Vergi auditi kursu

posted in: Xəbər | 0
birbank biznes

Vergi auditi kursu

Vergi auditi iqtisadi subyektlərin mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.

Azərbaycan Mühasiblər Məktəbində tədris edilən Vergi auditi kursunun keçirilməsində məqsəd iştirakçıların praktik vergi biliklərini artırmaq, vergi auditi zamanı proaktiv addımların atılması və qabaqlayıcı tədbirlərin görülməsi, riskləri minimuma endirməkdir.

Kurs kimlər üçündür?

  • Peşəkar mühasiblər, baş mühasiblər;
  • Vergi məsləhətçiləri;
  • Vergi autsorsinqi aparan şəxslər;
  • Maliyyə yaxud müəssisə direktorları və fərdi sahibkarlar;
  • Auditor, baş auditorlar və b.

Kursun faydaları:

  • Kameral uyğunsuzluqların düzgün cavablandırılması;
  • Səyyar vergi yoxlamalarına hazır olmaq;
  • Praktiki vergi biliklərinizin artırılması;
  • Risklərin minimallaşdırılması və proqnozlaşdırılması bacarığı;
  • Vergi mübahisələrinin həlli yolları.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 10 təlim – 20 saat / Həftədə 2 dəfə, saat: 19:00-21:00

Kursa daxildir:

  • 20 saat təlim;
  • Video qeydlər (praktiki dərslərin) və təlim materialları ilə təminat;
  • Sertifikatların təmini;
  • Coffee break.

Proqram: Nəzəri hissə (16 saat)

Vergi orqanı tərəfindən keçirilən yoxlamalar, vergi monitorinqləri, elektron audit (2 saat)

  • Yoxlama prosedurları və qaydaları, yoxlamanın tətbiq dairəsi və qanuniliyi, məqsəd və prinsipləri;
  • Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri;
  • Yoxlama zamanı yoxlayıcıların səlahiyyətləri, hüquq və vəzifələri, onlara dair tələblər, elektron auditin keçirilməsi qaydaları.
  • Sahibkarların risk qrupları üzrə bölgüsü, risklərin idarə olunması sistemi;
  • Yoxlamaların növü və dövrü, plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamaların keçirilməsi;
  • Yoxlamaların vahid məlumat reyestri, yoxlamanın aparılması haqqında qərarların qəbul edilməsi, yoxlamanın müddəti, yoxlama suallarının siyahısı.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 1-ci dərs (2 saat)

  • Hüquqi şəxslərin mənfəət vergisi üzrə kameral yoxlamanın aparılması prosedurları;
  • Mənfəət vergisi bəyannaməsi ilə əlavə 1-in yoxlanılması, əlavə 1-in tərtib edilməsində səhvlərin aradan qaldırılması;
  • Mənfəət vergisi bəyannaməsi ilə digər bəyannamə sətirlərinin yoxlanılması.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 2-ci dərs  (2 saat)

  • Fiziki şəxslərin gəlir vergisi üzrə kameral yoxlamaların aparılması prosedurları;
  • Gəlir vergisi bəyannaməsi ilə əlavə 1-in yoxlanılması, əlavə 1-in tərtib edilməsində səhvlərin aradan qaldırılması;
  • Gəlir vergisi bəyannaməsi ilə digər bəyannamə sətirlərinin yoxlanılması.

Kameral vergi yoxlamalarının aparılması qaydaları və prosedurları – 3-cü dərs  (2 saat)

  • ƏDV-nin kameral yoxlanılması prosedurları;
  • ƏDV bəyannamələri üzrə əlavələrin bank sənədləri və digər məlumatlarla yoxlanılması;
  • Kameral yoxlamalar zamanı uyğunsuzluq məktublarının cavablandırılması, testlər və məsələlər.

Səyyar vergi yoxlamalarının aparılması prosedurları və qaydaları (2 saat)

  • Səyyar vergi yoxlaması zamanı əlaqəli məlumatlara əsasən əlavə vergilərin hesablanması;
  • Tələb olunan sənədlər və həmin sənədlərə əsasən vergi orqanının görə biləcəyi tədbirlər;
  • Məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edilməsi, məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin seçilməsi qaydası və götürülməsi metodu. Götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) sınaq aparan təşkilata çatdırılması, sınağın aparılması müddətləri və qaydası.

Səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyalarının, cərimələrin hesablanması (2 saat)

  • Vergilərin azaldılmasına və ya yayındırılmalarına görə maliyyə sanksiyalarının tətbiqi;
  • Nağd pul dövriyyəsinə görə topdan və pərakəndə satış məntəqələrində maliyyə sanksiyalarının hesablanması;
  • Malların hərəkəti və dövriyyəsinə görə maliyyə sanksiyalarının tətbiqi;
  • Testlər və məsələlər.

Operativ vergi nəzarətinin aparılması qaydaları, nəzarət zamanı əlavə vergi hesablamaları və maliyyə sanksiyalarının hesablanması (2 saat)

  • Vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı malların dövriyyəsinə operativ vergi nəzarəti;
  • Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti;
  • Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi və “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti;
  • Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına, elektron qaimə-faktura və elektron alış aktı əsasında malların hərəkət dövriyyəsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri;
  • Operativ vergi nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi (testlər və məsələlər).

Səyyar vergi yoxlaması zamanı yoxlama aktının müzakirəsinə və debatlara hazırlıq, aktdan və ya qərardan şikayət məktubunun yazılması, vergi cinayətləri üzrə ibtidai araşdırmalar aparılarkən sənədlərin hazırlanması və təqdim edilməsi (2 saat)

  • Vergi orqanları ilə görüşdə müzakirə olunmalı məsələlər;
  • Şikayət məktubunun yazılması zamanı diqqət yetirilməsi olan hallar və risklərin sığortalanması;
  • İbtidai araşdırmalar zamanı görüşlərə hazırlıq və müvafiq sənədlərin hazırlanması.

Praktiki hissə (4 saat)

Mənfəət və gəlir vergisi bəyannamələri üzrə kameral yoxlamalara və uyğunsuzluqlara dair məsələ həlli və kameral uyğunsuzluqların cavablandırılması (2 saat)

ƏDV və digər bəyannamələr üzrə kameral uyğunsuzluqlarla bağlı məsələ həlli və kameral uyğunsuzluqların cavablandırılması (2 saat)

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 09 29
📱+994 50 225 82 05

Ünvan: Caspian Plaza

Print Friendly, PDF & Email