Uzunmüddətli öhdəliklər
Uzunmüddətli öhdəliklər hesabat tarixindən sonra bir ildən çox ödəmə müddəti olan öhdəliklərdir. Onlar IV (“Uzunmüddətli öhdəliklər”) maliyyə hesabatları bölməsində əks etdirilir. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” bu bölməyə aid olan hesablardan biridir. Mühasibat uçotunun hesablar planına əsasən uzunmüddətli öhdəliklərə aşağıdakı maddələr üzrə açılmış hesablar da daxildir:
- alınan uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər (alınmış kreditlər, borclar);
- uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
- təxirə salınmış vergi öhdəlikləri;
- uzunmüddətli kreditor borcları;
- sair uzunmüddətli öhdəliklər prnsiya öhdəlikləri, alınmış avanslar və s.).
“Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 37) görə “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.”
“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı
Mal, iş və ya xidmətlər təqdim olunarkən satış şərtlərindən asılı olaraq müəssisələrdə uzunmüddətli zəmanətlərin yaranması baş verə bilər. Əgər şirkət satış zamanı öz məhsullarına zəmanət verirsə, yaranan öhdəlik bütün zəmanət müddəti ərzində mövcuddur. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində yerinə yetirilməsi tələb olunmayan zəmanət öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Uzunmüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsi üzrə aşağıdakı hesabları əhatə edir:
“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı öhdəlik hesabıdır.
412 saylı hesab üzrə mühasibat yazılışlarının tənzimlənməsi
- Uzunmüddətli zəmanət öhdəlikləri yaradıldıqda, habelə onlar qısamüddətli kimi təsnifləşdirildikdə mühasibat yazılışları qeyd edilən qaydaların 35.7.-ci bəndi əsasında nizamlanır.
- Uzunmüddətli zəmanət öhdəlikləri üzrə məzənnə fərqi yarandıqda qaydaların 35.8.-ci bəndi tətbiq olunur.
- Uzunmüddətli zəmanət öhdəliklərinin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər üzrə mühasibat yazılışları qaydaların 35.9.-cu bəndində əksini tapır.
- Belə öhdəliklərlə əlaqədar görülən işlərə və göstərilən xidmətlərə görə hesablanmış əlavə dəyər vergisi ilə bağlı mühasibat yazılışı həmin qaydaların 35.10.-cu bəndə əsasında verilir.
- Uzunmüddətli zəmanət öhdəlikləri ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi halları yuxarıda bəhs olunan qaydaların 35.11.-ci bəndilə nizamlanır.
Zəmanətlə satılmış məişət texnikasının dəyişdirilməsi ilə bağlı müxabirləşmə nümunəsi
Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə dəyişdirilməlidir. Sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olmuşdur ki satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən yenisi ilə dəyişdirilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) | 711 – Kommersiya xərcləri | 412 – Uzunmüddətli zəmanət öhdəlikləri | 3900.00 |
2 | Zəmanət ilə paltaryuyan dəyişdirildikdə | 412 – Uzunmüddətli zəmanət öhdəlikləri | 205 – Mallar | 6500.00 |
Zəmanətlə satılmış məişət texnikasının qaytarılması ilə bağlı müxabirləşmə
Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə qaytarılmalıdır. Məlum olmuşdur ki, sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olduğu üzrə satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən qaytarılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) | 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması | 412 – Uzunmüddətli zəmanət öhdəlikləri | 3900.00 |
Zəmanətlə satılmış məişət texnikasının pulu müştəriyə geri ödənildikdə mühasibat yazılı.ları
İstilik sistemlərinin təchizatı ilə məşğul olan “A” MMC bir ədədi 170 manat olan qızdırcıların satışını həyata keçirmişdir. Daha sonra problem yarandığı üçün satılan qızdırcılardan 3 ədədi müştəri tərəfindən geri qaytarılmışdır. Qaytarılan malların pulu kassa hesabından müştəriyə geri ödənilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan qızdırıcıların pulu geri ödənildikdə | 412 – Uzunmüddətli zəmanət öhdəlikləri | 221 – Kassa | 510.00 |