Vergiyə cəlb edilən dövriyyənin müəyyən edilməsi

posted in: Uncategorized | 0

Vergiyə cəlb edilən dövriyyənin müəyyən edilməsi üçün satılmış malların  (işlərin, xidmətlərin) aşağıdakı dəyəri qəbul edilir:

–   əlavə dəyər vergisiz sərbəst (bazar) qiymətlər və tariflərlə;

–   malların (məhsullara), iş və xidmətlərə özündə əlavə dəyər vergisini əks etdirməklə tətbiq edilən tənzimlənən qiymət və tariflərə.


Ticarət, təchizat-satış, ictimai iaşə müəssisələrinə və digər təşkilatlara ticarət güzəştləri verildiyi zaman tənzimlənən qiymətlər nəzərə alınmaqla hesablanmış cəlb olunan dövriyyə bu güzəştlər məbləğində azaldılmalıdır.

Biznes hesabi

Yol fonduna hesablanan vergi və aksizli mallar üzrə aksiz vergisinin məbləği də vergi tutulan dövriyyəyə daxil edilir.

Misal 1.

Hüquqi şəxs tərəfindən istehsal edilmiş Aİ-95 avtomobil benzininin 1 tonunun pərakəndə satış qiyməti 2088000 manat təsdiq edilmişdir. Həmin məhsul üzrə təchizat əlavəsi 56260 manat müəyyən edilmişdir. Hüquqi şəxs tərəfindən bu məhsul satılarkən 338623 manat (2088000 – 56260 = 2031740 x 16,67%) əlavə dəyər vergisi məbləği, 220841 manat(2031740 – 338623 = 1693117 x 13,04 %) yol fonduna köçürülən vergi məbləği hesablanmalıdır. Bundan sonra 1472276 manat ( 2031740 – 338623 – 220841 ) məbləğdən müəyyən olunmuş dərəcə ilə aksiz vergisi hesablanmalıdır.

Təchizat satış güzəştlərindən də əlavə dəyər vergisi və yanacaq-sürtgü materiallarının satışından ( yol fondu ) vergi məbləğləri eyni qayda ilə hesablanır.


Misal 2.

Hüquqi şəxs tərəfindən istehsal edilmiş məhsulun topdansatış qiyməti 100 min manatdır. Həmin məhsul üzrə 30% aksiz dərəcəsi müəyyən edilmişdir. Bu zaman məhsulun 142,8 (100 : 70 %) min manatlıq aksizli dəyərinə 28,6 (142,8x 20%) min manat əlavə dəyər vergisi hesablanır və hüquqi şəxs tərəfindən istehsal edilən məhsulun buraxılış qiyməti 171,4 (142,8 + 28,6) min manat təşkil edir.


Mallar (işlər, xidmətlər) mübadilə edilərkən, onlar əvəzsiz olaraq və ya dəyəri qismən ödənilməklə, habelə maliyyələşmə mənbəyindən asılı olmayaraq hüquqi şəxsin istehlak məqsədləri üçün və ya öz işçilərinə verilərkən vergiyə cəlb olunan dövriyyə sərbəst (bazar) qiymətlərinin səviyyəsi, onlara dövlət tənzimlənən qiymətləri olduqda isə bu qiymətlər nəzərə alınmaqla müəyyən edilir. Öz istehsalı olan, xərcləri istehsal və tədavül məsrəflərinə aid edilməyən mallar (işlər, xidmətlər) müəssisə daxilində istifadə edilən zaman, cəlb olunan dövriyyənin müəyyən edilməsi üçün mallara (işlərə, xidmətlərə) tətbiq edilən qiymətlər (tariflər), bunlar olmadıqda isə faktiki maya dəyəri nəzərə alınmaqla bu və ya onlara bənzər malların (işlərin, xidmətlərin) hesablanmış dəyəri əsas kimi qəbul edilir. Belə hallarda vergi məbləği müvafiq maliyyələşmə mənbəyi hesabına aparılmalıdır.


Əmək haqqını natura şəklində ödəyən hüquqi şəxslərdən cəlb olunan dövriyyə, malların ticarət güzəşti daxil olmaqla sərbəst və ya tənzimlənən qiymətlərlə hesablanmış dəyəri hesab edilir. Bu zaman mallar natura şəklində buraxılış qiymətlərindən aşağı qiymətə verildikdə vergiyə cəlbetmə dövriyyə malın (işin, xidmətin) tam dəyəri hesab edilir.


Hüquqi şəxslər tərəfindən əhaliyə (öz işçiləri də daxil olmaqla) özünün istehsal etdiyi mallar sərbəst pərakəndə satış qiymətləri ilə satılarkən cəlb olunan dövriyyə, qiymətlər və tətbiq edilən ticarət əlavələri nəzərə alınmaqla hesablanır.

Sifarişçinin öz xammal və materiallarından hazırlanmış mallar ona qaytarılarkən cəlb olunan dövriyyə onların emal dəyəri hesab edilir.

Tara istehsal edən hüquqi şəxslərin tara satışı istisna olmaqla, qaytarılan taraların, o cümlədən şüşə qabların dəyəri vergiyə cəlb olunmur. Əlavə dəyər vergisiz alınmış taralar ilk satışda vergiyə cəlb edilməlidir.


Misal. 1 №-li Bakı şərab zavodu Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin hüdudlarının kənarında istehsal edilmiş 1 ədədi 200 manat olan şüşə taralarını öz tələbatı üçün gətirərkən gömrük orqanlarına əlavə dəyər vergisi ödənilməmişdir.

Bu zaman istehsal olunan 0,5 l arağın buraxılış qiyməti 4000 manat (tarasız) olduğu halda ilk satışda 240 manat (200 x 1,20%) taranın dəyəri buraxılış qiymətinə əlavə edilməli və satıldıqdan sonra ümumi qaydada büdcəyə ödənilməlidir. Gələcək satışlarda həmin taranın qiyməti əlavə dəyər vergisi ilə birlikdə 240 manat olmalıdır.


Respublikadan kənarda ixrac edilən malların (işlərə, xidmətlərə) görə respublika ərazisində göstərilən sazlanma, ekspeditor və Nəqliyyat xidmətlərinin, ixracat və tranzit yüklər üzrə göstərilən vasitəçilik xidmətlərinin və işlərinin dəyəri vergiyə cəlb edilən dövriyyə hesab edilir.


Hüquqi şəxslər tərəfindən görülmüş işlərin hesabına digər müəssisənin nizamnamə fondunun yaradılması üçün pay və natura şəklində qoyulmuş vəsait müəyyən olunmuş qaydada əlavə dəyər vergisinə cəlb edilməlidir.


Əsas vəsaitlərin satışı zamanı əlavə dəyər vergisi hesablanmalı və yerli dövlət vergi xidməti orqanına təqdim edilən haqq-hesablarda öz əksini tapmalıdır.


Vergiyə cəlb edilmir:

a) hüquqi şəxsin bir struktur vahidi tərəfindən digər struktur vahidinə sənaye istehsalat ehtiyacları üçün məhsulların, yarımfabrikatların, işvə xidmətlərin satışı üzrə dövriyyələr (zavoddaxili dövriyyə), struktur vahidləri dedikdə müvafiq qanunvericiliyə əsasən hüquqi şəxs statusuna malik olmayan struktur vahidləri başa düşülür;

b) müsadirə edilmiş, sahibsiz və vərəsəlik hüququ dövlətə keçmiş əmlakların, əmanətlərin və qiymətlilərin satışı üzrə dövriyyələr.