ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar, onlardan faktiki olaraq əlavə dəyər vergisi tutulmasa da, ƏDV tutulan əməliyyatlar hesab edilir. Belə əməliyyatları ƏDV-dən azadolmalarla qarışdırmayaq. Onlar arasında əsas fərqlərlə buradan tanış ola bilərsiniz.

Sıfır dərəcə ilə ƏDV tutulması Vergi Məcəllənin 165-ci maddəsində şərh edilib. Bu məqalədə əlavə dəyər vergisinə sıfır (0) dərəcə cəlb edilən əməliyyatlardan bəziləri ilə tanış olacağıq.

Beynəlxalq təşkilatlarla bağlı əməliyyatlarda 0% ƏDV

Qanunvericilikdə xarici diplomatik və onlara bərabər tutulan nümayəndəliklərin rəsmi istifadəsi, habelə bu nümayəndəliklərin diplomatik və ya inzibati-texniki personalı, o cümlədən onların ailə üzvlərinin şəxsi istifadəsi üçün malların (işlərin, xidmətlərin) satışı zamanı əlavə dəyər vergisi üzrə sıfır dərəcənin tətbiq edilməsi nəzərdə tutulub (maddə 165.1.1).

Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər

Məcəllənin bu maddəsini tələbləri heç də bütün ölkələrə şamil edilmir. Bunun üçün qanunvericilikdə qarşılıqlı prinsip adlanan müəyyən şərtlər var. Qarşılıqlı prinsip gözlənilirsə istənilən səfirlik, konsulluq yaxud BMT, İSO və s kimi beynəlxalq təşkilatların rəsmi istifadəsi, eləcədə onların işçilərinin şəxsi istifadəsi məqsədlərinə yönəlik mallara, xidmətlərə görə ƏDV hesablanması sıfır dərəcə  tətbiq etməklə hesablana bilər.

Qrant müqaviləsi əsasında aparılan əməliyyatlarda ƏDV

Aşağıdakılar qrant münasibətlərinin tərəfləri hesab olunur:

  • donor
  • resipiyent

Donor qrantı verən, resipiyent isə qrantı alan şəxsdir. Onlar arasında bağlanmış yazılı müqavilə, yaxud qrant verilməsi barədə donorun qərarı (yazılı) qrant münasibətlərinin tənzimlənməsi üçün əsas sayılır. Qrantın verilməsiylə bağlı onun məqsədi, məbləği, hansısa digər şərtlər razılaşdırılbsa, müqavilədə əksini tapmalıdır. Belə əməliyyatlar zamanı ƏDV hesablanması  Məcəllənin 165.1.2. maddəsi ilə tənzimlənir.

Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi

Nümunə 1:Tutaq ki, A qeyri-hökumət təşkilatı B təşkilatından (yerli donor) 10.000 manatlıq qrant alıb və həmin layihəyə görə bu məbləğin 1000 manatı malların alınmasına sərf olunacaq. Həmin 1000 manatın 500 manatlıq hissəsinə mallar idxal olunacaq . A şirkəti xarici C şirkətindən də 20.000 ABŞ dolları dəyərində qrant alıb. Bu layihədə də 3000 ABŞ dolları məbləğində mallar alınmalıdır və bunun da 2000 dollarlıq hissəsi idxal olunacaqdır. A qeyri-hökumət təşkilatı yerli malları ƏDV ödəyicisi olan N firmasından alır.

Bu zaman N firması satdığı 500 manatlıq və 1000 dollarlıq (3000-2000) malları 0% dərəcə ilə ƏDV-yə cəlb edəcəkdir. A təşkilatına göndərdiyi e qaimədə də ƏDV-ni sıfır dərəcə ilə təqdim edəcək.

Yerli donorun maliyyələşməsi nəticəsində idxal olunan 500 manatlıq mallar gömrükdə ƏDV-yə 18% dərəcə ilə cəlb ediləcək. Amma xaricin donorun maliyyələşməsi nəticəsində idxal olunan 2000 ABŞ dolları məbləğində mallar gömrükdə ƏDV-yə 0 dərəcə ilə cəlb olunacaq.  Ona görə ki, malların işlərin xidmətlərin ƏDV-yə sıfır dərəcə ilə cəlb olunması yerli ƏDV ödəyicilərinə aiddir. O ki qaldı idxalda ƏDV məsələsinə bu, birbaşa resipyentə aiddir və burada da məhdudiyyət qoyulub, xaricdən alınan maliyyə yardımları hesabına resipiyent mallar idxal edəndə ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Belə çıxır ki, digər hallarda idxal olunan mallar ƏDV-yə 18% dərəcə ilə cəlb olunacaq.

Malların və bəzi xidmətlərin idxalında 0 % ƏDV

Sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən digər mal və xidmətlər VM-nin 165.1.3 maddəsində qeyd edilib.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin əhatəsi genişdir. Qısaca qeyd edək ki, həmin xidmətlərin siyahısına:

  • ticarət markası, lisenziya, bunlara bənzər digər qeyri-maddi aktivlər üzərində hüquqların bağışlanması;
  • reklam, mühasibat, hüquq, məsləhət, rabitə-telekommunikasiya xidmətləri;
  • kompüter və analoji qurğular, İnternetə çıxış vasitəsilə göstərilən xidmətlər daxildir.

Maddədən göründüyü kimi ixrac anlayışı xidmətlərə münasibətdə də istifadə edilir. Məsələn,  kompüter vasitəsilə xaricdəki bir şəxsə İT xidmət göstərməniz həmin xidmətin ixrac edilməsi anlamına gəlir.

Gördüyünüz kimi malların da ixracı əlavə dəyər vergisinə 0 dərəcə ilə cəlb edilir, belə ki, Azərbaycanda vergi uçotu sistemində ƏDV-nin təyinat ölkəsi prinsipi tətbiq edilir. Belə yanaşma ( 18% əvəzinə 0 % ƏDV)  ixracı təşviq etmək məqsədi ilə tətbiq edilir.

Nümunə 2:  Azərbaycanda qeydiyyatdan keçmiş ƏDV ödəyicisi plan şirkət Gəncədə İtaliya şirkətinə 3800 manatlıq məsləhət xidməti, Ukrayna şirkətinə isə 5000 manatlıq hüquq xidməti göstərib.  

Xidmətlər Gəncədə göstərilsə də, xidmətlərin alıcıları xaricdə yerləşir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi qəbul edilir. Hər iki xidmət ƏDV-yə 0 dərəcə ilə cəlb edilir.

Beynəlxalq yükdaşımalarla bağlı iş və xidmətlər

Beynəlxalq daşıma anlayışını dəqiq bilmək zəruridir. Belə daşınmanın predmeti insan, mal, poçt olmasından asılı olmayaraq təchizat zəncirinin ya əvvəli, ya da sonu Azərbaycan olur.

Beynəlxalq yükdaşımalarla bağlı aşağıdakı əməliyyatlar ƏDV-yə 0 dərəcə ilə cəlb olunur:

  • beynəlxalq və tranzit yük, sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti – beynəlxalq poçt xidmətləri istisnadır;
  • beynəlxalq və tranzit uçuşlarla bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə əlaqədar ekspeditor xidmətləri.

Nümunə 3:Azərbaycanda qeydiyyatdan keçmiş ƏDV ödəyicisi plan şirkət Gəncədə İtaliya şirkətinə 3800 manatlıq məsləhət xidməti, Ukrayna şirkətinə isə 5000 manatlıq hüquq xidməti göstərib. 

Xidmətlər Gəncədə göstərilsə də, xidmətlərin alıcıları xaricdə yerləşir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi qəbul edilir. Hər iki xidmət ƏDV-yə 0 dərəcə ilə cəlb edilir.

Sıfır dərəcə sertifikatı

Sıfır dərəcə sertifikatı hasilatın pay bölgüsü, həmçinin digər bu qəbil sazişlərlə çalışan şirkətlər üçün nəzərdə tutulub. Burada şirkətin əməliyyat, podratçı və s. rolda olması şərt deyildir. Sertifikat alınması üçün Dövlət Vergi Xidmətinə müraciət edilir. Müraciət zamanı tərəflər arasındakı müqavilə əlavə edilməlidir. Belə sertifikat isə 30 gün ərzində verilir.

Müraciət edən podratçı, əməliyyat şirkətidirsə sertifikat sazişlə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Təbi ki, sazişin müddəti uzadılarsa, yeni sertifikatın alınması labüddür.  Müraciət edən subpodratçı şirkətdirsə 1 ili aşmamaqla müqavilənin qüvvədə olduğu müddətcə etibarlı sayılır.


Print Friendly, PDF & Email