413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Hüquqi öhdəliklər

Hüquqi öhdəlik (legal obligation) müqavilənin şərtlərindən və ya qanuni tələblərdən irəli gələn öhdəlikdir (bax: 37 №-li MUBS-un (IAS37) 10-cu bəndi). Bu standarta görə “öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.” Müddətindən asılı olaraq borc öhdəlikləri qısamüddətli və uzunmüddətli olmaqla iki növə bölünür. Belə bölgü hüquqi öhdəliklərə də aiddir. 413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı müəssisənin uzunmüddətli (12 aydan artıq) hüquqi öhdəliklərin uçotu üçün nəzərdə tutulub. Nümunə kimi, məhkəmə qərarlarından yaranan öhdəlikləri göstərmək olar.

413-cü hesab mühasibat uçotunun hesablar planının 41-ci “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə açılan hesablardan biridir.

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Qiymətləndirilmiş öhdəliklərə ödəniş vaxtı, dəyəri qeyri-müəyyən olan yaxud da ödənilmə ehtimalı aşağı olan öhdəliklər aid edilir. Qiymətləndirilmiş öhdəliklər ehtimaldan yaranır, əsasən hesabat dövrünü əhatə edir. Onlar aşağıdakı şərtlərlə xarakterizə olunur:

  • mühasibat uçotu subyekti keçmiş hadisələr nəticəsində yaranan cari öhdəliyə sahib olmalıdır;
  • öhdəliyin ödənilməsi üçün iqtisadi səmərələri təzahür etdirən mənbələrin xaric olunmasının tələb ediləcəyi ehtimal olunmalıdır;
  • öhdəlik üzrə dəyəri etibarlı qiymətləndirilə bilməlidir.

Uzunmüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir.

Mühasibat xidmətləri

Qaydaların 35.1-ci maddəsi aşağıdakı hesabları əhatə edir:

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər hesablar planının 41-ci maddədinə uyğun olaraq uçota alınır. 413 №-li “Uzunmüddətli hüquqi öhdəliklər” belə hesablardan biridir.

413 №li “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı

Öhdəlik yaradan hadisənin baş verməsinin səbəbi həm qanunla nəzərdə tutulduğu hallar, həm də təcrübədən irəli gələ bilər. Birinci halda öhdəlik hüquqi hesab olunur.

Beləliklə, müvafiq öhdəliyin əmələ gəlməsi ilə bağlı öhdəlik yaradan hadisə baş verməlidir. Amma bəzən nə obyektin alındığı zaman, nə də istismarı zamanı öhdəliklərin məbləğini dəqiq müəyyən etmək mümkün olmadığından, xərclər təxmin edilən kimi hesablanır və bu məbləğ əsasında illik diskontlaşdırma yolu ilə ehtiyat yaradılır. Ehtiyat məbləği obyekt (ehtiyat) tanındıqca onun dəyərinə əlavə edilir.

Məsələn, neft hasilatı üçün avadanlıq almaqla şirkət müəyyən ərazidə hasilat başa çatdıqdan sonra quyunu istismardan çıxarmağı, sökməyi, qalıqları utilizasiya etməyi və çirklənmiş ərazini təmizləməyi öhdəsinə götürür. Bu, obyektin əldə edilməsi ilə birlikdə hansı məbləğdə ehtiyat vəsaitin saxlanması ilə bağlı öhdəliklərin yaranmasına nümunədir. 37 №-li MUBS baxımından bu cür öhdəliklər hüquqi öhdəliklər adlanır.

413 №-li “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı öhdəlik (passiv) hesabıdır. Bu hesabda mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində yerinə yetirilməsi nəzərdə tutulmayan hüquqi öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Hesab üzrə nizamlamalar aşağıdakı qaydada aparılır:

  • uzunmüddətli hüquqi öhdəliklər yaradıldıqda, habelə onlar qısamüddətli kimi təsnifləşdirildikdə qeyd edilən qaydaların 35.13.-ci bəndi tətbiq edilir.
  • belə öhdəliklər üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydalarının 35.14.-cü bəndi ilə nizamlanır.
  • uzunmüddətli hüquqi öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər üzrə müxabirləşmələr həmin qaydaların 35.15-ci, onlara görə hesablanmış əlavə dəyər vergisi ilə bağlı müxabirləşmələr isə 35.16.-cı bənd əsasında verilir.
  • uzunmüddətli hüquqi öhdəliklər ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi haqqında bəhs olunan qaydaların 35.17.-ci bəndi tətbiq edilir.

Uzunmüddətli öhdəliklər yaradıldıqda müxabirləşmə nümunələri

“A” MMC və “B” MMC arasında anlaşılmazlıq nəticəsində yaranan münaqişənin həlli üçün “A” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən verilən qərar “A” MMC-nin lehinə olmuşdur və “B” MMC “A” MMC-ə cərimə ödəməlidir. Nəticədə yaranan 5000 manat dəyərindəki hüquqi öhdəliyin 3000 manatı “B” MMC tərəfindən qarşı tərəfin bank hesablaşma hesabına köçürüləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli hüquqi öhdəlik yaradıldıqda 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) 413 – Uzunmüddətli hüquqi öhdəliklər 5000.00
2 3000 manat dəyərindəki cərimə “A” MMC-ə ödəndikdə 413 – Uzunmüddətli hüquqi öhdəliklər 223 – Bank hesablaçma hesabları 3000.00

Sadələşdirilmiş vergi