Azərbaycan Respublikası Vergi Məcəlləsi

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu mütəxəssislərinin tez-tez müraciət etdikləri Vergi Məcəlləsi nədir? Strukturu necədir? Nə üçün istifadə olunur? Aşağıda bu suallara cavab verməyə çalışacağıq.

Vergi qanunvericiliyinin sistemləşdirilməsi

Azərbaycan Respublikasında vergilər üzrə əsas normativ hüquqi akt Vergi Məcəlləsidir. 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən bu akt  Azərbaycanda vergi hüququnun əsas məcəllələşdirilmiş mənbəyidir.

Vergi qanunvericiliyinin məcəllələşdirilməsi  (sistemləşdirilməsi, kodlaşdırılması) əvvəllər vergilərin hesablanması və tutulması prosedurunu tənzimləyən çox saylı sənədləri  ləğv etməyə imkan verdi. Nəticədə  bu sahə ödəyicilər üçün daha anlaşılan oldu, icbari ödənişlərin ödənilməsi prosesini optimallaşdırmaq, onlara nəzarətin keyfiyyətini yüksəltmək imkanı yarandı.

Müəyyən dövrlərdə Məcəlləyə bir-sıra düzəlişlər, dəyişikliklər edilib. Hələlik sonuncu sayılan əlavə və dəyişikliklər Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanunu ilə təsdiq olunub.

AR Vergi Məcəlləsi 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minib. Bu akt  Azərbaycanda vergi hüququnun əsas  məcəllələşdirilmiş mənbəyidir.  AR Vergi Məcəlləsi 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minib. Bu akt Azərbaycanda vergi hüququnun əsas məcəllələşdirilmiş mənbəyidir.

Vergi Məcəlləsi (VM) iki hissədən ibarətdir:

  • ümumi hissə;
  • xüsusi hissə.

Yeddi fəsildən (1-94-cü maddələr) ibarət birinci hissədə vergitutmanın ümumi prinsipləri təsvir olunur. Məsələn, hansı vergi növləri var, onları kim ödəməlidir, ödənilməsə nə olacaq. Məcəllənin ikinci hissəsində vergilərin konkret növləri, onların hesablanması və ödənilməsi qaydaları şərh olunur. Xüsusi hissə on iki fəsildən ibarət olub 95-229-cu maddələri əhatə edir. Onun tam mətninə aşağıdakı linkdən keçmək olar.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin tam mətni

Yuxarıdakıları ümumiləşdirib “Vergi Məcəlləsi nədir?” sualını belə cavablandıra bilərik:

Vergi Məcəlləsi – vergilərin hesablanması və ödənilməsi qaydalarını tənzimləyən maddələr toplusudur. Məcəllə vergitutmanın əsas prinsiplərini müəyyən edir, vergilərin müəyyən edilməsi, tətbiqi, dəyişdirilməsi, ləğv edilməsi, hesablanması və ödənilməsi qaydalarını, habelə vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Vergi məcəlləsi bizə necə kömək edə bilər

Biz Vergi Məcəlləsində vergilər haqqında bizi maraqlandıran suallara cavab tapa bilərik. Məsələn, əməkhaqqından tutulacaq vergi məbləğini bilmək üçün Məcəllənin 101-ci maddəsinə müraciət etmək olar. Gəlir vergisindən azadolmalar və güzəştlər VM-in 102-ci maddəsində şərh olunub.

Yaxud belə hala baxaq. Siz öz biznesinizi qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsiniz. Bunun üçün vergi uçotu məsələlərini həll etmək lazımdır. Vergi ödəyicilərinin uçotu qaydaları Məcəllənin ümumi hissəsində, daha dəqiq desək IV fəslin 33-cü maddəsi ilə tənzimlənir. Vergi ödəyiciləri vəzifə və hüquqları haqqında bilgiləri də ümumi hissədən öyrənə bilərlər.

Əgər sizi konkret vergi növü maraqlandırsa xüsusi hissəyə müraciət etmək olar. Məsələn, əmlak vergisi haqqında xüsusi hissədə, XIII fəsildə məlumat verilib. Burada əmlakın növünə, yerləşdiyi yerə görə ödəməli olduğunuz verginin dərəcələri haqqında məlumat ala bilərsiniz.

Bəs əməliyyatların Vergi Məcəlləsinə uyğunluğunu kim yoxlayır?

Bunu Dövlət Vergi Xidməti (DVX) həyata keçirir. Sahibkarlıq subyektləri hər bir vergi dövrü üçün vergi bəyannaməsi təqdim edir. Vergi dövrü vergitutma sistemindən asılıdır, məsələn, sadələşdirilmiş vergi sistemi üçün ildə bir dəfə bəyannamə verilir.

Bəyannamə əsasında vergi işçisi kameral yoxlama aparır – sənədlərin doldurulması, vergilərin hesablanması düzgünlüyünü yoxlayır. Müəssisə vergi məcəlləsinin müddəalarını pozmaqda şübhəli bilinirsə, yerində yoxlama təyin oluna bilər.

Vergi məcəlləsinin pozulmasına görə şirkət cərimələnə bilər. Bəzən direktor yaxud baş mühasib məsuliyyətə cəlb olunur, məsələn, vergi məbləğinin bilərəkdən azaldılmasına görə.  Müəyyən pozuntular  cinayət cəzası ilə nəticələnə bilər.

Vergi Məcəlləsi haqqında nəyi yadda saxlamalı

  • Vergi Məcəlləsi Azərbaycanda vergi sistemini müəyyən edən qanundur.
  • AR VM-in birinci hissəsi Azərbaycan vergi qanunvericiliyinin ümumi anlayışlarını və müddəalarını təsvir edir.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin ikinci hissəsi konkret vergi növlərini anlamağa kömək edir.
  • Məcəlləyə əməl olunmasına DVX nəzarət edir, vergi qanunvericiliyi pozulsa azadlıdan məhrum edilməyə qədər cəza verilə bilər.

Uşağa qulluğa görə müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri

Print Friendly, PDF & Email