Vergitutma prinsipləri

posted in: Xəbər | 0
birbank biznes

Adam Smitin vergitututma prinsipləri

Vergitutma prinsipləri vergi nəzəriyyəsinin tarixi inkişafının bütün mərhələsində müzakirə edilən mövzu olmuşdur. Maliyyəçi alimlərin fikirləri sonradan ölkələrin vergi siyasətlərində öz əksini tapmışdır.

Vergitutma prinsipləri vergilərin yığılması, tənzimlənməsi prosesində icrası vacib hədəfləri müəyyən edir.  Başqa sözlə, vergilər, vergi sistemi, vergitutma qaydaları cəmiyyətin məqsədlərinə uğun xüsusiyyətlərə malik olmalıdır. Bu prinsiplərin tətbiq tarixi maliyyə elminin yaranma dövrünə gedib çıxır. Eyni zamanda, onlar sosial baxışlara əsaslanır və zaman keçdikcə dəyişə bilər.

Vergitutma prinsipləri müxtəlif təsnifatı mövcuddur. 1776-cı ildə ingilis iqtisadçısı Adam Smit (Adam Smith) tərəfindən formalaşdırılan prinsiplər hələ də öz aktuallığını itirməyib.

  • Ödəmə qabiliyyəti prinsipi – “bərabərlik”, “ədalətlilik” prinsipi də adlanır. Bu vergi yükünün bölüşdürülməsində iqtisadi bərabərliyin təmin edilməsin hədəfləyir. Bu prinsipə görə dövlətin himayəsində əldə edilmiş gəlirə uyğun vergi ödənməlidir.
  • Mütləqlik (yaxud müəyyənlik) prinsipinə görə vergi ödəyiciləri verginin vaxtı, yeri, məbləği, forması haqqında dəqiq, aydın məlumata malik olmalıdır.
  • Uyğunluq (əlverişlilik) prinsipi vergilərin vergi ödəyiciləri üçün ən əlverişli vaxtda və şəraitdə yığılmasın özündə ehtiva edir. Məsələn, kəndçidən vergini biçin vaxtı yığılması daha uyğundur.
  • Səmərəlilik prinsipi (bəzən bunu “Qənaətcillik”, bəzən də “İqtisadilik” adlandırırlar) vergi yığımı zamanı xərcin mümkün qədər az olmasını nəzərdə tutur.
  • Təsərrüfat müstəqilliyi və sərbəstliyi prinsipi vergi ödəyicisinin xüsusi mülkiyyət hüququnun dövlət tərəfindən qоrunmasın nəzərdə tutur, onların fəaliyyətinin təhqiqatının aradan qaldırımlısına imkanyaradır. Dövlət elə şərait yaratmalıdır ki, vergi ödəyicisi:
  1. ödədiyi verginin təyinatı üzrə xərclənməsinə əmin olsun;
  2. vergi yığanlara etibar etsin.

Bu şərtlərə əməl edilməsi ödəyicində dövlət xərclərinin mənbəyi kimi vergi ödənişlərinin zəruriliyinə inam yaradacaq, könüllü, məcburiyyət olmadan, vicdanla vergilərin ödənməsini təmin edəcək.  A.Smitə görə digər prinsiplər bu prinsipə tabedir.

Adolf Vaqnerin vergitutma prinsipləri

Alman maliyyəçisi Adolf Vaqner (Adolph Wagner) A.Smitin irəli sürdüyü prinsipləri tamamlamağa, sistemləşdirməyə çalışdı. O, vergitutma prinsiplərini aşağıdakı qruplara ayırdı:

  • Maliyyə prinsipləri – yetərlilik və çeviklik kimi iki yerə bölünür. Yetərliliyik verginin müəyyən müddət ərzində dövlət xərcləri başqa vasitələrlə ödənilmədiyi həcmdə alınmasını nəzərdə tutur. A.Vaqner vergiləri dövlətin digər gəlirləri kifayət etmədikdə ikinci dərəcəli gəlir mənbəyi kimi qəbul edirdi. Çeviklik prinsipinə əsasən vergitutma maliyyə ehtiyaclarının dəyişməsinə operativ cavab verməli, vergi daxilolmaları ehtiyacların artmasına (azalmasına) uyğun dəyişməlidir.
  • İqtisadi prinsiplərə, A.Vaqnerə, uyğun vergi obyektlərinin (vergi mənbələri) və vergi növlərinin (vergi sistemi) seçilməsi prinsiplərini aid edirdi. Dövlətin, iqtisadi mülahizələrə əsaslanaraq, vergi obyektlərini seçim imkanı olmalıdır. Müvafiq vergi növləri müəyyən edilərkən onların əks təsiri nəzərə alınmalı, vergi sistemi vergi yükünün tarazlı bölgüsünə imkan verməlidir.
  • Əxlaqlılıq prinsipi vergi yükünün vergi ödəyiciləri arasında ədalətli və balanslı bölüşdürülməsi ilə əlaqəlidir. Buna aşağıdakı prinsiplərə əməl etməklə nail olmaq olar:
  1. ümumilik – vergi vətəndaşlar arasında fərq edilmədən, cəmiyyətin hər bir üzvündən alınmalıdır;
  2. bərabərlik – vergi tutulması zamanı ödəyicinin iqtisadi vəziyyəti nəzərə alınmalıdır, iqtisadi durumu aşağı olanlardan az, yuxarı olanlardan siə daha çox vergi alınmalıdır.
  1. vergitutmanın müəyyənliyi;
  2. vergi ödənişlərinin sadəliyi;
  3. mümkün qədər az xərclər.

Vergitutma prinsipləri Azərbaycan vergi qnunvericiliyində

Sonrakı dövrlərdə bu prinsiplər inkişaf etdirilmiş, hər bir ölkənin spesifik iqtisadi münasibətlərinə uyğunlaşdırılmış, müsir dövrün tələbləri nəzərə alınmışdır.
Azərbaycan dövlətinin vergi siyasəti qeyd edilən prinsiplər baza kimi qəbul edir, vergi qanunvericiliyində vergitutmanın ümumi, bərabər və ədalətli olması əsas şərt kimi irəli sürür, vergi ödəyicisinin qanuni maraqlarının maksimum nəzərə alınmasına önəm verir.
Ümumilik vətəndaşlığından asılı olmayaraq hər bir şəxsin qanunvericiliklə müəyyən edilmiş vergiləri ödəməli olmasını nəzərdə tutur.
Bərabərlik hamının bərabər miqdarda vergi ödəməsi anlamına gəlmir, vergi qanunları qarşısında bütün vergi ödəyicilərinin bərabərliyini nəzərdə tutur, yəni vergi dərəcələri mülkiyyət formasından, fiziki şəxslərin vətəndaşlığından, kapitalın yerindən asılı olmayaraq müəyyən edilməlidir.

Vergitutma həyat keçirilən zaman vergi ödəyicilərinin qanuni maraqlarının maksimum nəzərə alınmasının təmin edilməsi məqsədi ilə AR Vergi Məcəlləsi aşağıdakı şərtləri irəli sürür:

• Müəyyən edilmiş vergilər şəxslərin konstitusiya hüquqlarını və azadlıqlarını məhdudlaşdırmamalaıdır;
• heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;
• vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri, aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Vergi tutulmasının əsasları işlənən zaman şəffaflıq prinsipinə əməl edilməsi vacibdir, yəni vergilərə aid normativ hüquqi aktlara fiziki və hüquqi şəxslərin azad çıxışı təmin olunmalıdı.

 Azərbaycan vergi qanunvericiliyinin təməlini təşkil edən vergitutma prinsipləri Vergi Məcəlləsinin 3-cü maddəsində şərh edilib.


Print Friendly, PDF & Email