Vergi Məcəlləsinə dəyişikliklər 2022

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinə dəyişikliklər 2022Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər 2022 –ci ilin yanvarın 1-dən qüvvəyə minib. Amma, nəzərə almaq lazımdır ki, dəyişikliklərin bəzilərinin tətbiq tarixi fərqlidir. Bu haqda əməkdaşlıq etdiyimiz vergi.az saytında məlumat verilib. Dəyişiklik və yeniliklərin ana xətti güzəştli vergitutma tətbiq edən ölkələrə ödənişlər zamanı Azərbaycan mənbəyindən əldə edilmiş sayılmayan gəlirləri, “nəzarət olunan xarici müəssisə” anlayışı, belə müəssisələrin vergiyə cəlbi, faydalı qazıntı, neft qaz sahəsi üzrə müəyyən güzəşt və tənzimləmələri, aksiz hesablanan dövriyyənin müəyyən edilməsi, habelə səyyar vergi yoxlamasını əhatə edir.

Bütün qəbul edilmiş dəyişiklik və əlavələr Vergi Məcəlləsində əks olunub, odur ki, burada onların qısa şərhi ilə kifayətlənəcəyik.

“Nəzarət olunan xarici müəssisə” anlayışı bir yenilikdir, AR Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən onu vergi qanunvericiliyinı daxil edib. Müvafiq olaraq Məcəlləyə yeni 14-2 maddəsi əlavə edilib. Əlavə və dəyişikliklər belə müəssisələrdə mənfəətin Azərbaycan Respublikasında vergiyə cəlb olunması, habelə nəzarət olunan xarici müəssisənin vergi tutulan gəlirinə aid edilməyən gəlirlərinin tərkibi müəyyən olunub.

Digər əlavə və dəyişiklik yoxlamalarla bağlıdır. Bu dəyişikliklər kameral və səyyar vergi yoxlamalını, habelə əlavə vergi yoxlamasını əhatə edir.

Yeni dəyişikliklərə uyğun olaraq, “vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir.” (maddə 42.1). Bununla paralel olaraq Məcəlləyə 49.1-2 maddəsi də əlavə olunub: “Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.”

Dəyişikliklər arasında daha bir məqam gəlir və xərclərin uçotunun aparılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən etibarən sahibkarlıq subyektlərində uçot metodlarının tətbiqinin yeni qaydalarını müəyyən edir: mikro sahibkarlıq subyektləri gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, digərləri isə yalnız hesablama metodu ilə aparmalıdır. Hesablama metodu:

  • orta və iri sahibkarlıq subyektlərinə 2022-ci il yanvarın 1-dən;
  • kiçik sahibkarlıq subyektlərinə isə 2023-cü il yanvarın 1-dən etibarən tətbiq edilir.

Mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtlərində də dəyişikliklər edilib. İqtisadçı ekspert nar Bayramov Məcəlləyə əlavə edilmiş 72.4-1 maddəni inqilabi dəyişiklik hesab edir (vergi.az). O, fikrini burada konkret nümunəyə uyğun əsaslandırıb.

Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi prosesinə də yeniliklər gətirib. Bunu belə bir sual əsasında izah edək.

Sual: “İstehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı dəyişiklik edilibmi?”

Cavab: “Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1,2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Əsas: Vergi Məcəlləsi, 190.4.1-4-cü maddə.”

Yuxarıda qeyd etdiymiz Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən qüvvəyə minib və əhatəsi genişdir. Yuxarıda qeyd etdiyimiz vergi.az saytının, Yenilənmiş Vergi Məcəlləsi ilə nələr dəyişəcək? adlı məqaləsində, habelə burada həmin əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat verilib.


Print Friendly, PDF & Email