Xarici valyutanın manatla hesablanması

posted in: Xəbər | 0
birbank biznes

sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Vergi Məcəlləsinin 69.1-ci maddəsinə görə xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. İlk baxışda sadə görünən bu məsələdə maraq doğuran məqamlar var. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məsələn, tutaq ki, qeyri-rezident şəxs 30 iyun 2020-ci il tarixində “A” MMC-yə 5.000 avro dəyərində maliyyə xidmətləri göstərib. Lakin rezident müəssisə göstərilən xidmətlərə görə qeyri-rezidentə ödənişi 25 iyul 2020-ci il tarixində etmişdir. Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən, qeyri-rezidentin əldə etdiyi bu gəlir Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab edilir və Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən. 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə görə qeyri-rezidentlərə ödəmə verilərkən rezident şəxslər 10 faiz dərəcəsi ilə vergini tutub büdcəyə ödəməlidirlər. Xidmətin göstərildiyi tarixdə, yəni 30 iyun 2020-ci ildə 1 avronun məzənnəsi 1,9105 manat, qeyri-rezidentə ödəmənin edildiyi tarixdə (24 iyul 2020-ci il) isə 1,9716 manat olmuşdur.

Ödəmə mənbəyindən verginin mahiyyətinə görə əməkhaqqından və Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödənilən zaman tutulan ödəmə mənbəyində vergi istisna edilməklə digər hallarda ancaq gəliri əldə edən şəxsə ödəniş edilən zaman ödəmə mənbəyində vergi tutulur. Bizim misalda ödəmə mənbəyindən verginin tutulması məqsədləri üçün əməliyyat dedikdə qeyri-rezidentə edilən ödəmə nəzərdə tutulduğundan ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödənişin tarixindəki məzənnəyə əsasən hesablanır. Yəni rezident şəxsin 30 iyun 2020-ci il tarixində 9552.50 manat (5000.00 avro x 1,9105) dəyərində maliyyə xidməti aldığına baxmayaraq, ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödəmənin edildiyi tarixin məzənnəsinə uyğun olaraq 9.858 manatdan (5000 avro x 1,9716) hesablanaraq 985,80 manat (9858 manat x 10%) olacaqdır.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir.
Məsələn, tutaq ki, vergi ödəyicisi 1 oktyabr 2019-cu ildə 100.000 avro dəyərində mal idxal etmişdir. Həmin tarixdə 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8515 manata bərabər olmuşdur. İlin sonuna kimi müəssisə alınmış mallara görə qeyri-rezidentə 60.000 avro məbləğində ödəniş etmiş, 40.000 avro məbləğində kreditor borcu isə qalmışdır. 31 dekabr 2019-cu ildə 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 69.2-ci maddəsinə görə vergi ödəyicisi kreditor borc üzrə məzənnə fərqini xərcinə daxil edir. Yəni bizim misalda müəssisə 2.080 manat məzənnə fərqini (40.000 avro x 1,9015-40.000 x 1.8515) gəlirdən çıxılan xərclərinə aid edir.

Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonuna Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Məsələn, tutaq ki, müəssisə 24 oktyabr 2019-cu ildə 50.000 avro məbləğində xarici valyutanı manat hesabından avro hesabına konvertasiya etmişdir. Həmin məbləğ vergi ödəyicisi tərəfindən ilin sonuna kimi istifadə etməmiş və ilin sonunda həmin məbləğ valyuta hesabında olduğu kimi qalmışdır. 24 oktyabr 2019-cu il tarixində 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8929 manat müəyyən edilmişdir. Vergi ödəyicisi 50.000 avro məbləğində xarici valyutanı 94.645 manat ödəməklə əldə etmişdir. 31 dekabr 2019-cu il tarixində 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Bu halda, vergi ödəyicisi öz balans hesabatında xarici valyutada olan pul vəsaitini 95.175 manat ekvivalentində əks etdirməli, 530 manat (50,000.00 avro x 1.9035-50.000 avro x 1,8929) məbləğində məzənnə fərqini öz gəlirlərinə daxil etməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email