəyəri 48000 manat hesablanmış mallar 42000 dollara satılmışdır. Satış tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir. Ona görə də malların satış qiyməti 71400 manat olmuşdur. Malların pulu 18 ay sonra alınmışdır.

Qeyd: Malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 48000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 601 – Satış 71400.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə mal satışı anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

Müsbət məzənnə fərqi  →  72240 – 71400 = 840

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 840.00
2 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 72240.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə mal satışı anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

Mənfi məzənnə fərqi    71400 – 70140 = 1260

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 70140.00
2 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 1260.00

Azərbaycan daha bir ölkə ilə ikiqat vergitutmanı aradan qaldırır

Print Friendly, PDF & Email