fbpx

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 458 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. “1.2.9. “Digər beynəlxalq fəaliyyət” paraqrafında “1.2.1- 1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı” sözləri “1.2.1-1.2.4-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər” sözləri ilə əvəz edilsin;

1.2. “4.2.4. “İnternat və xüsusi məktəblər” paraqrafından “ailə tipli kiçik qrup evlərinin,” sözləri çıxarılsın; 1.3. “6.2.3. “Uşaq evləri” paraqrafına “saxlanılması” sözündən əvvəl “, ailə tipli kiçik qrup evlərinin” sözləri əlavə edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə: 2.1. 211200-cü paraqrafda “Ştatdankənar işçilərin əməkhaqqı” sözləri “Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəz edilsin;

2.2. 222340-cı maddədə “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” sözləri “Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” sözləri ilə əvəz edilsin;

2.3. “222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsindən sonra “222970. “Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” maddəsi, “222971. “Hüquqi yardım”, “222972. “Məhkəmə prosesi ilə bağlı digər xidmətlər”, “222973. “Mediasiya xərclərinin ödənilməsi” yarımmaddələri, “222980. “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” maddəsi, “224220. “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının təşviqat fəaliyyəti üzrə xərclər” maddəsindən sonra “224300. “Digər beynəlxalq fəaliyyət” paraqrafı və “253200. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” paraqrafından sonra “253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafı əlavə edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

3.1. “211000. “Əməkhaqqı” köməkçi bölməsində “211200. Ştatdankənar işçilərin əməkhaqqı” sözləri “211200. Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəz edilsin;

3.2. 211200-cü paraqraf aşağıdakı redaksiyada verilsin:

“211200. “Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” paraqrafına təşkilatların daimi ştatında

olmayan, cari fəaliyyətlə bağlı müddətli əmək müqaviləsi əsasında işləyən işçilərə hesablanmış əməkhaqqının və mülki-hüquqi müqavilə əsasında cari fəaliyyətlə bağlı olmayan, müddəti bəlli olan konkret işlərin (layihələrin, proqramların) yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə ödənilən haqla bağlı xərclər daxildir.”;

3.3. “211900 “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafında “, hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı” sözləri “səlahiyyətlərin icrası ilə bağlı aylıq əlavə pul təminatı” sözləri ilə və “279100-cü” sözləri “279000-cı” sözləri ilə əvəz edilsin;

3.4. “222130. “Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” maddəsinə “üzrə görülən” sözlərindən sonra “bütün cari təmir işləri, o cümlədən nəqliyyat vasitələri,” sözləri əlavə edilsin;

3.5. “222340. “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” maddəsi aşağıdakı redaksiyada verilsin: “222340. “Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” maddəsinə proqram təminatlarına, məlumat bazalarına xidmətlə bağlı xərclər, informasiya təhlükəsizliyinin təmin edilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.”;

3.6. “222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafına “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözlərindən sonra “, “222970. Məhkəmə prosesi ilə bağlı xidmətlərin ödənilməsi”, “222980. Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” sözləri əlavə edilsin;

3.7. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “saatlarının ödənilməsi,” sözlərindən sonra “məktəbəqədər təhsil müəssisələrinin hazır yemək təminatının ödənilməsi,” sözləri əlavə edilsin və həmin maddədən “dövlət hesabına hüquqi yardımın ödənilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi,” sözləri çıxarılsın;

3.8. aşağıdakı məzmunda yeni maddə və yarımmaddələr əlavə edilsin:

“222970. “Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” maddəsinə aztəminatlı şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət hesabına həyata keçirilən digər hüquqi yardımın ödənilməsi, həmçinin məhkəmə prosesində vəkilin iştirakı məcburi olan hallarda dövlət orqanları üzrə vəkil xidmətinin, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin və bununla bağlı digər xidmətlərin, o cümlədən kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi xərcləri daxildir. Bu maddə “222971. Hüquqi yardım”, “222972. Məhkəmə prosesi ilə bağlı digər xidmətlərin ödənilməsi” və “222973. Mediasiya xərclərinin ödənilməsi” yarımmaddələrindən ibarətdir.

  1. “Hüquqi yardım” yarımmadəsinə aztəminatlı şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət hesabına həyata keçirilən digər hüquqi yardımın, həmçinin məhkəmə prosesində vəkilin iştirakı məcburi olan hallarda dövlət orqanları üzrə vəkil xidmətinin ödənilməsi ilə bağlı xərclər daxildir.”;
  2. “Məhkəmə prosesi ilə bağlı digər xidmətlər” yarımmaddəsinə məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin və bununla bağlı digər xidmətlərin ödənilməsi xərcləri daxildir.
  3. “Mediasiya xərclərinin ödənilməsi” yarımmaddəsinə kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

“222980. “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” maddəsinə məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərclər daxildir.”;

3.9. “222990. “Sair xərclər” maddəsindən “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi ilə bağlı xərclər, habelə maddi imkanı olmayan vətəndaşlara dövlət tərəfindən göstərilən hüquqi yardımla bağlı xərclər,” və “tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi,” sözləri çıxarılsın;

3.10. “224000. “Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin: “224000.“Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölməsinə ölkə daxilində və xaricdə beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi və təsnifatın 223000-cı və 262000-cı köməkçi bölmələrinə aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər daxildir. Bu köməkçi bölmə “224100. Təmsilçilik xərcləri”, “224200. Təşviqat xərcləri” və “224300. Digər beynəlxalq fəaliyyət” paraqraflarından ibarətdir.”;

3.11. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:

“224300. “Digər beynəlxalq fəaliyyət” paraqrafına təsnifatın 223000-cı, 262000-cı köməkçi bölmələrinə, 224100-cü və 224200-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər daxildir.”; 3.12. “253000. “Hüquqi şəxslərə subsidiyalar” köməkçi bölməsində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bölməyə “paraqraflarından” sözündən əvvəl “və “253300. Hüquqi şəxslərə digər subsidiyalar” sözləri əlavə edilsin;

3.13. aşağıdakı məzmunda 253300-cü paraqraf əlavə edilsin: “253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvəzsiz verilən maliyyə vəsaiti, həmçinin lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikası, suvarma sistemləri, damazlıq heyvanlara görə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər, aqrar sahədə tətbiq edilən dövlət dəstəyi ilə bağlı xərclər daxildir.”;

3.14. “312130. “Qurğuların (tikintilərin) əsaslı təmiri” maddəsinə “hazırlanması” sözündən sonra “, habelə meliorasiya və su təsərrüfatı sahəsi üzrə bütün əsaslı təmir işləri və bu işlərin görülməsi üçün mal-materialların alınması” sözləri əlavə edilsin;

3.15. “314000. “Qeyri-maddi aktivlər” köməkçi bölməsinə “kompüter proqramlarının,” sözlərindən sonra “məlumat bazalarının,” sözləri və “sazlanması,” sözündən sonra “inkişaf etdirilməsi, genişləndirilməsi,” sözləri əlavə edilsin;

3.16. “322400. “Səhm və digər kapital” paraqrafında “daxilində” sözü “xaricində” sözü ilə əvəz edilsin.

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

Baş Naziri                           Əli Əsədov

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun: Vahid Büdcə Təsnifatı


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email
error: Content is protected !!