Bölgəyə 550 manat məvaciblə Mühasib-Təcrübəçi tələb olunur

birbank biznes

mühasib təcrübəçi vakansiya Vakansiya: Mühasib-Təcrübəçi

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC 
İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi 
Maaş: 450-550 AZN

Namizədə tələblər:
  • Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  • İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil
  • Yaş həddi 21-30
  • MS Office – Word və Excel proqramı bilikləri
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür
  • Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
  • Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Vakansiya üzrə əsas vəzifə öhdəlikləri:

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri  / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə Mühasib – təcrübəçi qeydi zəruridir.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  
Print Friendly, PDF & Email

2 Responses

  1. Rüfət Ələkbərov
    |

    Təcrübəçi proqramlarına qoşulmaq istərdim

  2. Rüfət Ələkbərov
    |

    Təcrübəçi proqramlarına görə hara müraciət etməliyəm