Vergilərin təsnifatı

posted in: Xəbər | 0
birbank biznes

Vergilərin təsnifat meyarları

Vergi ödəyicisinin vəziyyətindən, vergitutma obyektindən, dərəcəsindən, yığılma üsulundan, habelə digər amillərdən asılı olaraq vergilərin təsnifatı müxtəlif üsullarla aparıla bilər. Vergitutmanın əsaslarını təşkil edən təsnifat vergilərin məzmununu, mahiyyətini daha yaxşı anlamağa kömək edir. Vergi növləri çoxsaylıdır, hər birinin özünəməxsus xüsusiyyətləri var, amma  müəyyən meyarlar əsasında onların fərqli və oxşar cəhətlərini tapmaq olar. Vergilərin praktiki tətbiqinə təsir edən amillərin əhəmiyyətini nəzərə almaqla, vergilərin təsnifatına təsir edən meyarları aşağıdakı kimi kimi sırlaya bilərik:

  • tutulma üsulları;
  • ödəmə qabiliyyəti iqtisadi mahiyyəti;
  • vergi subyektləri;
  • büdcə səviyyəsi;
  • idarəetmə səviyyəsi;

Tutulma üsuluna görə vergilər iki qrupa bölünür:

  • birbaşa vergilər;
  • dolayı vergilər.

Dolayı vergilər mal və xidmətlərdən istifadə nəticəsində yaranır. Vergi tutulan mal və xidmətlərdən faydalanan hər kəs eyni dərəcədə vergi ödəyir, vergi gəlir səviyyəsindən asılı deyil. Vergilərin təsnifatının bu növündə vergi mükəlləfiyyəti olanla, onun faktiki ödəyici fərqlidir, ödəniş vergi daşıyıcısı tərəfindən həyata köçürülür. Belə vergi növləri kimi ƏDV, aksiz vergisini göstərmək olar.

Birbaşa vergilər vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərdən, onların gəlir yaxud əmlakına uyğun olaraq, birbaşa alınan vergilərdir. Bu zaman vergi ödəyicisinin öz vergi yükünü başqalarına keçirmək imkanı yoxdur. Mənfəət vergisi, əmlak vergisi birbaşa vergilərə misaldır

Nümunəlrədən də görünür ki:

  • birbaşa verginin ödəyiciləri gəlirləri əldə edənlər;
  • dolayı verginin ödəyiciləri isə əmtəə (xidmət) istehlakçısıdır

Ödəmə qabiliyyətinə görə vergi qrupları

Bəzən mahiyyətinə görə iqtisadi təsnifat adlanan belə qruplaşma bu gün daha rasional, daha real təsnifat kimi qəbul edilir. Vergilərin təsnifatı zamanı vergilərin gəlirdən, sərvətdən yaxud  xərclərdən (istehlakdan) alınmalı olduğu əsas götürülür. Əvvəllər ödəmə qabiliyyətinin göstəricisi kimi yalnız sərvət qəbul edilərək, ona vergi tətbiq edilirdisə, sonralar gəlir əldə etmək, onu xərcləmək də  ödəmə qabiliyyətinin göstəricisi sayılmağa başladı və vergitutmanın əhatə dairəsinə aid edildi.

Vergi subyektinə əsaslanan təsnifat 

Verginin müəyyən edilməsi üçün vergi ödəyicisinin subyektin olması əsas şərtdir. Vergi ödəyicisinə görə vergiləri 3 qrupa bölmək olar:

  1. Fiziki şəxslərin vergiləri, məsələn, fiziki şəxslərin gəlir, əmlak vergisi;
  2. Hüquqi şəxslərin vergiləri, məsələn, mənfəət vergisi;
  3. Qarışıq vergi növləri (eyni zamanda fiziki və hüquqi şəxs tərəfindən ödənilən vergilər), məsələn əlavə dəyər vergisi (ƏDV).

Büdcə səviyyəsinə görə vergilərin təsnifatı 

Vergilər büdcə xərclərinin əsas örtmə mənbəyidir. Büdcə sistemində dövlət və yerli büdcələr fərqləndirilir. Bu bölgüyü uyğun olaraq toplanmış vergilər tam şəkildə dövlət büdcəsinə yaxud büdcədənkənar fondlara, yaxud müəəyən edilmiş nisbətlər daxilində yerli büdcəyə köçürülə bilər. Birinci qrupa daxil olan vergilər təsbir olunmuş, ikinci qruoa daxilolanlar isə tənzimləyici vergilər adlanır. 

İdarəetmə səviyyəsinə əsaslanan vergi qrupları

Digər təsnifat meyarı ölkənin dövlət quruluşu formasıdır. Vergilər unitar quruluşa malik dövlətlərdə iki, federativ dövlətlərdə üç səviyyəli olur. 

Federativ dövlətlərdə vergilər idarəetmə səviyyəsinə görə vergilər:

  • ümumdövlət;
  • ərazi (federasiya subyektlərinin vergisi);
  • yerli kimi qruplara ayrılır.

Unitar dövlətlərdə bu meyara əsaslanan təsnifat aşağıdakı kimidir:

  • ümumdövlət vergiləri;
  • yerli vergilər. 

Digər təsnifat meyarları

Qeyd etmək lazımdır ki, vergilərin təsnifatı zamanı  digər meyarlardan da istifadə edilə bilər. Məsələn, vergitutmanın əsasları şərh edilən nəzəri mənbələrdə aşağıdakı təsnifat qruplarına da rast gəlinir:

  • məqsədli təyinatına görə təsnifat;
  • ümumi və xüsusi vergi qrupları;
  • subyektiv və obyektiv vergilər;
  • advolar və spesifik.

Vergilərin təsnifatının sonuncu meyarı daha çox gömrük yığımları zamanı istifadə olunur. Spesifik rüsumlar konkret məbləğ şəklində malın vahid miqdarına  tətbiq edilir.  Advolar (latınca “ad valorem” sözündəndir,  “dəyərdən” mənasındadır) – rüsuma cəlb olunan malların gömrük dəyərindən faizlə hesablanır. 

Müxtəlif ölkələrdə tətbiq edilən vergi növləri çoxsaylıdır, vergilərin təsnifatı onların istifadəsini asanlaşdırır. 


Print Friendly, PDF & Email